Qohumluq
Darvin öz kitabında yazır: “Heyvanlar bir-birilə qohumdurlar, necə ki insanlar da Adəm ilə Həvvadan əmələ gəliblər”.
İnsanlar bir-birilə qohumdur. Bu qohumluq ya qədimdən, ya yavıq vaxtlardan, ya təzəlikdir. Bir övrət bir kişi ilə neçə müddət yaşayandan sonra, bunların övladı olur; amma haman övrət və haman kişi onsuz da bir-biri ilə qohumdurlar: övrət də, kişi də Adəm və Həvva kimi bir cift insandan əmələ gəliblər.
Niyə küçədə bir yad adamı görəndə və onnan bir neçə dəqiqə danışandan sonra, mənim ona qanım qaynayır? O səbəbə ki, biz qohumuq, insanlarıq. Nə qədər Salyan qazısı çalışdı ki, Lənkəran progimnaziyasını bağlatsın, yenə Lənkəranda Molla Məhəmmədin dost və xeyirxahı az deyil. Nə qədər Molla Sədrəddin Sofiyov, Hacı Yusifi incitsə və Molla Nəsrəddini aldatsa, yenə Hacı Yusif və Molla Nəsrəddin – Molla Sədrəddin əmioğlunun əmioğlanları və qohumlarıdır və bir atadan və bir anadan törəyənlərdir.
Götürək Məhəmməd Əlini! Dünyada bu məlunu tanıyan bir də Məhəmməd Əli adı çəkiləndə əlini uzadır tumanın bağına. Amma Tiflisdə rus dilində nəşr olunan “Tiflisski listok” Məhəmməd Əlini o dərəcədə dost tutur ki, İranda məhz Məhəmməd Əliyə kömək çıxmaq üçün bir müxbir saxlayır və gündə bir yalan yazır ki, “Məhəmməd Əli şah belə oldu, Məhəmməd Əli şah elə oldu”. Məsələn, axırıncı nömrəsində “Tiflisski listok” yazır ki, guya Sərabda əhalinin hər bir silkindən nümayəndələr gəliblər rus konsulunun yanına və ərz ediblər ki, İranın xoşbəxtliyi dübarə Məhəmməd Əli şahın İrana padşah olmağından asılıdır.
Niyə “Tiflisski listok” belə yazır? Ondan ötrü ki, insanlar bir-birilə qohumdur, savayı ondan ki, Nəsrəddin şah otuz altı il bundan əqdəm Tiflisdən Avropaya keçəndə, necə ki, deyirlər, Tiflisdə bir neçə gün qalıb və Tiflis yazıçılarına qonaq olub. Məlumdur ki, o vədələr də “Tiflisski listok” təzə başlayırdı çıxmağa və dünyada nə qədər gözə görünməyən sirrlər və hikmətlər var ki, pərdə dalındadırlar…
Yainki götürək Ərdəbil müctəhidi Şeyx Əli Əkbər ağanı. Osmanlı və İtaliya davası düşəndən indiyədək gün olmur ki, ağa məsciddə deməsin ki, “Xudavəndialəm o babi cavan türklərə qəzəbini aşkar etdi; çünki o zülm ki, onlar o büzürgüvar Şah Sultan Həmid həzrətlərinin haqqında elədilər, heç bir kəs etməmişdi!”.
Bunlar hamısı qohumluğun əsərləridir.
İnsan insan ilə həmişə ülfət bağlamağa maildir, necə ki, heyvan heyvan ilə. Və insan insandan və heyvan heyvandan qorxmaz; amma insan heyvandan qorxar, habelə də heyvan insandan qorxar.
Qəzvində çəyirtkə tökülüb əkinləri yeyəndə bəsdir ki, müctəhid Şeyx İsa çıxsın çölə və gözlərini ağartsın. O saat çəyirtkələr qorxub qaçırlar.
