Dil və əməl
Hərzə xanım çox zabitəli qadındır, evində hər şeyi istədiyi qaydada şaxlar, uşaqlarına da özü kimi ədəb-ərkan öyrətməyi bir gün də unutmaz. Balaca qızı Fizzənin beş yaşı hələ tamam olmayıb. Amma Hərzə xanım elə gün olmaz ki, onu qabağına qoyub danlamasın, başını daramasın, dırnaq tutmağı, əl-üzünü yuyanda suyu sıçratmamağı, stəkan-nəlbəkini dəsmal ilə silməyi, böyüklərin sözünə baxmağı, telefonda hər nə soruşsalar "bilmirəm, yoxdur" - deməyi ona öyrətməsin.
Bir dəfə qonşulardan kim idisə, qapını açıb Hərzə xanımdan ət maşını xahiş elədi. Hərzə xanım heç qonşu tərəfə dönüb baxmadı da:
– Ət maşınımız xarab olub, vermişik ustaya, hələ gətirib çıxarmayıb.
Fizzə o yandan səsləndi:
– Ana, ət maşınını gətiriblər, odur, mətbəxdən asılıdır, gətirimmi?
Hərzə xanım qızın üstünə bərk qışqırdı, qonşusunu inandırıb yola saldı:
– Ay zad, Fizzə uşaqdır, qanmır, mən deyənə bax. Gözləmə, qoy get, maşın yoxdur, remontdadır.
Qonşu gedəndən sonra Hərzə xanım düşdü uşağın üstünə, nə yemisən, turşulu sıyıq!
Böyük qızın cədvəl taxtası ilə Fizzənin qoluna-qıçına o qədər vurdu ki, taxta qırıldı. Vurduqca uşağa təkrar elətdirirdi:
– Anamn yalanını çıxardacaqsan? Bir də deyəcəksən?
Uşaq qorxusundan ağlayır, tövbə deyirdi:
– Qələt eləmişəm, demişəm, bir də eləmərəm, ana!
Hərzə xanım qızma öyrədirdi ki:
– Adam, anası nə dedi, onu deyər, onun sözünə qüvvə verər, ayrı söz deməz. Daha sənin kimi naxələf övlad yox, arvadın yanında üzümə durursan... Yediyin çörək sənə haram olsun. Bir də belə hərəkət eləsən, səni heç yerə qoymayacağam. Gedib hamının yanında məni rüsvay eləyərsən...
Bu əhvalatdan iki gün sonra qonşu qadınlardan biri Hərzə xanımın yanma söhbətə gəlmişdi. O yandan-bu yandan danışdılar, söz Xallı Məsmədən düşdü.
Məsmə, düzdür, bu evə gedib-gələn, yaxın adamlardandır. Hərzə xanım üzdə olmasa da, daldada onu lağa qoyar, gah nallı, gah ballı, gah da Xallı Məsmə deyər, gülər, eşidənləri də güldürmək istərdi. Əlbəttə, Məsmənin bu söhbətdən xəbəri olsa, lağa qoyulduğunu bilsə, heç bu evə ayaq basmazdı. Fizzə uşaqlara xas olan bir həssaslıqla söhbətləri eşidər, anasının tökdüklərini götürərdi.
Günlərin birində Xallı Məsmə yenə Hərzə xammgilə qonaq gəldi. Hərzə xanım qonağını hörmətlə qarşıladı, çay qoydu, qazan asdı, gəlib yanında oturdu, söhbətə başladı.
Qonaq da deyəsən qəsdən böyüklərdən çox uşaq ilə maraqlanırdı. Fizzəni dindirir, başını sığallayır, oyuncağına bəh-bəh deyir, kefini soruşurdu.
Hərzə xanım mətbəxdə xörək hazırlayanda Fizzə qonaqla şirincə söhbət edirdi.
Xallı Məsmə uşağın boş damarından tutmaq istədi:
– Qızım, anan nə deyir, nə danışır, sənə nağıl-zad öyrədirmi?
– Öyrədir, çox öyrədir. Anam dünən deyirdi ki, Xallı Məsmə de yil7 nallı Məsmədir, ya da ballı Məsmədir.
Hərzə xanım mətbəxdə qızının səsini də, sözünü də eşidirdi, işarə ilə tapşırıq verirdi:
– Ağız, bəsdir!
Fizzə qonağın marağını görüb eşitdiklərinin hamısını həvəslə danışırdı:
– Bir də anam deyirdi ki, Xallı Məsmə xala yapma sifətdir. Ağzı da cırıqdır!..
Hərzə xanımın səsi daha da ucaldı. Uşağına acıqlanıb deyirdi:
– Ağız, bəsdü! Dilin yansın! Bəsdü!
Fizzə anasının səsini eşidir və təəccüb edirdi:
"Axı, anam danışanlardan başqa bir söz ki, demirəm, bəs anam niyə acıqlanır..."
Birdən qız fikirləşdi ki, yəqin bir sözü səhv demişəm, anam ona görə hirslənir.
