Sövqi-təbii və yaxud Həcc ziyarəti
Təbiət qanunlarının katibləri dərs kitablarında yazırlar ki, bir qarınca öz durduğu yerində, öz-özlüyündə hərəkət edib bir yana getməyə hazırlaşmırdı. Birdən bu qarınca baxıb görür ki, onun qabağından hədsiz və hesabsız öz həmcinsləri bir tərəfə getməkdədirlər. Burada bizim bir dənə qarıncamız dəxi fikir eləmir və fikir eləməyi də lazım görmür: bir surətdə ki, mənim cəmi yoldaşlarım bir yana getməkdədirlər və girəm ki, mənə məlum olmayan bir yana getməkdədirlər, – dəxi mənim üçün burada qeyri təklif qalmır, savayı onlara qoşulmaqdan.
Və oxucu yoldaşlarımız elə güman eləməsin ki, qarınca burada bizim kimi çox danışır və burada bir mülahizə edir, müqayisə edir; filfor, həmin saat biixtiyar, özünü verir camaatın içinə, biixtiyar bu selin cərəyanına tabe olub, qarıncaların sürüsünə soxulur.
Əlbəttə, Allahın bu balaca heyvanlarının bu səfərinin bir təbii mənası var: bunlar ya “ac və çörəksiz” yerlərdən “ucuz və bol” bir məmləkətə köçürlər, ya bəlkə abü hava mülahizəsincə namüvafiq bir iqlimdən müsaid bir iqlimə hicrət edirlər, ya burada bir müəyyən xatadan nicat tapmaq məqsədi var. Bəhərhal, bizim müfrəd qarıncamız bu karvanın haraya getməyini və nə məqsəd ilə getməyini heç soruşmur: bir də görür ki, selin içindədir.
Buna təbiət mütəfənninlərinin dilində sövqi-təbii deyirlər, ancaq bizim sadə danışıq istilahımızda buna biz “heyvanlıq” deyirik.
Söhbətimiz həcc ziyarəti barəsindədir. Məlumdur ki, bu il Şərq ölkələrindən səkkiz min hacı Bakı yolu ilə gəlib Məkkəyə ziyarətə gedirlər. Bunların da hər biri fərdən-fərd, ola bilər ki, özlüyündə durduğu yerindən hərəkət eləməyə qabaqca niyyət eləmirdi. Bir də görür ki, özü kimi insanlar bunun gözünün qabağından bir yana hücum etməkdədirlər. Dəxi burada bizim müfrəd hacı kandidatımız artıq düşünmür və düşünmək də heç lazım deyil.
Bunun heç xəyalına gəlmir ki, sürünün sənadidi, yəni dəstə başıları, burada ziyarət dəstgahından İngiltərə hökumətinin əli ilə çox böyük pullar qazanacaqlar.
Və lakin bunlar mənə borc deyil; buradan sən dəxi siyasi məsələyə də hələ əl uzadırsan; amma mən bir bisavad iranlı, ya turanlıyam, mənə siyasət-zad lazım deyil, mənə Kəbeyi-şərifənin təvvafi lazımdır ki, bir yolluq yeddi silsiləmlə nicati-cavidanini tapa bilim.
Bəs, həmin sövqi-təbii, yəni heyvanlıq xasiyyəti ki, dərs kitablarında yazıblar, – həmin mənadır ki, burada bəyan etməklə sizə dərdsər verdim.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 26 aprel 1928, №17
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-sovqi-tebii-ve-yaxud-hecc-ziyareti
Use ← → keys to move, R for a random poem
More by this author
Bizim Cəfərin anası bu gün ev-eşiyi süpürüb, yığılan zibili evin qabağına atırdı. Birdən gördüm, zibilə bir-iki qəzet də qarışıb. Tez səsləndim ki: “Ay Cəfərin anası, ay çaşğın, onları atma, gətir görək bəlkə lazımlı sözlər yazılıb”.Sözüm yabana. Arvadım qəzetləri gətirdi; aldım, baxdım. Biri “Sabah” qəzetinin 7187-ci nömrəsi idi. Qəzetin bu yanına, o yanına göz gəzdirdim ki, oxumalı bir zad yoxsa verəm, yenə tullasın; gördüm iri xətlə yazılıb ki: “Təsfiyeyi-lisan əzbül-bəyani-osmani”. Bunu oxuyan kimi ürəyimdə dedim ki: “Məgər, arvadın da ruhu duyub ki, bu zamanda bunların yeri zibillikdir?”.
Kəc qabırğaNorveç qəzetləri yazırlar ki, vəkil seçmək üçün arvadlar ixtiyar aldılar. Xristianiya şəhərindən seçilən 8 səs demokrat deputatının ikisi arvaddır.Amerika qəzetləri yazırlar ki, buranın arvadları cəmiyyəti hökumətə tələbnamə verib dövlət qulluqlarında kişilər ilə bir ixtiyar sahibi omaqlarını və polisə qulluqlarına da girməyi istəyirlər.
Bismilla xiragima nirragimDünən axşam tələsik bazara gecirdim ki, Kasbar ağanın mağazası qapanmamış, dükanıma bir az şey-şüy alam. Yolda qabağıma qonşu Məşədi Məhəmmədin oğlu çıxdı, dedi ki:– Dadaş, mən hamama gedirəm, gəl sən də bərabər gedək. – Dedim:
Bəzi işlərSeyid Abdulla Bəhbəhani ki, əvvəllər özünü məşrutəpərəst qələminə vermişdi, bu yavıqlarda tehrana gəlib, təzə hökumətə bir ərzihal verib və yazıb ki, “bu axır vaxtlarda Tehranda üç pis adət əmələ gəlib: əvvəlincisi – övrətlərin küçələrdə görükməsi; ikincisi – camaatın projektora getməsi; üçüncüsü – evlərdə və divanxanalarda telefon ilə danışmaq”.Bu haman Seyid Abdulla Bəhbəhanidir ki, İranda məşrutənin əvvəlinci günlərində bunun adını qırmızı baydaqlara yazıb gəzdirirdilər.
Poems by other poets · Satire
Mirzə Fətəliyə*Gözüm yolda qaldı, könül intizar,
İnsan oluramŞüəralıq rəvişin tərk edib insan oluram,Nola, divanə isəm, aqili-dövran oluram.
Bizləri məfluk edən hər adəti-millətimiziBizləri məfluk edən hər adəti-millətimiziƏcnəbilər daima teyibü təiin eyləyir.
Əsrimizin qəhrəmanları(Dörd pərdədə roman)“Qospadin” Nəsir intelligent, müsəlman “kavaleri” həmişə qızlarla tanış