Axtılı Hacı Əbdürrəhman əfəndi “Əsasüddin vəl iman” adında bir kitab yazıb, “Səda”nın da “Bir nəfər”i bu kitabı açıb görsün ki, bu fazil iqtisad və siyasət məsələlərini necə şərh etmiş. Və kitabı açan kimi “Bir nəfərin” gözünə “babül-hədis və fəslün fi adabül-xəla və babülğüsl və babül-heyz” sözləri sataşıb.

Biçarə utandığından kitabı büküb qoyub kənara.


Hacı Əbdürrəhim əfəndi kimdir?

Heç bir kəs! Bir naməlum molla.

Amma Fazili-Məclisi kimdir?

Neçə milyon məşədi və hacıların Allahı. Və mən həmişə Fazili- Məclisinin kitabını açan kimi və “adabi-cima” səhifələrini görən kimi xəcalət çəkib xəlvətcə kitabı gizlətmişəm ki, həyalı adamların gözünə sataşmasın.

Bu, Fazili-Məclisi.

Dəxi kimdir neçə milyon dindar müsəlmanın Allahı? Hacı Mirzə Məhəmməd Həsən Şirazi. Ağanın “Məcmüəl-məsail” kitabını insan oxuyub utanmasa, – əlbəttə bihəyadır!

Odur ki, mənim qoca anam küçəyə çıxıb qonşu evinə getmək istəyəndə mən həmişə yalvarıram ki, “ay ana, sən Allah, elə bir yol ilə get ki, rastına müsəlman kişisi, ya müsəlman uşağı çıxmasın”; çünki Fazili Məclisi və Məhəmməd Həsən Şirazinin kitabları camaatımızı biabır eləyib və bu ağaların bərəkətindəndir ki, mən dünyada müsəlmanlardan biədəb millət yer üzündə nişan verə bilmərəm.


Budur babün-nəcasət! Vilayətimiz, küçələrimiz, həyətlərimiz və uşaqlarımız “babün-nəcasət” ilə nəcisləniblər.

Və çünki pak edən şeylərin biri də oddur, bu yuxarıda ad verdiyimiz vərəqləri yandırmasaq, nəcisi də rədd edə bilməyəcəyik. Çarəsi oddur.

Bəli, mətləbdən uzaq düşdük. Petrovskidə Molla Qivam axundu şəhərdən qovalamaqdan söz düşmüşdü. Bəli, zəmani ki, bu zəhrimar qəzet və jurnallar başladı yer üzünə dağılmağa, Allah-taaladan Nuh peyğəmbərə vəhy nazil oldu ki, gəmisini hazır eləsin və tək bircə Məşədi Əbdülbağı Ələkbərovdan savayı cəmi mömün bəndələri götürsün gəmiyə. Səbəbi də bu idi ki, Allahın yolundan çıxan Məşədi Əbdülbağı razı olmamışdı ki, dörd yüz on manat verilsin boynuyoğun Molla Qivama…

Xülasə, ravi belə rəvayət edir ki… (mabədi var).

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 14 fevral 1910, №7

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əzizim Məmmədəli! (4 oktyabr 1910)

Bu gün tel vurdum ki, Manya gəlməsin və kabinet boşalsın. Bu sözlərin mənası budur ki, Vera Akimovna evdən çıxsın.İki gün bundan qabaq Səmədovlara tel vurdum ki, sənə 50 manat versin. Al, lazım olan yerə xərclə.

1 min
Əzizim Məmmədəli! (25 oktyabr 1910)

Göndərdim sənə 25 manat. Evdən ötrü xərclə. İsmayıldan üzr istəyirəm. Söz verirəm ki, gələn poçt ilə ona pul göndərim.Mən kefsizəm. Qıçlarımı yel tutub. Yazmışam Faiq əfəndi gəlib sənə kömək eləsin.

1 min
Əzizim Sidqi! (11 dekabr 1910)

Nə tövr oldusa, bu dəfə adını Sidqi yazdım, çünki “Sidqi” çox şirin düşür. Bəlkə ondan ötrü ki, mərhum Sidqini yada salır. Heyf ki, Sidqinin axırına “zadə” qondarırsan və məşhur olan Sidqinin ləzzətini azaldırsan. Xülasə.Yazırsan ki, tez cavab yazmıram sənin kağızlarına. Bunun səbəbi ikidir; biri budur ki, mən əslində kağız yazmağa tənbələm, bir səbəbi də budur ki, qıçlarım gecə və gündüz ağrıyır. Qoymur rahat olam. İki aydır sağ əlimin baş barmağına yara çıxıb, qoymur qələmimi əlimə alam.

2 min
Əzizim Məmmədəli! (2 yanvar 1911)

Genə bir az kefim yoxdur. Bəlkə bir neçə günə gələm. Gələn poçt ilə sənə məqalə və şəkil göndərərəm.Abunə pullarını poçtdan al, ver poçtxanadakı sbereqatelni kassada qalsın jurnalın adına. Kassanın kitabçası mənim stolumun sağ qutusundadır, götür.

1 min

Poems by other poets · Satire