İsti aşa soyuq su
– Əə, Məcid, o nədir, ananı o kökdə saxlayırsan? Dünən sanatoriyada görmüşəm. Əynində bir andır kofta var, kimin üstünə atsan, hürküb qaçar. Nə olub, bəyəm, arvada üç metr abırlı parçadan paltar tikdirə bilmirsən? Ayıbdı, əə! Neçə lazımdır verim, o arvada yaxşı paltar al! Görən nə deyər? Anandır axı!
Məcidi heyrət götürdü, bilmədi, nə cavab versin:
– Anamın paltarı var, özü də təmiz geyinəndir. Bilmirəm, sən nə sayaq görmüsən? – dedi.
– Bəsdi, əə, sən canın, elə çit koftanı indi ev qulluqçuları da geyinmir. Gül kimi paltarlar var. Aləm al-əlvan geyinir. Anam sağ olaydı, görəydin onu necə geyindirərdim. Xalq arzulayır anam olsun, ona baxım, xəcalətindən çıxım. Ana ayrı şeydir, gərək onun qədrini sağlığında biləsən. Yoxsa, öləndən sonra, ay ehsan verim, heykəl düzəldim, qəbrini bəzəyim... Nəyə lazımdır? İndi göz önündə dost var, düşmən var! Get bir dəst abırlı paltar al, görüb-götürmüş, xanım-xatun arvaddır. Ürəyinə dəyər. Südü halal olmaz! Başa düş, gör nə deyirəm.
Məcid fikrə getdi. İşdən gələndən sonra birinci diqqəti anasının əyin-başına verdi. Arvadın geyimi qaydasında idi. Köynək də, tuman da, başında ipək yaylıq da yaxşı idi. Bununla bərabər, bəzi dost-düşmən tənəsindən uzaq olmaq üçün dedi:
– Ay ana, bu koftanın rəngi solub, niyə dəyişmirsən? Yaxşı paltarların azdır sənin? Var ki!
– Paltarıma nə gəlib!
– Haçana saxlayırsan bəs?
– Saxlayıram nəvəmin toyuna!
– Saxlama, geyin, lap yaxşısını geyin!
Arvad güldü:
– Av oğul, mən zarafat elədim, sən də inandın? Mənim geyinməyimi görmürsən? Nəyidi bunun, təptəzə paltardı. Mən al da geyirəm, şal da geyirəm. Nə olub, sənə pis görünür? İndiyəcən heç səndən bu sözü eşitməmişəm!
Oğlu gördü ki, anasının qəlbinə dəyib:
– Acığın tutmasın, ana, söz idi dedim. Mən istəyirəm, yaxşı geyinəsən, baxan, göz qoyan var!
– Göz qoyanın gözü çıxsın, mənim libasıma nə gəlib! İndi də bunu sözə qoyurlar?
Oğlu dinmədi.
Zahirdə dinmədi, amma ürəyində danışırdı və səhər eşitdiyi acı, qərəzli tənə qulağında təkrar səslənirdi.
Deyəsən, bir adam xəlvətcə buna dedi ki, "Ayıl, ətrafına yaxşı bax, hərif səni qızışdırmaq üçün, ovqatını qarışdırmaq üçün elə deyir. Qələt eləyir, deyir! Niyə baş qoşursan? Boş sözlərə qulaq asma!"
Oğlan gördü ki, ana ilə bala arasına ədavət salmaq, onları vuruş-durmaq üçün bu bəhanəni tapıblar.
Əvvəl bir istədi, nanəcib adamın sözünə məna verməsin. Bir də dedi: "Yox, belə yerdə hərifin murdar ağzını yummaq lazımdır."
Bir gün həpəndin qabağını kəsdi:
– Necə oldu? Anamın koftasını bəyəndinmi?
– Təzə almısan?
– Olar, bir on beş il!
– Mən deyirəm təzəsi olsun!
– Sən əbəs yerə elə deyirsən! Sənin anan üç oğul anası idi, ömrü boyu elə kofta görmədi.
– Yox, əşi?
– Başın üçün!
– Mən hardan bilim?
– Sənin gözün orda-burda olmasa, görərsən, öz gözündə tirə bax, başqa gözdə tük axtarma!
– Deyəsən, acığın tutub?
– Nanəcibin özü də, sözü də adamı hirsləndirər!
– Mənəm nanəcib?
– Lap yekəsindən!
– Mənə deyirsən, bu sözü?
– Lap sən cənabına!
– Lənət sənə kor şeytan! Mənim işim niyə belə tərs gəlir?!
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-isti-asa-soyuq-su
Use ← → keys to move, R for a random poem
More by this author
Avqustun axşam bürküsündə qəsəbədən çölə, meşələrə doğru yollanan dəstədə Mariya da var idi. Qırmızılar çəkiləndən sonra bir bəla kimi şəhərə dolan faşist soldatları ələ keçən hər kəsi öldürür, haraya isə, nə üçünsə aparırdılar.Mariya uzaq, qaranlıq meşələrə gedə bilməyəcək, getməyəcəkdi. Onu nə güllə, nə süngü, nə də dar ağacı qorxudurdu. Düşdüyü vəziyyət hər hanki ölümdən müdhiş idi: biryaşlı körpəsini evdə nənənin yanında qoyub çıxmışdı. Mariya balasını şəhərdə, düşmən əlində qoymaq istəmirdi.
Ananın köynəyiOğlunu orduya yola salandan sonra, ananın qərarı gəlmirdi. Evdə otura bilmirdi. Qonşusu dərzi Cahangirin yanına getdi, artelə girmək üçün ondan kömək istədi. İki gün sonra ana yüzlərlə fəhlə qadınla yanaşı fabrikada, tikiş maşınının dalında əyləşmişdi. Bu maşın, bu sənət ona çoxdan tanış və yaxın idi. Cavanlıqda onun tikmə köynəkləri, əl işləri, sap ilə vurduğu naxışlar məşhur idi. Hər yerdə söylənər, təriflənərdi.Sonradan başı ailəyə, övlad böyütməyə qarışdı. Maşını bir tərəfə atdı.
GülgəzIGülgəz əlindəki badam çubuğunun puçurlarını təmizləyə-təmizləyə otağa girdi.
MəşriqYay axşamıdır. Ucaboy, uzunpaltar bir kişi zəmilərin içi ilə, başıaşağı, daş-kəsəyi, kol-kosu basa-basa yeyin yeriyir. Keyimiş qıçlarını əsa kimi qabağa atır, ayaqladığı daş-torpağı hiss etmir. Düz yolu qoyub dağa-daşa düşməyindən, qaraltı görcək yayınıb kənar getməyindən adam şübhələnir.Bu, saçı-saqqalı qar kimi ağarmış, sifətinə yuxu kimi qaranlıq çökmüş yüz yaşlı bir qoca idi. Elə quru, arıq bir adamdı ki, yeriməsə, canlılığına inanmazsan, deyərsən kölgədir, ya xəyaldır.
Poems by other poets
Fələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi