Mənim əziz qızım Münəvvər! (Bakı, 28 fevral 1929)
Sənin kağızını, həmçinin Müzəffərin kağızını Ənvər gətirdi. Amma çox pis iş görüb ki, dərsə gecikib.
Bizdə heç bir təzə xəbər yoxdur, sizdə isə, həmişə də xoş olmasa, daim yenilik var. Amma bu işləri ürəyinə salıb fikir eləmə. Ən vacibi budur ki, növbənöv çəkişmələrə qarışmayasan və cürbəcür naxunəçilərdən uzaqda olasan.
Müzəffərə salam göndərirəm və onu öpürəm.
Rəcəbovun fitnə-fəsadına və çəkişmələrinə fikir vermə. Əgər hövsələn gəlsə, Ağdamda olanda Qarayevə və Qasımova şikayət elə ki, Rəcəbovun hərəkətləri jurnalda tənqid olunduğuna görə indi o, kəndliləri sənin üstünə qaldırır. Hələlik sağ ol. Sənin haradan başına düşüb ki, mən səni istəmirəm?
Cəlil
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-menim-eziz-qizim-munevver-baki-28-fevral-1929
Use ← → keys to move, R for a random poem
More by this author
Dünyada çox arvadların başmaqları düşüb, xah at üstə gedən vaxt, xah arabadan ya faytondan, xah dəmir yol ilə gedəndə.Mənim bir dostum var, nağıl edir ki, bir neçə il bundan qabaq övrətlə Xorasana gedən vaxt övrətinin başmaqları otuz dörd dəfə faytondan düşdü, iyirmi bir dəfə dəmir yolda gedən zaman pilləkanları enibçıxanda düşdü və yüz qırx altı dəfə İranda at yolu ilə gedəndə düşdü.
Təzə xəbərTükəzban xalanın gəlini, istəyirdi toyuqlara dən səpə, sarı toyuq gözünə sataşmadı. Bir az “cü-cü” eləyib çağırdı, sarı toyuq görsənmədi. Gəlin fikir elədi ki, bəlkə toyuq Fatma xalanın həyətinə keçib və divara tərəf yeriyib divarın alçaq yerindən başını Fatma xalanın həyətinə uzadıb çağırdı:– Ay Fatma xala, sən Allah, bax gör bizim sarı toyuq sizin həyətə keçməyib ki?
QuzuMəmmədhüseynin kirvə oğlusu Qurtbasar kəndindən buna bir quzu sovqat göndərmişdi. Kəblə Məmmədhüseyn istədi quzunu kəsə, amma heyvanın belini əlləri ilə sığallayıb, bıçağı tulladı yerə və arvadına dedi ki:– Bir sümüknən bir dəridən savayı bir şey yoxdu.
Molla FəzləliMinbərin dibində bir qərib molla oturmuşdu. Helə ki, mərsiyə tamam oldu və məscid sovuşdu, mən də camaatla çıxdım küçəyə, gördüm ki, haman tanıdığım molla mənim dalımca gəlir. Mən buna tərəf çönüb baxanda bu mənə çox ədəblə dedi:– Axund Molla Nəsrəddin, bu gecə sizə qonağam.
Poems by other poets
Ey Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
HanıGecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Nigârâ nişe döndürdün şunun gibi yüzi bizdenNigârâ nişe döndürdün şunun gibi yüzi bizdenMenüm tek âşık-ı bîçâre-i âşüfte âcizden
Nazim HikmətəSən Bakıya qonaq gəldin,Xoş ürəklə, gül çiçəklə.