Yəqin ki, siz də ikimərtəbəli daş binanın dəhlizindən ötür, izdihamlı hərəkəti görür, uca səqfin hər tərəfindən uğuldayan sərin küləyin yeknəsəq səsini eşidirsiniz.

Kənarda asqıların qabağında bir əlini qartal caynağı kimi məhəccərə söykəmiş, bir əli göy xalatımn cibində hazır dayanıb adamları qarşılayan, yola salan, paltarları, papaqları ehmalca "yallah" deyib təqdim edən arıq, ortaboylu, qarayamz, nimdaş libaslı qadını tanıyırsınız.

Siz də çoxları kimi fikirləşə bilərsiniz ki, bu yaşlı qadının bundan sonra nə arzusu ola bilər? Ələyi ələnib, xəlbiri göydə fırlanır. Yəqin, aylarını, günlərini sayır, pensiya vaxtının çatmasını gözləyir.

Bu idarənin rəisi də deyəsən belə fikirləşirdi. Əgər belə fikirləşməsəydi, Nədiməni yanına çağırıb əhvalını xüsusi soruşmaz, rəyini bilmək istəməzdi.

– Nədimə bacı, deyirəm yorulmusunuz, pensiya vaxtınız çatmasa da, vəsatət eləyərəm, buraxarlar, dincələrsiniz, bəsdir işlədiyiniz.

– Yox, yoldaş naçalnik, hələ işləmək istəyirəm.

– Yorulmamısınız?

Qadın çirməkli arıq, nazik qollarını qabağa verib, ağır bir yük qaldırırmış kimi, silkələdi:

– Hələ ki, qolumda qüvvət var, qadan alım! Bəlkə idarə narazı...

– Yox, yox! Mən ancaq sizin fikrinizi bilmək istəyirdim.

– Hələ ki, işləsəm, yaxşıdır, qadan alım.

– Çox yaxşı!

Nədimənin imkanı az olsa da, arzuları çoxdur. Soruşacaqsınız ki, əlli yaşında bir arvadın indən belə nə arzusu ola bilər? Qulluqmu, maldövlətmi, mükafatmı?

Bunların heç biri deyildi.

Nədimənin əsgər oğlundan yadigar qalan bircə Naxış adlı nəvəsi var idi. Onun nəvəsini oxutmaqdan, boya-başa çatdırmaqdan başqa arzusu yox idi. Pensiyaya çıxmamasına da səbəb bu idi. Nədimə istəyirdi ki, məktəbdə: "Nənən harada işləyir?" - soruşanda, o, belə desin:

– Mədəniyyət idarəsində!

Nədimə nəvəsinin məktəbdə, müəllim qarşısında şax dayanaraq, bu cavabı ucadan və cürətlə dediyini təsəvvürünə gətirir, iftixardan sanki sinəsi qalxırdı:

– Mədəniyyət idarəsində!

Nənə belə güman edirdi ki, uşaqdan bu cavabı eşidənlər onun nəvəsinə ayrı cür baxacaqlar: onu qabaq sıralarda oturdacaq, pioner böyüyü seçəcək, qonaq qabağında danışdıracaqlar.

Qadın Naxışı xəyalında böyüdür, diplom sahibi edir, cürbəcür qulluqlara qoyurdu. Gah təyyarəçi, gah bəzəkli stol arxasında yazan, gah camaat içində nitq söyləyən, gah taxıl maşınında tarlaları biçib-tökən, uca binalar tikən, uşaqlara nəsihət verən görürdü.

Bu arzular bahar suları kimi cuşa gəlir, qadının zehnində bükülüb-açıldıqca, burulub, bərq vurub şaqqıldadıqca aləm ona yüngül gəlirdi.

Ancaq nə edəsən ki, bir gündə, bir andaca nənənin xəyalları su basmış bina kimi alt-üst oldu.

O da belə oldu:

Bir gün adəti üzrə fasilə vaxtı evə gələndə nənə nəvəsini evdən çı xan gördü. Ayrı cür gördü: uşaq bir əlində uzun ağac, o biri əlində də rəndə təngnəfəs məktəbə tərəf gedirdi.

– Naxış, bu nə halətdir? Taxta-zad nədir?

– Dülgərxanada işləyirik, məni gözləyirlər.

– Qızım, taxta yonmaq sənin işindir?

– Öyrədirlər, nənə, müəllim öyrədir!

– Qızım, səni dərs oxumağa qoymuşam, yoxsa dülgərlik öyrənməyə?

Naxış dinmədi.

Nədimə nəvəsinə baxa-baxa qaldı. Elə bil qadını ildırım vurmuşdu.

