Quba meydanında bu günlərdə üz verən vəhşiliyi indiyə kimi biz tarixlərdə eşitməmişdik.

Bütün camaat doluşub bir nəfər canına qurban olduğum seyidin başına: adamlar bir-birini elə basır ki, qabağa getməyə macal yoxdur. Seyid cənabları nəyə məşğuldur: onun üzünə tüpürür, bunun üzünə tüpürür. Bəs camaat nə eləyir? Camaat da üzünü ağanın qabağına tutub yalvarır: “Ay ağa, mənim də üzümə tüpür”.

Məzə burasındadır ki, bu tüpürmək müftə deyil... Hər üzü tüpürcəkli ağaya yaxşıca pul da verir.

Və beləliklə müqəddəs ağa bir yarım saatın içində Quba meydanında olan mömin məşədilərin günahlarını öz “təbərrik” tüpürcəyi ilə bağışlayıb özü də çoxluca pullara sahib oldu.

Doğrudur, dünyada hər cür vəhşilik ola bilər və çoxlarını biz eşitmişik də. Hətta bunu da eşitdik ki, bir müqəddəs vücud bir günahkar bəndənin üzünə tüpürə bilər, amma doğrudan doğru bunu eşitməmişdik ki, insanın vəhşiliyi o yerə çata ki, üzünü tuta bir eşşəyin birinin qabağına və ona deyə: “Tüpür mənim üzümə!”

Və hələ bu tüpürməyə öz cibindən pul da çıxarda verə.

Ağlım kəsmir ki, bir özgə yanda da bu vəhşiliyin misli ola bilə.

“Yeni yol”, 17 mart 1923, №10

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Naxçıvanda bir səyahət

Rəbiüs-sani ayının 17-ci günü Naxçıvana varid oldum. Gecəni “İslam” mehmanxanasında qalıb, rahat oldum.Həmd olsun Tanrıya “İslam” qostini iki ildir ki, bina olub. Bir az müddətdə Yevropa sayağı ilə qonaqlara hörmət və ehtiram göstərirlər. Sübh çayımı içəndən sonra durub səyahətə məşğul oldum. Yayın isti günəşi çıxıb, öz nuru ilə aləmi münəvvər eləmişdi. Və sübhün lətif yeli əsib gah-gah balaca ağacların yarpaqlarını səsləndiridi. Gəzə-gəzə Naxçıvanın məşhur “Skver” bağına tərəf yollandım və orada olan pakizə bir stulun üzərində əyləşib gələn-gedənlərə tamaşa edirdim. Bu əsnada bir nəfər qədim dostlarımdan sual elədim ki, indi Naxçıvana çox qəzet gəlirmi?

2 min
Yeni ibtidai məktəbdə Azərbaycan dili

Budur, qarşımızda bir protokol vardır. Bu, Qafqaz təhsil dairəsindəki yerli əhali üçün birsinifli məktəblərin tədris planını hazırlayan xüsusi komissiyanın protokoludur (bax: “Tiflisski listok”, № 150).Protokolda göstərildiyinə görə, yeni tədris planı “bilavasitə xalq maarifi işi ilə məşğul olan və məktəbin ehtiyaclarını, habelə həyatın və xalqın tələblərinə uyğun olaraq məktəb işində nə kimi dəyişikliklərin arzu olunduğunu kifayət qədər bilən” adamlar tərəfindən tərtib edilmişdir.

4 min
Faydalı təşəbbüs

Ali senatın bu yaxınlarda “Tiflisski listok”da çap olunmuş sərəncamını ürəkdən alqışlamaq lazımdır, o sərəncamı ki, orada əmr olunur: 1. “Mirovoy sudların yığıncaqları mütləq təyin olunmuş saatlarda açılsın; 2. Bir saatda nə qədər işə qulaq asmaq mümkün isə, o qədər də iş təyin edilsin; 3. İddiaçıların, cavabdehlərin və şahidlərin məhkəməyə çağırılması saatları elə bölüşdürülsün ki, heç bir kəs vaxt itirməsin və onun üçün təyin olunmuş saat qurtaran kimi məhkəmə binasından çıxıb getsin”.Bununla bərabər, senat fərmanının bir neçə maddə ilə daha da genişləndirilməsi haqqında öz arzularımızı ifadə etməyə bilmirik.

3 min
Bəs Aspisova xanımın müsəlman qızları üçün məktəbi necə oldu?

İki aydan sonra Aspisova xanımın Tiflisdə müsəlman qızları məktəbi açmaq icazəsi üçün ərizə verməsinin bir ili tamam olacaqdır. İndiyədək bu xahiş qəbula keçməmişdir. Bizim dəftərxanalarda öz xahişinin qəbula keçəcəyinə hələ də ümid bəsləyən Aspisova xanımın nikbinliyinə təəccüb eləməmək olmur.İş ondadır ki, bu barədə verilən ərizə Aspisova xanımın etibarlı adam olub olmadığını aydınlaşdırmaq məqsədilə bir neçə ay yerli inzibati idarələrin dəftərxanalarını gəzəndən sonra rəy üçün Zaqafqaziya müftisi və şeyxül-islamına göndərildi; onlar isə Aspisova xanıma kömək etmək və müsəlmanlar üçün əhəmiyyətli olan belə bir təşəbbüsü yerinə yetirməkdə ona kömək etmək əvəzinə, Aspisova xanımın təqdim etdiyi şəriət proqramına höcəşdilər. Qafqaz təhsil dairəsinin cənab popeçiteli müfti və şeyxül-islamın rəyinə əsaslanaraq, məktəbin açılışı məsələsinə xitam verdi.

1 min

Poems by other poets · Satire