Qənaət
Atalar yaxşı deyiblər ki, qənaət kimyadır; hər bir şey çox işlənsə, əlbəttə tez qurtarar. Götürək Nuxa cavanlarını ki, bir-birilə müsəlmanca danışanda müsəlman sözlərinə qənaət eləyib, aralığa rus sözləri qatırlar. Və yaxşı da eləyirlər; əgər belə eləməsələr, yəni əgər müsəlman sözlərini çox işlətsələr, əlbət ki, yavaş-yavaş qurtarar; çünki bir şey çox sərf olunsa, tez də qurtarar.
Xüsusən, pul.
Hamıya məlumdur ki, Vladiqafqazda “Novruz mədrəsəsi” bir il bundan qabaq az qalırdı ki, bağlansın; ondan ötrü ki, pulu az idi. Və ağıllı adamların tədbiri olmasaydı, indi mədrəsə çoxdan bağlanmışdı. Allah rast saldı ki, qənaət hikməti burada yada düşdü və riş-səfidlər elan elədilər ki, hər kəs yarı məvacibinə dərs verməyi qəbul eləsə, onu məktəbə qəbul eləsinlər və köhnə müəllimləri çıxartsınlar. Belə ki, dörd ay bundan irəli Vladiqafqaza təzə varid olan bir cavanı ağsaqqallar çağırıb, təklif elədilər ki, əgər köhnə müəllimlər aldığı məvacibin yarısına dərs vermək istəsə, bir ərizə pişnihad eləsin. Cavan razı olur və köhnə müəllimi çıxardıb, bunu qoyurlar onun yerinə.
İndi yenə Vladiqafqaza bir təzə adam yetişən kimi məktəb vəkilləri vağzalda yapışırlar yaxasından və soruşurlar ki, əgər yarı məvacibə müəllimlik eləməyə razı olsa, ərizə versin.
Xülasə, qənaət yaxşı bir şeydir. Qeyri yerlərdə də kasıb düşən məktəb vəkillərinə məsləhət görürük ki, müəllimə məvacib verməkdə israf eləməsinlər və hər kəs yarı məvacibə qulluq eləmək istəsə, onu dəvət edib, köhnəni çıxardıb qovsunlar getsin işinə.
Bu yaxşı qaydadır.
Lağlağı
“Molla Nəsrəddin”, 24 may 1909, №21
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-qenaet
Use ← → keys to move, R for a random poem
More by this author
İndi şükür olsun Allaha, Təbriz sakitlikdir. Bir müddət bundan irəli, Allah göstərməsin, çox şüluğ idi. Amma indi, Allaha şükür olsun, bir qiylü qal-zad yoxdur. Allah bir də keçən günləri göstərməsin. Yəni məşrutənin xasiyyətindəndir: hər yerə ki, məşrutə gəlir, dünya guya ki, az qalır bir-birinə dəysin. Təbrizdə həmçinin, nə qədər ki, bu zəhrimar məşrutə yox idi, qoyunlar qurdlar ilə otlayırdılar və hərçənd ki, qurdlar acanda qoyunları tutub yeyirdilər, amma genə elə bir qarışıqlıq olmurdu. Amma bu məşrutə çıxan kimi əhali neçə tirə oldu: mollalar ayrılıb bir dəstə bağladılar, Ağa Seyid Haşım bir dəstə bağladı, Ağa Şeyx Səlim bir dəstə bağladı, bir dəstə Ağa Mirzə Əlinin dəstəsi, bir dəstə Xiyaban dəstəsi, bir dəstə Leylaabad dəstəsi, Sürxab dəstəsi, Dəvəçi dəstəsi, Bağmeşə dəstəsi, İsmayıl dəstəsi, Hacı Səməd dəstəsi, Qələbanbaşı dəstəsi, Kərbəlayı Həsən, nə bilim, qurd dəstəsi, meymun dəstəsi və genə bilmirəm nə dəstəsi.Hələ bunlar kifayət edər, sözüm burada deyil. Sözüm burasındadır ki, bu dəstələrin heç biri özgə arzuları və niyyətləri yox idi, məhz istədikləri bir-birini yox eləmək idi. Zalımların gözləri elə qızmışdı ki, ədavətlərinin şiddətindən məşrutə-flan yaddan çıxıb getmişdi Rusiya vilayətinə, yəni getmişdi orada verilən məşrutənin yanına.
Cəfərin anasıDünən özümü soyuğa vermişdim, heç keyfim yox idi və kürəklərim ağrayırdı. Ayıb olmasın, bizim Cəfərin anasına dedim: “ay arvad, sən Allah gəl çıx mənim dalımı bir yaxşıca ayaqla”.Əvvəl nainsaf arvad acıqlı-acıqlı yavaşca öz-özünə dedi: “başına daş düşsün”. Mən eşitdim və bildim ki, mənə deyir.
Bakı dəryasıNə gözəlsən, ey Bakı dəryası! Və necə xoşbəxtsən, ey Bakı dəryası! Ey Bakı dəryası, ey dəryaların seçilmişi! Ey göllərin padşahı! Nə göl kimi gölsən, ey Bakı dəryası, çünki yer üzündə sənin kimi böyük göl yoxdu! Nə dərya kimi dəryasan, Bakı dəryası, çünki çəkilib şir kimi durmusan kənarda və heç bir özgə dəryalara qarışmırsan, heç kəs ilə işin yoxdur!Nə gözəlsən, ey Bakı dəryası!
Cümə günləriBiz müsəlman tayfası bir sözü danışanda heç o sözün dalınıqabağını fikirləşmirik. Elə, məsələn, indi mən özüm də bu sözləri yaza-yaza nə dalını fikirləşirəm, nə qabağını, elə ha zora salıb yazıram və heç fikir eləmirəm ki, görək axır bu sözləri yazmaqdan nə fayda, gərək bu sözləri kim oxuyacaq və kimə lazımdır və nəyə lazımdır ki, oxusunlar? Niyə də ki, oxusunlar və nə səbəbə gözlərinin nurunu töküb oxusunlar? Nə cəhətə “İxtiyarat” kimi kitabları qoyub bu cür cəfəngiyatı oxusunlar?Deyəsən bir az uzun oldu.
Poems by other poets · Satire
Çox eybculuq etmə, məndən senə vəsiyyət,Sanma ki millətində bilmərrə yoxdu qeyrət.
Görün bu çərxi-dunpərvər nə növi ruzigar eylərGörün bu çərxi-dunpərvər nə növi ruzigar eylər,Çəkib ağuşuna hər naqisi kamil əyar eylər,
«Molla Nəsrəddin» yazıçılarından «Çiri Məsmə»yə cavabBakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı!Təri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı!
Təqdir edəlim!Kəlniyət! Gəl yığalım Qafqazın ər-övrətini,Sayalım sevgili millətçilərin himmətini,