Nədimə indi başa düşdü ki, müəllimlərin çağırdığı vaxt məktəbə getməməsi ona baha tamam olub: "Uşağı dərsdən ayırıb, gör nə öyrədirlər...".

İşdən çıxanda Nədimə birbaş məktəbə, müdirin yanına getdi. Qapıda sarısaç bir qadın oturub maşında nəsə çıqqıldadırdı. O, Nədiməni görüb başını qaldırdı. Nədimə bərkdən soruşdu:

– Müdir haradadır, ay qız?

– Bəs salamınız hanı, xala?

– Mən salama yox, skandala gəlmişəm!

– Nahaq yerə.

Stul çəkib dedi:

– Buyur, əyləş!

– Əyləşməyə gəlməmişəm. Müdir haradadır?

– Sizə nə olub, çox hirslisiniz?

– Nə olacaq daha...

Nədimə istədi, başına gələni danışsın. Sonra fikirləşdi ki, buna niyə danışsın. Bundan asılı bir şey yoxdur. Bunların böyüyünü görmək lazımdır. Yenə də sual tərzində bir az da ucadan soruşdu:

– Hanı müdir?..

May ayından beşcə gün ötmüş olsa da yayın ən isti havalarını andıran bir bürkü var idi. Deyəsən, gün günorta yerində, özü də məhz bu şəhərin lap üstündə dayanıb gücünü göstərmək, od ələmək, adamları kölgəliklərə qovmaq istəyirdi. Adamlar isə məşğul idilər. Elə bərk məş ğul idilər, sanki istidən xəbər tutmurdular...

Həmkarlar ittifaqı binasının birinci mərtəbəsindəki çilçıraqlı, şəkilli, fərş döşənmiş salon ağzınacan adamla dolu idi. Gözlər tribunaya dikilmişdi. Müəllimlərin, direktorların, ustalarm biri düşüb, biri çıxırdı. Məktəblərin politexnikləşdirilməsi haqqındakı tədbirlər müzakirə olunurdu. Mərkəzi təşkilatlar hər rayonun neçə illik planını, təhkim olunduğu istehsalat yerini, uşaqların sayını, işin həcmini, peşəsini, vaxtını bilmək istəyirdilər. Özü də təcili bilmək istəyirdilər. Məktəb həyatım yenidən quran bu tədbirlə məşğul olmayan maarifçi yox idi.

Naxışın məktəb direktoru bu gurultulu iclasdan təzə qayıtmışdı ki, Nədimə arvadın qalmaqalını ona danışdılar. Direktor başını buladı: "Di gəl, belə valideynlərlə işlə görüm, necə işləyirsən!"

Elə bunu xəyalından təzəcə keçirmişdi ki, Nədimə içəri girdi.

– Yoldaş müdir, sizə sözüm var!

Direktor Nədimənin cavabında:

– Əleykəssalam, - dedi və qadına daha ağzını açmağa macal vermədi. - Nədimə xala, bayaqdan sizi axtarırdım. Yaxşı gəlmisiniz, gedək!

– Hara?

– Görərsən hara.

– Mən uşaq barəsində...

– Elə uşaq barəsində...

– Qoy sözümü deyim!

– Bəri gəl, deyərsən!

Onlar uzun və açıq balkondan ötüb məktəbin geniş həyətinə, cərgələnmiş qızılgüllərin, nərgiz, nilufər çiçəklərinin arasındakı xırda xiyabana, oradan da birmərtəbəli təcrübə otaqlarına keçdilər. Yol uzunu Nədimə deməyə hazırladığı sözləri ürəyində götür-qoy edirdi. Direktor isə rəndə işlərini, emalatxananı düşünür, yaxşı bir şagirdin rəndələnməmiş valideyni olan bu nənəni "yumşaltmağa", başa salmağa yol axtarırdı.

Onlar gəlib klub kimi uzun, sement döşəməli sərin bir otağa girdilər. Nədimə hara gəldiyini bilmədi: nə məktəbdir, nə bağçadır, nə də yataqxana! Burada nə desən, var. Biri əlində çəkic skamya düzəldir, bi- . ri xəritə yapışdırır, biri kitab cildləyir, dibçək bəzəyir, biri divara kağız çəkir. Naxış da əlində yüngül rəndə uzun bir taxtanı yonur, ağardır, incəldirdi.

Direktor üzünü qadına tutub dedi:

– Nədimə xala, bura bizim iş otağımızdır, təzə düzəltmişik, böyüdəcəyik. Kimin əlindən nə gəlirsə, burada məktəbə kömək eləyir. Sizin qoçaq qızınız Naxış da yazı taxtalarına ayaq düzəldir.

Nədimə dik-dik direktorun üzünə, sonra da əlində rəndə, gülümsəyən nəvəsinə baxıb soruşdu:

– Mənim uşağımı dülgər eləmək istəyirsiniz?

