Oruc bayramının günü Bakıda “Səadət” məclisində doktor molla Əbdülxalıq Axundovun sözlərini eşidəndən bu yana mənim fikrimə bir şey gəlir: mən yəqin edirəm ki, indi bir adam özünü tülkü libasına salıb, müsəlmanları yığa başına və deyə ki, “ay camaat, mən Allaham”, hamı bu tülkünün sözünə inanıb, düşəcək səcdəyə və deyəcək ki, doğrudan, elə Allah budur ki, budur.

Doktor molla Əbdülxalıq Axundov bayram günü “Səadət” məclisində bu sözləri danışıb: “Həzərat, siz bilmirsiniz ki, nə səbəbə biz müsəlmanlar dalı qalmışıq, Amma mən bilirəm. Səbəb budur ki, bizim evimizi yıxan Avropada təhsil tapmış cavanlarımızdır ki, müsəlmançılığı özlərindən kənar ediblər. Bizə belə oxumuşlar lazım deyil. Biz gərək öz dədə-baba qaydalarımız ilə təlim tapaq və öz köhnə yolumuz ilə gedək. Bizlər köhnə qaydalarımızdan çıxa bilmərik; yoxsa islam əldən gedər. Ona görə sizlər gərək bizə çoxluca pullar verəsiniz ki, köhnə qayda üzrə təzə məktəblər açaq və Tehrandan təzə mollalar gətirək ki, bizim əqidələrimizi düzəltsin”.

Bu, doktor molla Əbdülxalıq Axundovun sözləri.

İndi mənim də bir neçə sözüm var, cəmi vicdan sahiblərindən xahiş edirəm ki, mən qoca mollanın da bir neçə kəlmə sözünə qulaq versinlər və qulaq verəndən sonra zaiqəyə tapşırsınlar.

Mənim sözüm budur:

Əvvələn, üç il bundan qabaq doktor molla Əbdülxalıq Axundovu görüblər bir qonaqlıq məclisində. Haman məclisdə bir neçə müsəlman kişisi və bir neçə də üzüaçıq müsəlman övrəti var idi. Doktor molla Əbdülxalıq Axundov öz əli ilə çaxır stəkanlarını doldurub, qoyub müsəlman övrətlərinin qabağına ki, içsinlər; amma övrətlər içməyiblər.

Məlumdur ki, əgər bir belə sözü Molla Nəsrəddin bir şəxsin barəsində yalandan danışsa, dəxi Molla Nəsrəddindən binamus adam dünyada gərək tapılmaya. Və əgər doktor Əbdülxalıq Axundov cavab versə ki, bu sözlər yalandır, – mən borclu oluram haman məclisdə olan şəxslərin hamısını şahid çəkəm.

Saniyən, bir neçə vaxt bundan qabaq doktor molla Əbdülxalıq Axundovu görüblər mehmanxanaların birində donuz əti yeyəndə.

Əgər doktor Əbdülxalıq Axundov desə ki, bu söz yalandır, – mən borclu oluram müsəlman cavanlarımızdan bir nəfər mötəbərini bu işə şahid gətirəm.

Salisən, doktor Əbdülxalıq Axundov indiyədək hər bir “intelligent” məclisində oturanda buyurub ki, bizim evimizi yıxanlar mollalardır və bu sözü deyəndən sonra mollaların barəsində hər bir cür bihörmət sözlər danışıb. Əgər doktor molla Əbdülxalıq Axundov bunu inkar eləsə, – borclu oluram yüz nəfər şahid gətirəm.

Bircə sözüm qaldı:

Bayram günü “Səadət” məclisində doktor molla Əbdülxalıq Axundov camaata təklif eləyib ki, pul yığsınlar, amma məlum deyil ki, doktor özü neçə min manat verib?

Bu səbəbdən bu məqalənin başında biz yazdıq: “Xənnas”. Bəlkə doktor “Səadət” məclisində öz varına görə bir neçə min manat ehsan eləyib, – əgər belə olsa, biz “xənnas” sözünü pozub, yazarıq məhz: “molla”. Əgər verməmiş olsa, haman sərlövhəmiz də elə öz yerində qalmalıdır.

Mənim fikrimə bir belə şey də gəlir:

Mən deyirəm ki, indi tutaq ki, cənab doktor Axundov özü gedib, Avropada təhsil eləməmiş olaydı; belə tutaq ki, məsələn, Nəcəfül-əşrəfdə mollalıq dərsi oxuyub, adını qoyaydı hacı molla Əbdülxalıq və gəlib oturaydı Bakıda bir məscidin bucağında. İndi bir deyin görək, aya o vaxt cənab Axundov o qədər dövlət və hörmət qazanardı ki, indi doktorluqda qazanıb, yainki yox?

