Page 1 of 3

"Ölərsəm, görmədən Darçın xanımda eşqimə istək,

Yazılsın səngi-qəbrimdə: ürək məhzun, can məhzun".

(Əntərzadənin bloknotundan)

Bir axşam kinodan çıxıb mənzilimə gəlirdim. Üç ildən bəri küsülü qaldığım bir yoldaşıma rast gəldim. Üzümü qaranlığa çevirib, saymazyana ötmək istəyəndə, qolumdan tutdu:

– Küsülülüyümüz öz yerində, dost, eşitmişəm otaq axtarırsan, gəl səni bir xeyirli yerə calayım.

– Boynuma böyük minnət qoymuş olarsınız.

– Nardaranski küçədə doqquz nömrəli dalana get. İkinci qatda iki otaq var, bəzəkli gəlin kimi! Hər şeyi içində. Xüsusi əldədir, yiyəsi satır. Özü də suyu qiymətinə: uzağı beş-altı minə alacaqsan. Di durma!

Küsülü yoldaşımın əlini sıxıb yüyürdüm. Həmin evi tapdım. Otaq yiyəsi hələ yatmamışdı. Qəmli-qəmli oturub, deyəsən, məni gözləyirdi.

– Salam!

– Salam!

– Otaq satan burada...

Qoymadı sualımı bitirəm, sevincək cavab verdi:

– Özüdür ki, var. Mənəm. Qardaşoğlu, de görüm, alansan, ya danışdıran?

Bu söz məni yağlı xörək kimi tutdu. Az qaldım, tərcümeyi-halımı danışam.

– Bu nə sözdür, dayı? Siz məni tanımırsınız. Gecə yeddi verst yol tapdalamaqda, döngə-möngəni gəzməkdə sizin, bağışlayın, ala gözlərinizə aşıq-zad olan yoxdur ki! Özü də, təzə, Allah oğluna qismət eləsin, xeyir iş xəyalındayam.

– Oğlum-zadım yoxdur.

– Dediyim odur ki, otaqdan ötrü sinov gedirəm.

Dediyimə peşman oldum, çünki toy məsələsini eşidib, kişi ayağını yuxarı pilləyə qoyacaqdı. O, əlimi şana kimi yekə və qalın barmaqlı ovcunun içinə alıb, mənə tərəf əyildi, qətiyyətlə dedi:

– Alacaqsan ki?

– Alacağam!

– Bir söz deyim də?

– Bir söz de!

– Bir kəlmə, xoşsifət oğlansan, görürəm. Xeyir işin də var, bir kəlmə: bu otaqları sənə verəcəyəm, neçəyə, neçəyə, beşcə min yüz manata. Əllicə dənə qaragöz yüzlüyə! Necəsən?

– Beş min manat?

– Beş!

– Aldım!

– Satdım. Allah xeyir versin!

– Sağ ol!

– İçində həmişə toy-bayram eləyəsən!


Səhərisi təzə otağa köçdüm. Anadan yenicə doğulmuş kimi yüngüllük hiss etdim. Köhnə, qaranlıq dar otağımın "acığına" papağımı bir otağa, çəkməmi o biri otağa qoydum. Bir saat pəncərə qabağında, bir saat evin tən ortasında oturdum, dama çıxdım, çarpayıya uzandım, rahatlandım, mızıldayıb mahnı dedim.

Toy məsələsi düzəlmiş kimi idi: oğlan var, otaq var, zaqs var, pul var... Qalıb bircə qız tapmaq...

Axşam oldu. Gün batdı, çıraqlar yandı, şənlik səsləri aləmə yayıldı. Yeni otaqların həvəsi ilə uçurdum. Heç yerə gedəsi deyildim. Otaqlar mənə ən böyük şənlik idi. Divarlara şəkil vurub, sahman eləyəndən sonra çarpayını çəkib sərin balkonda doyunca yatmaq, köhnə, rütubətli otağımdakı yuxusuzluğumun əvəzini çıxmaq istəyirdim. Elə də elədim. Hay-küyə baxmadan uşaq kimi hamıdan qabaq yatdım.

Məni yuxu aparmışdı. Yuxuda görürdüm, şairmi, ya aktyormu, nəsə olmuşam, kolxozçulara deklamasiya deyirəm. Öz-özümə gülürəm ki, mən hara, bu sənət hara?

Yuxudan dik atıldım. Gördüm qonşu otağın balkonunda uzun bir adam Məcnun kimi saçlarını gözünün üstünə töküb, heykəl kimi əlini Şərqə uzadıb qışqırır: "Neçin də sən tökülmiyorsm, ey insanın bədəni, neçin, neçin?"

Məni heyrət götürdü. Gecənin bu vaxtında nə deklamasiya?

– Yoldaş, niyə qoymursan yataq?

– Pəhə! Sən yatacaqsan deyə, biz sənətimizdən əl çəkək? Əcəb işdir! Sabahın xeyir! Bir az mədəni olmaq lazımdır.

Hirsləndim. Ağır söz demək istədim. Bir də lənət şeytana eləyib yorğanı başıma çəkdim.

Mən güman etdim ki, bu adamın təbi gəlib, eşqi qalxıb on-on beş dəqiqə baş-beynimizi aparar, sonra yorular, gedər.

Belə olmadı. Dostum Hamleti ötdü, Aydından dedi. Ondan ötdü, Oqtaya, Otelloya keçdi. Qadınlığa lənətlər yağdırdı, əlini qulağına qoyub, azan çəkdi. Cin vurdu beynimə, yuxulu, gic kimi yerimdən qalxıb dilləndim:

– Ayə, əmioğlu, bu nə hərəkətdir? Axı biz iş adamıyıq! Yuxumuz gəlir. Qoysana bir saat gözümüzə yuxu getsin!

O acıqlandı:

– Müftə konsert verirəm, təşəkkür əvəzinə... Xalq on beş manata bilet alıb, eşidir... Mədəniyyətsiz!

– Buyur, sən mədəniyyətli ol, ancaq səsini kəs...

Dostum mülayim səslə dedi:

– Heç təhəri yoxdur. Sabah saat on ikidə klubda çıxışım var. Özünui biabır edə bilmərəm. Gərək hazırlaşım. Bir də ki, məsələ bu gecənin məsələsi deyil, mən hər gecə beləyəm. Bu mənim sənətimdir. Qonşular da bilir. Təzə gəlibsiniz, bir azdan sonra alışarsınız.

Qorxdum ki, bu adam məni doğrudan da öz hərəkətlərinə alışdıra, bədənim qızdı. Paltarımı geyinib küçəyə çıxdım. Həyətin qarovulu üzümə baxıb, əhvalımı soruşdu. Güldü. Balaca gözlərini fanar işığından qoruyaraq, dişlərini ağarda-ağarda dedi:

– Hə! Get dolanginən, xamsan hənuz! Bacıoğlu, bu namərd oğlunu sən tanımırsan. Buna Əntərzadə deyərlər. Gecələr sənəti budur. Bəzən olur ki, qızlar gətirir, dəstə ilə xor oxuyub, yeddi qapı qonşuları bədxab eləyir. Bəs bu gözəllikdə otaqları üç-beş minə alanda demədinmi bunun amması var?

– Yox, əmi, ammadan o qədər başım çıxmaz.

– Gərək başın çıxa idi. Amma böyük ammadır! Səndən qabaq üç-dördü gəlib-gedib. Bir-iki ay qalıb, qaçırlar ki: "Biz kəsb-kar sahibiyik, gecə yatmasaq, işləyə bilmərik". Nahaq yerə danışıb ağzını ağrıtma, Əntərzadə belə Əntərzadədir. Neçə dəfə cərimə verib, gecə mövzəsini tərgitmir ki, tərgitmir.

Mən adam axtarası oldum. Pulumu versinlər, mən evdən əl çəkim. Otaqların adresini deyən kimi, geri çəkilirdilər:

– Bildim, Əntərzadənin qonşuluğunu deyirsən, müftə versən, alan olmaz! Kim gələr ora?

Axırda əlacım kəsildi, otaqlardan çıxdım.


Bir il keçdi. Bu zərərin və yuxusuz gecələrin ağrısı canımdan çıxdı. Əntərzadəni də unutdum.

Təsadüfən bir xeyir işdə haman qarovula rast gəldim. O, Əntərzadə haqqında mənə bu aşağıdakı hekayəni danışdı:

– Fit verildi. Qatar hərəkət elədi. Əntərzadə N rayonuna yola düşdü.

Uzun davadan, çəkişmə və mübarizədən sonra Əntərzadəni mərkəzdən ayırdılar. Ayırdılar, nə ayırdılar! Cam cəsəddən ayıran kimi! Böyük müsibət ilə ayırdılar. Onun təmiz, qat kəsməz, toz qonmaz, qumaş kimi xış-xış xışıldayan paltarları cib dəsmalına dönmüşdü. Yalvarmaq, xahiş etmək üçün Maarif Komissarlığının dalanında durmaqdan, pilləkənləri düşüb-çıxmaqdan, oturub-qalxmaqdan, qəti, silinməz əmrləri qorxa-qorxa oxumaqdan cam üzülmüşdü. Az qala, bütün xammlan heyrətə salan Əntərzadə indi böyük restoranların yorulmuş aşpazına oxşayırdı.

Rayona getmək xəbərini söyləyəndə, deyəsən, kişiyə vay xəbərini verdilər. Saraldı, kiçildi, boğazı biçildi. Sevgilisi Darçın xanımı yanma saldı, qapı-qapı gəzib, məsul işçiləri bir-bir dişinə vurdu, olmadı. Yalvardı, baxmadılar. Hədələdi, qorxmadılar. Səs-küy saldı, eşitmədilər. Qızdırmalı olması haqqında vəsiqə çıxartdı, inanmadılar. Zərif kağızlarda ərizələr yazdı, rədd etdilər. Maarif müfəttişliyi iki ayağını bir başmağa qoyub deyirdi:

– Rayona gedəcəksən, vəssalam!

Budur, onu mərkəzin gurultulu küçələrindən, gözəl qızlarından, bulvar gəzintilərindən, tost deməli qonaqlıqlardan, konsert axşamlarından, bilyard oyunlarından ayınb, rayona- "hicra guşələrə" göndərirlər ki, get orada kəndlilərə tamaşa ver...

Bu hadisə Əntərzadə üçün sevgilisinin xəyanətindən də ağır oldu. İllah da ona görə ağır oldu ki, Əntərzadə özünü mərkəz adamı sayırdı. Vağzaldan o yana, şəhər işıqlarından o tərəfə, semaforun dalında dərin bir zülmət olduğunu güman edirdi. Ona elə gəlirdi ki, savadı, bacarığı olan adamlar tökülüb şəhərə gəlirlər. Rayon avamların yeridir. Kim deyirsə ki: "Tərki-adət bə mövcibi-mərəzəst", boş sözdür! Əntərzadə kimi səliqəyə adət edən hanı? Adamlara toxunmasın deyə, tramvaya minməzdi. Sinifdə skamyasmı silmək üçün evdən ipək dəsmal gətirərdi. Barmağı mürəkkəbə batmasın deyə, yazı yazmazdı. Dərslərini hər axşam makinaçıya diktə edib, beş-on manat verərdi. Şapkasını asmağa qoymazdı. Qapıçıya xüsusi bir qutu vermişdi. Əntərzadə gələn kimi, görərdin, qutunun ağzı avtomat kimi açıldı. Gözəl gəlinlər saray təzyinatı içinə qərq olan kimi, Əntərzadənin məxmər papağı qutunun içində gözdən itərdi. Əntərzadə çəkməsini sutkada üç kərə sildirərdi, desələr, inanın! Bir gündə neçə dəfə corabını dəyişər, paltarı da o nisbətdə. Küçəyə çıxanda təsadüfən birisi ona toxunsaydı, xəstə kimi, əhvalı pozulardı, dərhal evə dönüb, qədd-qamətini təzədən güzgü qabağında yoxlar, düzəldər, yoluna düzələrdi.

Lakin rayon məsələsi kişinin varlığını sarsıtdı. O, nəinki səliqə məharətini, hətta başını da itirdi. Darçın xanımla görüşdəki təbəssümləri yox oldu. Üzünü bulud kimi qaranlıq, quyu kimi dərin bir kədər qapladı.

Əntərzadə başını vaqonun pəncərəsinə söykəyib, qəmli-qəmli baxırdı. Nə danışır, nə də bir şey eşidirdi. Ürəyi heç nə istəmirdi. Qəlbinə ağır daşlar asılmış kimi, özünü çox pis hiss edirdi.

Xırr... Qatar dayandı. Vağzalda orkestr səsləndi. Əntərzadə çexollu çamadanı götürüb, qapıya çıxdı. Musiqi onda ruh yüksəkliyinə səbəb oldu: "Cəhənnəmə, - dedi, - rayon olsa da adamı yaxşı qarşılayırlar. Burada klub, teatr-filan tamam özümə baxacaq..."

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mənim utancaq tələbəm

– Əmikişiyevin məsələsinə baxmaq istəyirik, – dedi, – zəhmət olmasa, siz də iştirak eləyəsiniz.Partkom katibi xahiş ədası ilə mənim üzümə baxdı, cavab gözlədi. Hər bir institutda cari ictimai işlərdən başqa, tələbənin təqaüd, mükafat, məzuniyyət, dərsə davam məsələsi təşkilatı çox məşğul edir. Həftə olmur ki, belə müzakirələrə vaxt sərf edilməsin.

19655 min
Qanadlı qızlar

Dünən bir ziyalı yoldaşım ilə heç nə üstündə qızğın deyinm əli, hətta əsəbiləşməli olmuşam.– Qardaş, – deyir, qıza-qız deyiblər, oğlana-oğlan! Mən heç vaxt razı olmaram ki, qız uşağı qollarını çirməyib maşın, əkin, tikin işinə gedə, sabah da qolu-qıçı şikəst qayıda.

19658 min
Ad günü

Deyirlər, nəvə şirin olur. Mən inanmazdım. İndi görürəm ki, bu sözdə bir həqiqət var. Nəvə ilə oturub-durmaq cavanlıq günlərini xatırladır. Güman edirsən ki, o, balanın balası yox, öz balandır. Günlər də pardaxlanan gəlinlik günlərindir. Canına həvəs, gözünə işıq, dizinə taqət gəlir.Mənim iki nəvəm var, bir-birindən dəcəl.

19663 min
Fərəh məclisi

Dostlarımın əhatəsində olduğum zaman özümü xoşbəxt sayıram. Müsahiblər şikayətlənir ki, yaxşı dost azdır. Mən belə bir şikayətdən uzağam. Çünki mehriban dostum çoxdur. Müsahiblər dostlar ilə az və çətin görüşmələrindən gileylənirdi. Burada da mən seçilirəm. Mən dostlarım ilə istədiyim zaman görüşürəm.Deyəcəksiniz, nə üzüyola dostlarınız var.

19666 min

Poems by other poets