– Biz ona sənət öyrədirik. Qoy əlindən hər iş gəlsin.

– Ona dərs oxumaq əvəzinə belə şeylər?..

– Bizdə həyatdan kənar, yəni quru elm yoxdur. Bütün dərs oxuyanlar fiziki əməyə alışmalıdırlar.

– Necə əməyə?

– Əl əməyinə.

– Bəyəm, məktəb bunun üçündür?

– Bir bura zəhmət çəkin.

Direktor qadının qolundan tutub divardan asılı bir şəklin yanına gətirdi.

– Nədimə xala, bir diqqətlə baxın, görün tanıyırsmızmı? Burada sizin çox sevdiyiniz bir adam varmı?

Nədimə yaxma gəldi, əyilib baxdı. Şəkildə bir dəstə işləyən adam gördü, uzun bir dirəyi köməkləşib haraya isə aparırdılar.

Direktor çiynində şalban olan bir kişiyə işarə etdi:

– Diqqətlə bax! Tanıyacaqsan!

Nədimənin bayaqdan bulud kimi tutulmuş sifəti bir anda açıldı. Qadının gözləri gülümsədi, bir ətrafa, bir şəklə baxıb dedi:

– Bu yoldaş Lenin deyil?

– Özüdür!

– Bəs bu dirək-zad nədir?

– Lenin dirək daşıyır.

– Heç elə şey olar?

– Görmürsən?

– Adam heç inana bilmir.

– Nahaq inanmırsan. Lenin kimi böyük bir adam inqilab yolunda, xalq yolunda hər bir çətin işə gedirdi, amma bizim Nədimə xalamız... Direktor bu sözü xüsusi məna ilə dedi:

– Amma bizim Nədimə xalamız öz nəvəsinin emalatxanada işləməyinə razı olmur. Qorxur ki, nəvəsinin əlləri xarab olar.

Uşaqlar gülüşdülərsə də, direktorun dodağı qaçmadı. O, sifətinə daha ciddi ifadə verərək dedi:

– Bunu eşidən nə deyər?

Direktor bu sualı sanki Nədimənin özünə verirdi.

Nədimə dinmədi. Bir az yaxma gəlib Leninin şəklinə diqqətlə baxdı, işarə ilə nəvəsini çağırdı:

– Naxış, bir bura gəl!

Direktorun məqsədinə çatmağı uşağın da ürəyindən idi.

Qız quş kimi nənəsinin qabağına atıldı.

– Nə var, nənə?

– Buranı oxu görüm, nə yazıblar?

Naxış şəklin altını bərkdən oxudu:

"Vladimir İliç 1919-cu ildə iməcilikdə fəhlələrlə işlərkən."

– Haçan?

– 40 il bundan qabaq!

Nədimənin nəzəri şəklə sancılıb qaldı.

– Rəhmətlik onda sağ idi. Ah, o günlər gəlin vaxtım idi, ev nədi, övlad nədi, zad nədi bilməzdim.

Qadın təzə açılan gülü iyləyirmiş kimi, nəvəsinə tərəf əyildi.

– Onda sən də yox idin.

Direktor qadının sözünə qüvvət verdi:

– Heç mən də yox idim.

Nədimə xala təəccüblə direktora baxdı. Naxış da söhbətə qarışdı:

– Heç bu məktəb də yox idi.

Nədimə başını qaldırıb məktəb otağına, pəncərədən görünən sıra binalara diqqət etdi. Sanki o indi başa düşürdü ki, dünyada nələr olur.

– Lenin elə işləməsəydi, bizi elə öyrətməsəydi, bu dəsgahlar haradan olardı?!

Nədimə xala başını tərpədib deyilənləri təsdiq etdi, köksünü ötürdü, əlini nəvəsinin başına çəkib təkrar soruşdu:

– Bu şəkil Moskvadan gəlib?

– Bəli, Moskvada çap olunub.

– Bundan bir dənə tapsana, divara vurum. Məktəbdən təvəqqe eləsənə!

Direktor şəklin bir surətini çıxartdırıb ona verməyi vəd etdi və sonra "skandala" gələn valideyn kimi yox, əziz bir qonaq kimi Nədimənin qabağına düşüb emalatxananı gəzdirdi. Onu emalatxanalarda çalışan oğlan və qızların sənəti, işi ilə tanış etdi, ona albomlar göstərdi.

Əhvalatdan xəbərsiz olan şagirdlər bir-biri ilə pıçıldaşır, Nədimə xalanı haradansa, nəsə vacib bir iş üçün gələn "böyük" adam sayırdılar.

– Ayrı şəhərdəndi!

– Ustabaşıdı.

