İdarədən
Oxucularımızın bir parası yazıb bizdən soruşurlar ki, nə səbəbə ingilis səyyahı Bekker dəxi Qafqaz meşlərindən bizə xəbərlər yazıb göndərmir.
Bunun səbəbi budur ki, cənab Bekker əvvəlinci məktubunu bizə göndərəndə şərt qoymuşdu ki, göndərdiyi məktubların biri çap olunmayınca dəxi o birini göndəməyəcək.
Biz Bekkerin axırıncı məktubunu çap edə bilmədik və bu cəhətə dəxi Bekker bizə bir şey yazıb göndərmir.
Bekkerin məktubunu çap etmədik, ondan ötrü ki, inanmadıq ki, məktubda yazılan əhvalat Qafqaz meşələrində üz vermiş ola.
Məktubun məzmunu budur:
Meşədə gördüklərim
Bir gün Bakıda bir evin qabağından keçirdim – gördüm bir belə səs gəlir:
Ay ağa aman günüdür, məni bağışla, yazığam... Evin qapısına baxıb gördüm ki, qapının yuxarısında yazılıb: “Müsəlman məktəbi”. Mən əvvəl elə bildim ki, əlbət uşaqların birinin ayaqlarını qoyublar Molla Şükürün falaqqasına. Girdim içəri. Nə gördüm? Gördüm ki, bir zorba kişi yapışıb bir zəif kişinin yaxasından və çəkir küçəyə və iyirmi-otuzadək adam tökülüb bu zəif kişini döyürlər. Bir az da qabağa yeridim ki, görüm bu adamlar bu biçarədən nə istəyirlər. Bir şey başa düşmədim, ancaq bunu eşitdim ki, zorba kişi biçarənin peysərindən vura-vura deyir: “Bayıra çıx, filan-filan şüdə, bizə müsəlman müəllim lazım deyil”. Bu biçarə də elə hey yalvarır ki, ay qardaşlar, rəhminiz gəlsin mənə, qoyun çıxım gedim. Amma əl çəkirlərmi? Kötək kötək üstündən gəlir... Müxtəsər, yazıq kişini saldılar küçəyə”.
Bekker bizə göndərdiyi axırıncı xəbər həmin bu xəbərdir ki, çap etməmişdik. Hərçənd Qafqaz meşələrində olan işlər heç Amerika meşələrində də ola bilməz, amma genə ağla sığışmır bir nəfər aciz və fəqir və həqir və müsəlman aləmində vücudu bir qarışqa mənzələsində olan müəllimin üstünə iyirmi-otuz əliçomaqlı tökülüb döyə-döyə məktəbdən sala eşiyə.
Ay yüz il bundan sonra dünyada yaşayan nəvə və nəticələrimiz! Bəlkə yüz il bundan sonra “Molla Nəsrəddin”in köhnəlmiş və qat yemiş vərəqləri tozlanmış və çürümüş kitabların içindən çıxıb düşə əlinizə və oxuyasınız. Mən qorxuram ki, siz o vədə deyəsiniz ki, “bu rəhmətlik Molla Nərəddin bizim rəhmətlik babalarımıza böhtan deyib, çünki bu yazdığı əməlləri heç qədim əsrlərdə Germaniyanın çardaq altında yaşayan millətləri də tutmazdılar!”.
Ey xoşbəxt nəvə və nəticələrimiz! Qorxuram belə deyəsiniz!
İmzasız
“Molla Nəsrəddin”, 17 fevral 1907, №7
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-idareden-2
Use ← → keys to move, R for a random poem
More by this author
Mar mar mizənəd, gürzə mar mizənəd*Genə keçən günlər yadım düşdü. Məhəlləmizdə xəbər çıxardı ki, bazarda ilan oynadırlar. Qaçardıq tamaşa eləməyə və görərdik ki, hacılar və kərbəlayılar cəm olub doluşublar bir kişinin başına. Bu kişi qutuları düzüb ortalığa və bir qutunun ağzını açır və bir zorba ilanı qutunun içindən çızardıb atır meydana və üzünü camaata tutub deyir: “hələ bu balasının balasıdı”.
