Xanımlara
“Füyuzat”ın 24-cü nömrəsində axırıncı səhifədə “Azad” təxəllüslü şair üzünü xanımlara tutub ərəbcə deyir:
Vətən övladının təmini-istiqbalı müşküldür.
Xanım qızlar əgər meydanə çıxmazlarsa mərdanə!
Yəni bizim dilə tərcümə eləsək, bu sözlərin mənası belə olur: Əgər xanım qızlar kişi kimi meydana çıxmasalar, vətən övladının gələcəyə arxayın olmağı çətindir.
Mən dünən bu sözləri oxuyan kimi, tez qaçıb getdim evə və, eyb olmasın, bizim Cəfərin anasına dedim:
– Arvad, dur ayağa! Dur get meydana!
Övrət baxdı üzümə, amma bir söz demədi; ancaq sağ əlinin barmaqlarını açdı, boğma çıxartdı.
Mən yenə övrətə dedim:
– Dur ayağa! Dur çıx meydana!
Övrət dəxi üzümə də baxmadı.
Maşallah, yavaş-yavaş təzə sözlər eşidirik. İndi də “Füyuzat”ın şairləri başlayıblar ki, “xanımlar gərək mərdanə çıxalar meydana”. Belə görsənir ki, şairin fikri Qarabağ xanımlarına gedir; çünki Qarabağ xanımları meydana çıxsalar da və, belə tutaq ki, birdən bərk yel əssə də, bunlara bir şey olmaz; amma bəlkə Naxçıvan və Təbriz xanımları çıxdılar meydana və birdən bərk yel əsdi, – onda yer üzündə yaşayan yetmiş iki əcnəbi millətlərə nə cavab verərik?
Bir mətləb də var. Bunu cənab şair bizə bəyan eləsəydi, yaman olmazdı: xanımlar meydana çıxıb nə qayırsınlar?
Axı bunu uşaq da bilir ki, meydan xanım yeri deyil; meydana pəhləvanlar çıxıb küştü tutarlar və qoca kişilər də dükanları bağlayıb səhərdən-axşama kimi oturub, ağızlarını açarlar göyə, tamaşa elərlər və burada da yuxu tutar, mürgülərlər.
Bəs xanımlar meydana çıxıb nə qayırsınlar? Onda da hələ mərdanə!.. Hələ mərdanə nədir?
Axırda da şair farsca belə deyir:
Gərək bəxş eyləsin fərzəndə madər nuri-irfani.
Nasıl kim, bəxş edir xurşid pərtöv mahi-tabanə.
Bunu da bizim dilə tərcümə eləyəndə belə məna verir: Necə ki, gün işığını aya bağışlayır, habelə ana gərək övladına kamal işığını bağışlasın.
İnşallah bizim analar bağışlarlar!
Yazıq şair qorxusundan övrət məsələsini fars və ərəb dilində danışır ki, Ordubad qırmızı saqqallıları başa düşməsinlər və hay-küy salmasınlar.
Amma nahaqdır; Ordubad camaatı, təmamən molladır. Mədrəsinin qabağında bazar çayına durub tamaşa eləyəndə, görürsən ki, elə hey çay baş-aşağa o tərəfdə-bu tərəfdə əllərində aftaba və başlarında əmmamə ağalar düzülüb çömbəliblər…
Bəlkə bu da ibadətdir?!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 20 avqust 1907, №31
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-xanimlara
Use ← → keys to move, R for a random poem
More by this author
Sənin kağızını, həmçinin Müzəffərin kağızını Ənvər gətirdi. Amma çox pis iş görüb ki, dərsə gecikib.Bizdə heç bir təzə xəbər yoxdur, sizdə isə, həmişə də xoş olmasa, daim yenilik var. Amma bu işləri ürəyinə salıb fikir eləmə. Ən vacibi budur ki, növbənöv çəkişmələrə qarışmayasan və cürbəcür naxunəçilərdən uzaqda olasan.
Həmidə! (1929)Sənin ikinci dəfə yazdığın kağızı aldım və həmin gün Azərbaycan MİK-ə ərizə verdim. İndi sənə Azərbaycan MİK-ə yazılmalı olan müxtəsər ərizənin formasını göndərirəm ki, özün öz əlinlə (əgər bacarsan) yazasan, yaxud başqa bir adama yazdırıb bu ünvana göndərəsən: Bakı şəhəri, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə (zərfin üstünü rusca yazmaq olar). Məktubu poçta verdiyin günü mənə xəbər ver ki, bilim və nə lazımdır eləyim. Sənin səsin sənə qaytarılacaq. Amma sənə məsləhət bilirəm ki, bu barədə heç kimlə bir kəlmə də olsun danışmayasan.Müzəffər uşaqlara yolpulu göndərib onları bayram üçün kəndə çağırmışdı. Lakin Midhət gedə bilmədi. Ənvəri isə mən tək buraxmadım. Pulu məndən yarıbayarı alıb özlərinə xırda xərclik eləyirlər. Bu gün sənə 40 manat göndərilmişdir. Hələlik, salamat qal.
Münəvvər! (23 mart 1929)Pullar yetişdi. Uşaqlar çox razıdırlar, səni və Müzəffəri təbrik edirlər.Əgər sən, ya Müzəffər Ş.Rəcəbovdan harayasa şikayət ərizəsi vermisinizsə, əlavə ərizə verin ki, xahiş edirik bizim şikayətimizə baxmayasınız. Bunu mütləq eləyin.
Əli Həsən! (26 noyabr 1929)Qabaqca göndərilib sizə “Sirkə” kitabçası ilə yüz ədəd. İndi də göndərilir “Molla Fəzləli” kitabçası ilə yüz ədəd.“Molla Nəsrəddin” idarəsi tərəfindən
Poems by other poets · Satire
Köhnəlikdir – dedi – bozbaşla qutab, bəziləri,Bağladı xeyli bu mənada kitab, bəziləri.
Əşar (“Kəlniyət”, ağrın bu qoca naqqala”)“Kəlniyət”, ağrın bu qoca naqqala,Bircə sözüm var, onu yaz jurnala,
Oğulun cavabıMəni təhrik eləmə alverə, vicdansız ata!Qəlbsiz, duyğusuz, anlaqsız ata, şansız ata!
Mö’minlərəQibləgahım, dinpənahım, bəxtəvər mö’minlərə,Hərzə, hədyan söylərəm hər ləhzə xor mö’minlərə.