Müsəlmanlıq və texniki tərəqqi
Bəzi ağzıgöyçəklər orda-burda danışır ki, guya müsəlmanlar, yəni mömin bəndələr geri qalır, əsrin tərəqqisindən, texnikasından faydalanmır, faydalanmağı bacarmırlar, filan, behman!..
Yalan sözdür! Bu lap ağ yalandır!
Mən deyirəm ki, tərəqqidən, texnikadan fayda götürmək məharətini dünyada heç kəs, özgə şəxslər müsəlman qədər bacarmaz, bacara bilməz!
Sübut?
Qulaq asm, sayım!
Götürək savad işini. Sovet hökuməti qurulandan bəri hər yerdə məktəblər, texnikumlar, institutlar açılıb, on minlər, yüz minlər, hətta milyonlarla camaat oxuyub savad öyrənir, həyata çıxır.
Bəs müsəlman necə? Müsəlman da savad öyrənir, əli qələm tutandan sonra oturur evində, başlayır qonşusundan, dostundan, tanışından heyif almağa, imzasız məktublar yazıb hökumət idarələrinə material göndərməyə.
Dünən bir dostumun evinə getmişdim, dostumun arvadı iki kilo ət alıb gətirmişdi, mənə kabab bişirmək istəyirdi. Ev sahibi o yan-bu yana baxıb pıçıltı ilə xanımını başa salır, qonşuya işarə edirdi:
– Ay arvad, sən atanın goru, bizi işə salma. Balkonda tüstü çıxan kimi mərdimazar oğlu (işarə ilə qonşusunu göstərdi) götürüb hər yerə yazacaq ki, bəli, burada qoyun kəsən var, yeyinti var, düşmən var!
Dostum ərk ilə mənə eşitdirir, arvadından xahiş eləyirdi:
– Bu özgə deyil, bizdən inciməz. Sən tüstü-zad salma, o xəbis oğlunun əlinə material vermə, yazmağa bəhanə axtarır. Allah onun yazan barmağını sındırsın... Neçə surət yazır, hərəsini bir yerə, özü də dalınca düşüb qurdalayır...
Bəs bunun özü tərəqqidən, savaddan istifadə deyil, nədir?
İkinci bir misal:
Ayrı bir müsəlman tanıyıram ki, dostunu nahara çağırıb. Ceyran kababı, beşillik konyak gətirib, süfrə açıb, qonağını möhkəm kefləndirib, başlayıb o yan-bu yandan söz salmağa, sual verib danışdırmağa.
Xəlvətcə də, stolun altına maqnitofon qoyub. Kişi idarələr əleyhinə, nazirin dalınca nə danışıbsa, hamısı lentə yazılıb. Sabahısı gün həmin müsəlman lenti aparıb qoyub nazirin qabağına, dostunu işdən qovdurmamış rahat olmayıb.
Bəs bu tərəqqi deyil, texnikadan istifadə deyil, nədir?
Üçüncü bir misal:
Qəbiristanlıqda yasin satan mollanın işini kim bilmir? Maqnitofon çıxan kimi, molla birini alıb, yasini lentə yazdırıb. İndi daha özü heç ağzını açmır, ayəni dilinə gətirmir, yasinin pulunu alır, maqnitofonu işlədir. Hər yarım saatda bir-iki müştərini yola salır. Doğrudur, möminlər danışır ki, lentə yazılan yasini o dünyada murdar sayıb qəbul eləmək istəmirlər. Amma möminlər buna da çarə tapırlar: cənnət hesabdarlarını görüb düzəlişiblər. Çox zaman lentlərdə lətifələri, konsertləri də yasin adına yeridirlər gedir.
Bunun özü texniki tərəqqi deyil, bəs nədir? Texnikanın bu cür təcrübədə həyata tətbiqini ancaq həqiqi müsəlman bacarar.
Bunlara gərək xüsusi mükafat təyin oluna.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-muselmanliq-ve-texniki-tereqqi
Use ← → keys to move, R for a random poem
More by this author
– Ə, səviyyəni hardan alırlar, necə alırlar? Səviyyə lazımdır.– Nə lazımdır?
Yas məsələsiAilə möhkəm olmalıdır. Cəmiyyətin ilk isti, səmimi ocağı, mən deyərdim, müqəddəs ocağı ailədir. Ailəsini sevməyən heç kəsi sevə bilməz. Ailəsində xoşbəxt olmayan heç yerdə xoşbəxt ola bilməz!Buna görə də mən həmişə ailə həyatına diqqətli, ehtiyatlı, həssas olmuşam. Duyduğum ixtilafları dərhal yerindəcə söndürmüşəm. Atalar demiş, alov üstünə nöyüt yox, su səpmişəm.
Tut kampaniyasıMən çox gəzən adamam. Keyf-ləzzət üçün yox, işim, vəzifəmlə əlaqədar çox yerdə, ölkəmizin böyük şəhərlərində tez-tez oluram. Bu dəfə Leninqrad şəhərinə getmişdim.Səhhətimdən şikayətlənəndə yoldaşım məni qocaman bir həkimin yanma apardı. Kabinetində, ağ xələtdə əyləşib yazı-pozu ilə, cürbəcür dərman nüsxələrilə məşğul olan qoca, ağsaç həkim bizi çoxdankı tanışı, yaxın adamı kimi hörmətlə qəbul elədi, kürsü çəkib yer göstərdi, gəlişimizin məqsədini biləndə müayinəyə başladı.
PeşmançılıqIKolxoz sədri Səfər, şəhərdən yenicə gəlmişdi. Alı kişinin evində qalırdı. Səhər hamıdan tez qalxıb yuyunar, idman edər, qaloşu ayağına alıb həyətdə gəzinər, hava alardı. Onun təbiətə xüsusi bir eşqi var idi. Günün çıxmasını və batmasını seyr etməyi sevərdi. Səhər açılanda su daşının üstünə çıxar, oyanan kəndin qarışıq həyat səslərini dinlərdi. Dağların arxasından boylanan mis məcməyi kimi qızaran günəşə baxar, baxdıqca ürəyi açılardı.