Salam-məleykAxund dadaş, qulluğunuzdan ki, mürəxxəs oldum gəldim İrəvana, orada cənab qazi məclisində sizin təkfirinizə hökmi-qəti verdik. Oradan gəldik Zünuza. O altı ildə ziyarətlərindən məhrum olduğumuza, pirləri ziyarət elədik. Amma Axund dadaş, Zünuz əhli bir iş gördülər ki, heç müsəlmançılığa yaraşmaz. De nə elədilər: cəm oldular məscidə. Cəmiən övrət və kişi and içib övrət libasını bilmərrə əvəz elədilər, yəni demək olar ki, haman günü 100 top çit satılıb alındı təzə uzun şalvarlıq. Amma… Heyif ki, 100 topun hamısı urus çiti oldu, heç bir qarış da İran çiti satılmadı!!! Bir də ümumən and içdilər ki, bundan sonra vətən bezindən kəfən alsınlar, dəxi firəng malı işlətməsinlər və pirlərə də dəxi vida etsinlər və urus qəndindən İmam Hüseyn ehsanı verməsinlər. O qəndlərin pulundan üsuli-qədim məktəb açsınlar. Qərəz ki, sağ olsun Zünuz. Oradan gəldik Mərəndə, bəli, gəldik Mərəndə, elə ki, gəldik yetişdik Mərəndə, bazara girməmişdən qabaq şəhərə bir günlük yol qalırdı, yəni Mərənddən əcəb və təkəbbür, qəflət, məstlik, piyanlıq, süstlük, nəmnəmənəlik insaniyyətdən savay hər zadlıq iyisi, üfunəti qalxıb Culfada bizi çaldı, belə ki, biz də az qaldıq Mərəndin bəzi ağayanları kimi olaq. Elə ki bazara girdik, əsli müsəlman iyi: tiryək və şirə və Ağa Həmmadın damadının abcu şərab sandıqlarını sınıb və dağılmaq iyi bizi elə vurdu, az qaldıq ya Ağa Həmmad olaq, ya da damadı. Dedik, şəhərdə carkeşlər car çəkdilər ki, yığılın məscidə, nağıl deyəcəyik. Xəbər gətirdilər ki, bir nəfər seyid cənab Cəfər kəzzabın lap öz oğlu səhihnəsəb və bir də bir nəfər Səffeyn şeyxlərindən cənab himarül-məşayix Hacı Şeyx Həsən ağa haman Binamüsül-sadat ağaya müvafiqət edib xalqa deyirlər ki: baba, çıxın gedin işüzə, bular əncümən adamlarıdır, əncüməni də ki, əlhəmdülillah, rus kazakları gətdi, bu günsabah dağıdarlar, yaxan qurtarar.Dəli*
ÖlülərQabaqca bir neçə sözBu məqalədə biz bir para acı sözlər danışmaq istəyirik; amma gərək danışmayaydıq. Ondan ötrü ki, bir yandan abunə elanı yazırıq ki, bizim jurnalımıza təzə il üçün abunə olsunlar və bizə pul göndərsinlər, bir yandan da başlamışıq müsəlmanlara sataşmağa. Söz yox, heç bir molla belə eləməz ki, biz eləyirik. Məsələn, qaydaya və adətə baxsaq, gərək abunə elanının altında biz belə bir dua eləyəydik:
Fərrux bəy VəzirovOxucularımıza məlumdur ki, nemes tacirlərindən Foryer adında bir nəfər adam noyabr ayının 27-sində Gəncədə ruhani mədrəsəsində beş yüz manat ehsan eləyib və tələbələrə deyib: “Mən çox şadam ki, sizləri elm dalınca gedən görürəm. Oxuyun, müsəlman qardaşlar, oxuyun”.İnsafdan uzaq olar ki, biz bu barədə bir neçə söz danışmayaq.
Poems by other poets · Satire
Mənzum hekayə**Qulaq as, duzlu bir hekayətdir,
Baba bəyin vəfatınaDiriğa, getdi bir-bir dərdbilənlər, fərd mən qaldım,Cahanda xatiri qəmgin, dili pürdəd mən qaldım.
NifrətGündə bir cildə girən simasız adamlaraHeyrət etmədiyinçin heyrət edirəm sənə.
RozəxanGet, axund, bir qara əbayə bürün,Bir əlin millətin cibinə uzat.