– Məsmə xala, ağzı cırıq demədi ey, anam dedi ağzı yırtıqdır. Yırtıq! Söz tökülür... Elə dedi!
Xallı Məsmə qəhqəhə çəkib gülür, uşağı dilə tutub dalısını soruşurdu:
– Nə yaxşı danışırsan, ay Fizzə! De görüm anan daha nə dedi, sonra nə dedi, qızım?
Hərzə xanım əlində soğan bıçağı mətbəxdən evə qaçdı, qızına barmağını silkələyib, gözünü ağartdı:
– Ağız, demirəm bəsdü! Mütrüb, hardan öyrənmisən bu hərzə sözləri, ay səni tramvay altında qalasan. Bəsdü!
– Ay ana, sən özün deyən sözləri deyirəm də. Heç ayrı söz demirəm. Dünən süfrə başında Məsmə xaladan dediyin sözləri əzbər deyirəm. Mən heç kimdən öyrənməmişəm!
Hərzə xanım araya söz qatıb qızının dediklərini yalana çıxarmaq istədi:
– Ay arvad, görürsən, indiki uşaqlar necə xarab olublar? Bilmirəm, zəmanədəndi, atomnandı, ya qəzetdən, jurnaldan, kinodandı, nədəndi. Uşaqlar lap korlanıblar.
Xallı Məsmə gülüb uğunur, uşağın başını sığallayırdı:
– Malades, Fizzə, malades! Anayın balasısan. Yaxşıca əzbərləmi-sən. Bunlar sənə lazım olar, hər gün tökülənləri yığışdır ki, anan kimi dilavər olasan! Qəzet, atom, filan yalandır, sən lap ananın xələf balasısan.
Hərzə xanım əlində soğan bıçağı dayanıb gah qızının üzünə baxır, gah qonağı inandırmağa çalışır, gah da ürəyində özünü danlayırdı. "Mən külbaşa, deyən gərək, bir tikə uşağın yanında adam söz danışar, o da ki belə uşağın!.. Ağbirçək arvadın üzünə gör nələr deyir, dil-dodağı yanmamış, görürsənmi, sən Allah! Lap məəttəl qalmışam, vallah! Uşağın yanında söz danışmaq da xatadı. Adamı dilə-dişə salıb biabır eləyər. Allah, uzaq elə, ya rəbbi!"
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-dil-ve-emel
Use ← → keys to move, R for a random poem
More by this author
Dostlar əhatəsində, fikirlər mühitində keçən ömür mənalıdır, hədər getmir. İllah da ki, dostlar həqiqi, səmimi, mötəbər ola. Hərəsindən bir söz eşidib öyrənirsən, kamal, mərifət kəsb eləyirsən.Mənim səmimi, mötəbər dostlarım çoxdur, hər səhər onlar ilə görüşürəm, salam-kalam eləyirəm, hər səhər üzümə gülən ilk müsahiblərim, məsləhət, məşvərətçilərim onlar olur. Bu səhər qapını açıb kitabxanama, dostlar məclisinə – sükut, təfəkkür xəzinəmə daxil olanda çoxdan həsrətini çəkdiyim iki nadir vücudun qabaq-qabağa əyləşib şirin söhbət etdiyini gördüm.
Daha bir yadigarHər il Nadirin ad günü iki yerdə mütləq qeyd olunurdu: evdə, trestdə.Evdə Məsmənin ailəsi, balaları, Nadirin dost, yoldaşları yığılır, qəhrəmanı xatırlayır, deyib-danışırdılar. Trestdə də Nadirin xatirəsini əziz tuturdular, onu inşaatçıların cavan, nakam müəllimi sayırdılar. Hər dəfə xatirə məclisi düzələndə hamıdan qabaq Məsməyə zəng olunur, məsləhətləşir, günü, saatı onunla razılaşırdılar.
Məsul işçinin dəftərindənMəsul vəzifədə çalışmaq hər zaman, hər adama müyəssər olmur. Uzun təhsil, təcrübə, yoxlama keçəndən, isti-soyuq görəndən, bərkə-boşa düşüb-çıxandan, tanınandan, hörmət, etibar qazanandan sonra bu mərtəbəyə çatırsan...Neçə il əvvəl böyük bir vilayətin İcraiyyə Komitəsində çalışırdım. Özü də ağır vaxt idi. Vətən müharibəsi illəri. Günümüz, gecəmiz yox idi, səhər-axşam gözlənilməz mühüm tədbirlər keçirməli, yüzlərlə, minlərlə fəhlə, kəndli, xidmətçi qabağında, onların irəli gedənləri kimi işləməli olurduq, hər saat, hər gün yuxarılardan göstəriş, aşağılardan tələb alırdıq. Çalışırdıq ki, yuxarının, aşağının vəhdəti, məqsədəuyğunluğu əsasında ümumi iş, dövlət, xalq işi düzgün getsin.
Səadət sarayları– Bəlkə yemək istəyirsən, başına dönüm?– Deyəsən, mənə deməli sözün var?