Contents
  1. 1
  2. 2
  3. 3

Page 2 of 2 · 50%

Mən davam etsəm də, Şərabam ilə Həcərin arasındakı söhbətdən nigaran qaldım. Xəyalımda qoydum ki, dərsdən sonra Həcəri kənara çəkim, soruşum, görüm dərs arasında nə söhbət idi.

Dərsi yenicə bitirmişdim. Hikmət məni çağırdı:

– Xəstəxanaya atamın yanma gedirəm, sizə sözüm var, - dedi. Nədənsə onun ürəyində bir söz olduğunu hiss etdim.

Qapıdan bir az uzaqlaşmışdıq. Hikmət Şərabam arvaddan söhbət açdı:

– Yoldaş müəllim, - dedi, - o arvaddan ehtiyatlı olun! O, məscid mücavirinin arvadıdır. Əri qırağa çıxmır. Özü meydan alıb, arvadların bəzisinə dua yazdırır, üzdə bir cür, dalda da bir cür danışır. Həcər sizə demədi? Şərabam on gündür qadınlardan əl çəkmir ki: "Məni seçin, özüm qadın, ağbirçək, sizi tanıyıram". Yaxşı olardı ki, siz Şərabam arvadı tamyaydımz. Mənim ondan gözüm su içmir, yağlı dilinə baxmayın!

Hikmət düz seçmişdi, sonradan məlum oldu ki, Şərabam alverçilərin, mollaların, azançıların, mücavirlərin ortalığa saldığı adam imiş. Ali Sovetə seçkilər zamanı düşmənlər Şərabanımn dili ilə əks-təbliğat aparmaq üçün əldən gələni edirmişlər.

Hikmətin atası sağalıb gəlmişdi. Qızının dəməkdə oxumağma sevinir, mənə təşəkkür edirdi. Onlar gedəsi oldular. Dərnəkdə oxuyanlar Hikməti öz qızları, öz bacıları kimi hörmətlə rayona yola saldılar.

3

Dərnəklərə mədəni xidmət üçün bəzi idarələr şefliyi boyunlarına götürmüşdülər. Teatr, kino bileti göndərirdilər. İstirahət günləri bir də görürdün "M-1" maşını qapıda dayandı, dinləyiciləri növbə ilə əyləşdirib gəzdirirdik. Vurhavur işləyən neft mədənlərini, camaat qaynaşan mədəniyyət saraylarını, muzeyləri, musiqisi, mahnısı ucalan istirahət evlərini, yeni qəsəbələri, zümrüd kimi yamyaşıl, çit kimi əlvan bağları gördükcə, evdar qadınlar həvəslənir, sevinir, ruhlanırdılar. Maşın asfaltın üstündə axıb getdikcə, onlar gözlərini tamaşadan götürmürdülər. Tanımadığı yerlərdən , yeni gördükləri tikintilərdən suallar verirdilər.

Bir gün dəməkçilərimi ekskursiya üçün seçki məntəqəsinə aparmışdım. Otaqları bir-bir gəzdirib, seçki texnikasını təkrar yadlarına salırdım:

– Gördüyünüz bu bəzəkli yer istirahət zalıdır. Bu bir otaqdır, pasportunuzu göstərib seçki bülleteni alacaqsınız. Bax, bu ikinci otaqdakı pərdəli guşələri görürsünüz, burada səs verəcəksiniz. Sonra üçüncü otağa keçəcəksiniz. Bura seçki işinin həll olunduğu yerdir, seçki qutusu buradadır, bülleteni qutuya salacaqsınız.

Ekskursiyanı bitirməmişdim. Gilənin oğlu tövşüyə-tövşüyə gəldi:

– Yoldaş müəllim, - dedi, - çağırırlar, evə adam gəlib.

Qayıtdım. Tələm-tələsik ekskursiyanı bitirib, Gilə xalagilə getdim.

Dəməkdə oxuyanlar da maraqlandılar, güman edirdilər ki, bəlkə bilet gəlib, ya da yeni plakat, kitab gətiriblər.

Biz evə çatanda Gilə xalanın əri və uşaqları dayanmışdılar. Gələn adam ayağını səkiyə qoyub, dizinə dirsəklənmişdi.

– Qol çəkin, - dedi, - yoldaş, sizə sovqat var.

Poçtalyonu görəndə təəccüb eləmişdim: "Mənə sovqat göndərən bəs bu adresə niyə göndərsin?" Soruşdum:

– Haradandır ki?

– Gərək ki, Qarabağdandır.

"Qarabağ" adı gələndə Hikməti, ay yarımdan bəri tamam unutduğum qızı xatırladım. Nədənsə ürəyim döyündü, əl çamadanı boyda, yüngülvari bağlını əlimə aldım. Görəsən, bu nə olar? Meyvə deyil, kitab da deyil. Paltara bənzəyir. Ancaq Hikmət hara, mən hara, paltar hara? Nigarançılığım bir az da artdı, özümü itirdim.