Bu sözləri mən məşhur Darvinin kitabında oxumuşam.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 20 noyabr 1911, №41
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-qohumluq
Use ← → keys to move, R for a random poem
More by this author
“İrşad” qəzetini oxuyanlar həmin qəzetin 18-ci nömrəsində ikinci səhifənin üçüncü sütununda yazılan sözləri, əlbət ki, oxudular. Orada belə yazılıb: “Baş yarmaq, zəncir vurmaq, Qasim otağı gəzdirmək adətlərinin cümləsi artıq bir günahdır və bunlar islam şəriətində heç bir kitabda və qanunda yoxdur və hər kəs, bu işləri əmələ gətirsə, böyük günahkar hesab olunur”.Bu sözlərə şəhər qazısı Mir Məhəmməd Kərim ağa, axund hacı molla Ruhulla, axund Cavad, axund Ələkbər, axund şeyx Məhəmmədcavad, axund hacı Qəvam, axund hacı molla Ağa, hacı Mirmöhsün, axund molla Əbülqasım cənabları yekdil razı olub, imza etdilər”.
İrəvan seminariyası və qazının nitqiİrəvan müxbirimiz “Anaş qurbağa” İrəvan qazısı Axund Molla Məhəmməd Bağır Ağa Qafqaz canişininə söylədiyi nitqin surətini göndərib idarəmizə ki, 7-ci nömrədə çap edək. Nitqin surəti:“Ey qraf ağa, sən Allah bir insaf elə, axır bu seminariya ki, İrəvanda var, axır buyur görək bunu kimdən ötrü hökumət açıb? Əgər buyursanız ki, İrəvan camaatından ötrü açıb, elədə bəs di buyur gedək seminariyaya və dəftəri tökək qabağımıza, baxaq görək ildə müsəlmanlardan neçə uşaq müəllimliyə çıxır. Di buyur zəhmət çək, gedək bax. Mən özüm bu seminariyada qırx səkkiz ildir şəriət dərsi deyirəm və nə zəhmətlər çəkmişəm. Mən gündə seminariyada iyirmi-otuz kafir və murdar uçtellər ilə əl-ələ vermişəm! Vallah, belə bilsəydim ki, axırı belə olacaq, heç vaxt bu zəhmətlərə qatlaşmazdım. İndi gör işin axırı nə yerə çatıb. Bir yerdə ki, müsəlman istəyir məktəb açsın – müəllim yox. Odur “Quylarda” mədrəsə müəllimi dərs əvəzinə uşaqlara əfsun yazıb paylayır ki, ilan sancmasın.
İdarədənOxucularımızın bir parası yazıb bizdən soruşurlar ki, nə səbəbə ingilis səyyahı Bekker dəxi Qafqaz meşlərindən bizə xəbərlər yazıb göndərmir.Bunun səbəbi budur ki, cənab Bekker əvvəlinci məktubunu bizə göndərəndə şərt qoymuşdu ki, göndərdiyi məktubların biri çap olunmayınca dəxi o birini göndəməyəcək.
BinamusluqHər bir müsəlman qəzet və məcmuəsini əlimizə alıb oxusaq, hər bir təzə yazılmış müsəlman kitabına açıb baxsaq, görərik ki, başdan axıra kimi müsəlman millətlərinin dalda qalmağını təsdiq edib çığırırlar və bağırırlar ki, “ey biçarə millət, oyan xabi-qəflətdən, elm öyrən və qeyri millətlər kimi tərəqqi et…”.İndi dünyada heç bir müsəlman qəzeti yoxdur ki, bu cür haray-dad eləməsin. İndi müsəlman aləmində heç bir kəs yoxdur ki, bu sözləri eşitməmiş olsun. İndi Azərbaycan və Tehranda heç bir mücahid və millətpərəst yoxdur ki, deməsin: “Ey biçarə müsəlman, oyan xabiqəflətdən!..”.
Poems by other poets · Satire
Kimdir şəkk eləyən Sabirabad möcüzünə?Gəlməyibdir belə bir möcüzə dünya üzünə!
Əşar (“Kəlniyət”, ağrın bu qoca naqqala”)“Kəlniyət”, ağrın bu qoca naqqala,Bircə sözüm var, onu yaz jurnala,
Piranəsərlikdə çərxi-kəcrəftarMirzə Fətəliyə*Piranəsərlikdə çərxi-kəcrəftar
DemərəmMən vətənsizlərə ömrüm boyu insan demərəm,Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.