Sədiyə oxşar
Yek şəb təəmmüli-əyyam güzəştə mikərdəm və məhərrəmlikdə xərclənən min-min və yüz və yenə on yüz və yüz min manat pulların tələf olacağına təəssüf mixordəm və in əbyati münasibi-hali-xud migüftəm.
Məsnəvi
Hər dəm əz ömr mirəvəd nəfəsi,
Çon nigəh mikünəm, nəmanəd bəsi.
Ey ki, min illər ilə dər xabi,
Məgər in pənc ruz dəryabi?
Məgər bir də belə fürsət ələ düşər ki, durub baxırsan? Hı? Niyə dinmirsən? Deyirsən hökumətin pulu yoxdur?
Çox əcəb. Nə qədər pul lazımdır? Bəli, bir neçə milyon. Çox gözəl! Di indi gəl görək, bu məhərrəmlikdə bütün İranda nə qədər pul məsrəf olundu? Bilirəm sən nə deyəcəksən; sən deyəcəksən ki, “pəh! Biz məgər rus millətiyik ki, Minin və Pojarski kimi vətən övladı çıxıb, camaatdan bir günün içində lazım olan məbləği yığıb, məmləkəti təhlükədən qurtarsın? Məgər biz murdar əcnəbi millətlərindənik ki, vətən yolunda pul lazım olanda hər kəs əlindən gələni aparıb atsın vətən dəstmalına, ta ki, ixtiyarımız olsun ucadan söyləməyə: “Biz də vətənimizi istəyirik”…
Bəd əz təəmmüli-in məni məsləhət on didəm ki, zəban boridə bekünci nişəstə süm və bəküm.
Və vaqeən hər nə danışsaq, deyəcəklər ki, Molla Nəsrəddin dinə sataşır. Vladiqafqazda mollalar öz ciblərinin məsləhəti üçün lotupotunu ağsaqqal seçib göndərir ki, kasıb camaatı soyub, mollalara pul yığsın (Naxçıvan yadıma düşdü). Bəli, biz bu əhvalatı jurnalımızda yazanda mollalar da camaatı öyrədirlər ki, “Molla Nəsrəddin” dinə sataşır”.
Zəban dər dəhan, ey xirədmənd, çist?
Cavab: lazım olanda dil ağızda bir kiliddir ki, camaatımızın eybini göstərmək vaxtı gələndə hünərimizin xəzinəsini kilidləyib, bir söz danışmırıq ki, camaatı özümüzdən incitməyək. Amma lazım biləndə dilimizi ağızda bir açar hesab edirik və Osmanlıdan gətirdiyimiz qafiyə və ləğəb xəzinəsini açıb, özümüzü meymunlara göstəririk ki, bizə “pəh, pəh!” söyləsinlər.
Xülaseyi-kəlam, malekra pəndi-vəziri-naseh müvafiqi təb nəyaməd və buyurdu ki, Molla Nəsrəddinin boynunu vursunlar. Bari pulum da yoxdur ki, verəm “Məzhər” ruznaməsi əksimi sala qəzetinə ki, bari gələcək üçün bir yadigar qala.
Qitə
Əz söhbəte-dusti berəncəm
Kəxlaqe-bədəm hüsn nümayəd.
Eybəm hünəro kəmal binəd,
Xarəm güli-yasəmən nümayəd.
Ku düşməni-şux çeşm, çalak;
Ta eybi-məra bemən nümayəd.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 31 yanvar 1910, №5
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-sediye-oxsar
Use ← → keys to move, R for a random poem
More by this author
“Bisavad” bəzi vaxt pis sözdü, bəzi vaxt yaxşı sözdü. Elə adam var ki, ona “bisavad” desən – inciyər. Elə adam var ki, sən deməsən də özü döşünə döyə-döyə deyər “Mən bisavadam”.Adamına baxar və yerinə baxar.
İpİrəvandan bir belə kağız aldıq:“Bir gün Hacı Şeyx Ələkbər ağa, Hacı Molla Sadıq ağanın təziyəsində moizə edirdi. Əsnayi-moizədə dedi: Camaat, bir gün bir neçə adam gəldilər ikinci xəlifə Ömərdən sual elədilər ki, ya xəlifə, biz şiələri tanımırıq ki, tutub öldürək. Xədifə çıxartdı bir ip verdi ki, bu sizin ölçünüz. Bu ip hər kəsin boyuna gəlsə öldürün – o şiədir!”.
PoçtxanaMən indiyə kimi hələ qana bilməmişəm ki, bu poçtxananı urus nədən ötrü icad eləyib. Deyirlər ki, hələ Avropada bundan da dəstgahlı poçtxanalar var. Gənə dəmir yolu olmaya, araba yolu olmaya, adamların tərəddüdü olmaya – o vədə tutaq ki, hələ bir yana pul göndərmək, ya kağız göndərmək üçün bəlkə poçtxana elə bil ki, sensur alması. Sənəm və sərv qədər laləzar gedən var. Tiflisdən Gəncəyə gedən var, Şəkidən Şirvana gedən var – dəxi poçt nəyə lazım: kağız göndərəcəksən, ya pul göndərəcəksən, ya şey göndərəcəksən, çıx bazara, soruş gör gedən kimdiver aparsın dinməz-söyləməz, xərcsiz və zəhmətsiz.Yəni maşallah bizim müsəlmanlar bu mətləbi çoxdan başa düşüblər və necə ki, mənim səliqəmdi, onlar da elə rəftar eləyirlər.
Həmşəri və saldatS a l d a t : Həmşəri, zaçem tvaya qamsum tatar şaxsey-vaxsey başqa qinjal prapal.H ə m ş ə r i : Ağa saldat, patamu qamsı tatar zorba başqa rejim rabatay; məsələn, erməni takoy çalavert, qorxax, musurman qorxax bilməz, patamu indi qamsım urus, firənk, erməni, gürcü pasmatri musurman şaxsey-vaxsey mnoğo-mnoğo kriçit, kriçit, başqa vsyo qinjal, başqa vsyo qəmə, rejim, rejim, şaxsey rejim, patamu vsyo ingilis, vsyo urus, vsyo firənk qamsum gəlib pasmatri kakoy zorba pasmatri musurmandan qorxub delayet, tvoyo urus şto? Burnundan adin nemnoşko qan gələn kimi kriçit, ay umirat, ay doxtor, umirat. Patamu musurman zorba.
Poems by other poets · Satire
“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,
Dübarə-səbarəVerir müsəlmanə yüz macəra dübarə-səbarə,Edir qəzetlər ona iftira dübarə-səbarə.
FərmanMəsciddə bu il hökm elədi Molla Süleyman,Bir gündə gərəkdir kəsilə Bakıda qurban.
Səndən sonra, ey tagi-sər başımaMixail Petroviç Kolyubakinə*Səndən sonra, ey taci-sər, başıma