Bağlamanın kəndirini dartıb qırdım. Qadınlar baxırdılar. Hamının gözü sökülməkdə olan bağlamada, intizardan əsəbi işləyən əllərimdə idi. Giş parçasını sökdüm, içində bezə bükülmüş bir şey var idi. Bezin də tikişini kəsdim. Səliqə ilə qatlanmış yumşaq şeyi açanda otağa işıq düşdü, sevincdən sifətlər qıpqırmızı qızardı: bu, Hikmətin toxuduğu və bizə hədiyyə göndərdiyi gözəl balaca bir xalça idi. Lenin yoldaşın şəklini elə gözəl yaratmışdı ki, mahir bir rəssamın sənətindən çıxmış əsərə oxşayırdı. Biz sevincdən, heyrətdən baxa-baxa qalmışdıq. Hamı sevindi və Hikmətin məharətini alqışladı. Xalçanın baş səmtində çap xəttilə qırmızı sapla yazılmışdı: "Bakı fəhlələrinə".

Gilə xala adamları aralayıb irəli keçəndə Həcər ona gözaydınlığı verdi:

– Hikmətdən xəbər yoxdur, deyirdin, gözün aydın, buyur, bu da Hikmətdən xəbər!

O, təzə, yumşaq, nazik xalçaya, rəhbərin şəklinə baxdıqca baxmağı gəlirdi. Xalçanın naxışlı yol-yol haşiyələri gözlərdə parıldayırdı. Tərpətdikcə rəng çalırdı. Sanki çiçək və bənövşə səpilmiş axar suya baxırsan. Onun hər ilməsində, hər xalında və hər gülündə gənc Hikmətin ağ və möhkəm barmaqları görünürdü. Mən ona baxdıqca fərəhlənir, həm də düşünürdüm. O balaca, sakit və nəcib qızın qabiliyyətini, özünə şərait və zəminə tapan istedadların gücünü, necə bahar kimi çiçəkləndiyini düşünürdüm.

– Halal olsun belə qızı doğan anaya!

Gilə xalanın bu sözünə hamı əl çaldı.

– Xala, - dedim, - onu da bilmək lazımdır ki, Hikmətin əsl anası inqilabdır, onu böyüdən, onu bu sənətkar qabiliyyətinə yetirən orucluq haqq-hesabı ilə yaşayan qadın deyildir, - sonra bir təklif elədik: - yoldaşlar, gəlin Hikmətin bu qəşəng hədiyyəsini ləyaqətlə yerinə çatdıraq. Gəlin bunu, məntəqəmizin seçki komissiyasına bağışlayaq. Səs verilən otaqda, seçki qutusunun üstündən assınlar. Səs verənlər sovet xalqının birinci və böyük namizədinə baxsın, onun adı ilə daha da ruhlansınlar. Qoy qadınlara, qızlara, onların tükənməz qüdrətinə və hünərinə xor baxanların gözləri çıxsın. Qoy Hikmətin əsərinə baxanlar, azad əməyin gücündəki hikməti bir daha bilsinlər!..

Bu təklif hamının ürəyindəndi. Xalçanı məntəqəyə apardıq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Gülzar haqqında

Bu ad ilə çağırılan yerlərdə gülzar, ancaq yalnız gül olmur. Doğrudur, gül deyəndə əsasən qızılgül nəzərdə tutulur. Amma burada cürbəcür güllər, çiçəklər olur. Buraya gedəndə insan ətirdən məst olur. Bu ətirlər yalnız qızılgüldən deyil, təbiətdə mövcud olan çox güldən, çiçəkdən gəlir.Gülzarın bir əsl həqiqi, bir də məcazi mənası var ki, bunu sənət, ədəbiyyat xadimləri yaxşı bilir, yerində də qiymətləndirirlər.

19702 min
Bakı günəşi

Üzünə zər ləpələr səpilmiş dəniz sərin səhər səmasının altında ipək parça kimi ehmalca ləngər vururdu. Sularda çimib çıxan Günəş qızıl güldan kimi fəzaya qalxırdı. Deyəsən, onu altun dəstək ilə sudan qaldırırdılar. Bəlkə də dəstək deyil, Günəşi qüdrətli bir fəhlə biləyi göyə qaldırırdı, kainatı parlatmaq üçün.Deyəsən, indi günorta yerindən aləmə od tökən, gözlər qamaşdıran qızmar yay günəşi yox, yenicə çimib, çalxanıb sulardan çıxan gənc və nurani bir pəhləvan idi, onun polad kimi odlu çöhrəsi get-gedə ağarmağa, rəngini dəyişməyə başlayırdı.

19713 min
Günah kimdədir?

– Mən ədəbiyyatın, şəxsən sizin oxucularınızdanam. Yaxşı bilirəm ki, siz tanınmış, hörmət sahibi, müasir mədəniyyət xadimisiniz. Gözünüzün önündə köhnə, cəhalət timsalı bir şəxsiyyətin cinayəti tüğyan edirsə, buna etinasız, biganə münasibət bəsləyə bilərsinizmi? Belə bir vəziyyətə necə qiymət verər, nə ad qoya bilərsiniz? Xahiş edirəm deyəsiniz!..Mən hərifin bu gözlənilməz sualına birdən-birə cavab vermədim:

197119 min
On bacı

Sovet quruluşu hər şeyi dəyişdi, təzələdi. Bahar təbiəti təzələyən kimi. İnqilab! Cabbarlı demişkən, hər şeydə inqilab!Quruluşda, həyatda, məişətdə, görüşlərdə, adətdə də inqilab!

19712 min

Poems by other poets