İnsaf sahiblərindən təvəqqə edirəm ki, bunu bircə cənab Axundovdan soruşsunlar.


Yenə gəldi təbimin dörddən biri,
Adını qoymusan molla və qazı,
Divardan asıbsan dünbəyi, sazı,
Niyə dindirirsən bu boşboğazı,
Götürsün qələmi, sataşsın sənə?

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 25 noyabr 1907, №44

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Təsəlli

Bir dərd var ki, yerə-göyə sığışmayan, ürək yandıran, insanı vərəmlədən, səbr və təskinlik bilməyən; məsələn, birinin əziz bir övladı əlindən gedə!…Amma elə də olur ki, birisinin başına bir müsibət gələndə, yenə bir yandan bir qəlb təskinliyi olur: əgər sənin elə bir övladın var idi ki, səni də, qonşularını da təngə gətirmişdi, əgər sənin elə bir qardaşın əlindən gedib ki, həmişə ona baxanda utanardın; əgər sənin elə bir qohum və yavıq adamın vəfat edib ki, sənin üçün həmişə xəcalətlik mayəsi idi, – sən belə bir fövtü dərd edəndə, sənə deyəcəklər ki, “a balam, çox da qüssə eləmə, o başı küllünün dünyada yaşamağı sənin üçün onsuz da bir dərd və bəla idi. Dəxi təsəlli tap, dəxi çox ağlama!”.

3 min
Qohumluq

Darvin öz kitabında yazır: “Heyvanlar bir-birilə qohumdurlar, necə ki insanlar da Adəm ilə Həvvadan əmələ gəliblər”.İnsanlar bir-birilə qohumdur. Bu qohumluq ya qədimdən, ya yavıq vaxtlardan, ya təzəlikdir. Bir övrət bir kişi ilə neçə müddət yaşayandan sonra, bunların övladı olur; amma haman övrət və haman kişi onsuz da bir-biri ilə qohumdurlar: övrət də, kişi də Adəm və Həvva kimi bir cift insandan əmələ gəliblər.

2 min
Məramnamə

Tiflisdə müsəlmanların bir “Xanımlar cəmiyyəti-xeyriyyəsi” var. Hərdənbir idarəmizə kağızlar yazıb soruşurlar ki, bu cəmiyyətin “məramnaməsi” nədir, yəni nəyə qulluq eləyir, məqsədi nədir?..Keçən vaxtlarda bir-iki kağız sahiblərinə cavab verdik ki, “Xanımlar cəmiyyəti-xeyriyyəsinin” məramnaməsi pul yığmaqdır, vəssəlam. Bizim bu cavabımızı eşidib, keçən il bir-iki Tiflis xanımları küçədə üzüaçıq mənə rast gəlib başladılar giley-güzarı ki, “sən niyə ona-buna yazırsan ki, bizim məqsədimiz pul yığmaqdır, niyə bizim bu qədər zəhmətlərimizi gizləyib, haqqı danırsan və bizə yaraşmayan adı bizim üstümüzə qoyursan, məgər görmürsən ki, biz hər il “bal” veririk, qızlarımızı orada işlədirik? Məgər bu millətpərəstlik deyil, məgər bizim üçün bu fədakarlıq deyil? Dəxi bizdən nə istəyirsən?”.

1 min
Yadigari-həzrət İbrahim Xəlil

Yaxud “Qurban Bayramı”Tarixin göstərməyindən belə anlaşılır ki, həzrət İbrahim Xəlil zilhəccənin onuncu günü sübh tezdən yerindən durub Həcərdən olan balaca oğlu İsmayıla dedi: “Bala, dur gedək!”. Oğlu başladı getməyə və gördü ki, atası bıçaq və kəndir də götürür, tifil soruşdu: “Ata, məni hara aparırsan?”. Atası cavab verdi: “Oduna”. Həzrət İbrahim çölə çıxıb qəfildən yapışdı oğlunun xirtdəyindən, basıb qoydu ayağının altına, bıçağı çəkib başladı yazıq uşağın başını kəsməyə. Məsum balası başladı yalvarmağa ki, “ay ata, aman günüdür, mənim axır günahım nədir ki, məni öldürürsən?”. Bir tərəfdən uşaq yalvarır, bir tərəfdən də gözləri qızmış həzrət İbrahim bıçağı daşa çəkir ki, itiləsin. Elə bıçağı uşağın boğazına çəkdiyi əsnada, yuxarıdan Allah-taala qeyzə gəlib çağırdı: “Dayan, dayan! Yekə kişi, qudurmamısan ki! İnsan da ağlı başında ola-ola, məgər oğlunun qanını tökər? Ay vəhşi, ay nainsaf!”.

2 min

Poems by other poets · Satire