Bu, Vərqa Müştəridin talein firuzmənd istər
Key Müştəriyi-mətai-təhsin,Məşşateyi-ruyi-bəzmi-amin.Salsan kimə dideyi-iradət,Hasil qıla mayeyi-səadət.
Gər tale ola gərih mənzər,Ainənə dursa ol bərabər,Kəsb edə cəmali-ruyi-ümmid,Qədr ilə ola ədili-xurşid,Hala ki, gedib səfayi-surət,Bəxtim yüzünü dutub küdurət.Məhrumi-nəzareyi-nigarəm,Məğlubi-fəraqü hicri-yarəm.Düz bir dəxi ruyi-taleimni,Rəf’ eylə vüsalə maneimni.Gər bitməsə dərgəhində kamım,Gər dolmasa lütfün ilə camım,Bir dəst ilə zud edəm əgər dir,Alatü təbəqçini sərazirƏsbabını dağıdam cəhanə,Bin dağ qoyam sana nişanə.Hicrin biləsən nədür rümuzi.Əksilmiyə ömrün ola suzi,Yetir özüni bizi məlul et,Bu iki sözün birin qəbul et.Gördü çü o mövridi-itabi,Dutmaz dili ta verə cəvabi.Keyvanə yetürdi iztirabın,Açdı ona şikvəsi kitabın.
Kitabxana.az · https://kitabxana.az/en/works/mesihi-bu-verqa-musteridin-talein-firuzmend-ister
Use ← → keys to move, R for a random poem
More by this author
Olduqda təmam o şüğli-cansuz,Ol qövm dağıldı, qaldı Bəhruz.
Budur, Gülşa özün qılmaq məzari-yar qurbaniBir hudəci-dərd içində Gülşa,Dutmuşdu o tale ilə qovğa.
Mücavir olmağıdur bu şəhin ol mərqədi-pakəÇün oldu bəhar aləmaray,Ruyi-çəmən oldu behcətəfzay.
Bu, xətmi-nüsxə bir mö’cizdür ol xətmi risalətdənSaqi, qanı badeyi-rəhiqin,Gündüz yarın, gecə rəfiqin.