– Qızların təcrübə işini deyəsən buna tapşıracaqlar.

Nədimə müdirlə, emalatxana işçiləri, nəvəsinin ustaları ilə dostlaşıb qayıtdı. "Skandala" getdiyinin, müdirlə hirsli danışdığının peşmançılığını çəksə də, gördüklərinə, eşitdiklərinə şad idi. Məktəbdən gələndən sonra mühüm mətləbdən agah olmuş kimi, o xeyli müddət rahat ola bilmədi, aşkar görürdü ki, uşaqların hərəsi bir peşənin qulpundan yapışıb sənət öyrənir.

Ürəyində özünü danlayandan, dizinə döyəndən sonra çoxdan bəri sandıqda saxladığı göy qədək parçanı çıxardı, ölçdü, nəvəsinə bir yaxşı xalat tikdi.

– Qızım, - dedi, - bizə iş paltarını idarə verir. İşə gələndə həkimlər kimi xalatımızı geyirik, iş qurtarandan sonra çıxardırıq. Bax, sənə də xalat tikmişəm, işdə geyərsən.

Nənə min bir həvəslə Naxışa yaxşı bir xalat tikdi, ancaq birdən xəyalına nə gəldisə, dayanıb barmağını dişlədi və öz-özünə dedi:

– Əlli uşağın içində qızın xalatı dəyişik düşəcək.

Bu, Naxışın da ağlına gəlmişdi:

– Nənə, - dedi, - döşünə nişan tik, nişan!

Nədimə xalatın döşünə bir nişan tikmək istədi: quş, kitab, ya gül yarpağı!

– Qızım, nişan lazım deyil, adını yazsana?

– Yox, nənə, ayrı şey tik!

– Mən nə bilirəm, ağız, o nişanları.

Naxış kitabının birinci səhifəsini açıb nənəsinin qabağına qoydu.

– Bu ki oraq-çəkicdi.

– Bu yaxşıdır. Pioner gərək zəhməti sevsin.

Nədimə oraq-çəkic nişanını qəhvəyi sapla tikmək istəyirdi ki, birdən iynəni sancıb dayandı:

– Qızım?

– Bəli.

– Bura gəl! Məktəbdə soruşsalar, nə deyəcəksən?

– Nəyi soruşsalar?

– Kimin tikdiyini. Əl işi bilirsiniz?

Naxış şəklə baxdı, parçanı əlinə alıb barmağına üskük taxıb dedi:

– Bəri ver!

– Yox, parçanı zay elərsən. Al bu bezin üstündə prob elə, sonra! Naxış parçanın üstündə karandaşla şəkil çəkdi və sonra da dinməz-söyləməz tikməyə başladı:

Nədimə sevindiyindən bilmədi nə desin:

– Naxışın gətirsin, bala!

– O nə deməkdir?

– Böyüyərsən, bilərsən nə deməkdir! Sənə əbəs yerə bu adı verməyiblər ha! Özün bir naxış, işin də kiı bir özgə naxış! Bəs nə!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Pərzad

Mən bu hekayənin adını "Pərzad" qoyuram. Qəhrəmanım arvaddır. Onun iri və uzun gövdəsi, at kimi yerişi vardır. Hər addımında bir metr məsafəni geridə qoyur. Enli və dəyirmi üzündə şübhəli bir keçmiş oxunur. İlk baxışda bıçaq tiyəsi kimi işıldayan nazik, qara hörükləri nəzərə çarpır.Məni ən çox maraqlandıran cəhət onun analığıdır. O, qəssab Hacının ikinci arvadıdır. Otuz yeddiillik həyatında üç qız anası olmuşdur.

193615 min
Kağızlar aləmi

Bu idarə şəhərin kənar bir yerində, görkəmsiz bir binada idi. Pəncərələri dar döngəyə baxırdı. Qapısı sısqa ağacları olan kölgəli, rütubətli bağçaya açılırdı. Qapımn başında paslı və bozarmış bir lövhə vardı.Saat doqquza qədər idarə suyu sovulmuş dəyirman kimi səssiz, hərəkətsiz olurdu. Stullar yorğun öküz kimi durardı. Mürəkkəb qabları uyuyar, qələmlər dincələrdi. Paltar asqısı üşüyər, qalın və xəzli paltoların intizarını çəkərdi.

193713 min
Kərpic məsələsi

Hər səhər yatağımdan qalxanda, gözüm evimizin qabağındakı balkona sataşır. Diqqətlə baxıram, görüm, samovara od salan Babaxanın köhnə arvadıdır, yoxsa yox...Babaxan çoxdan arvadı təzələmişdir.

193713 min
Nanənin hünəri

Pəncərədən stola düşən günəş çəhrayı və şəffaf pərdə kimi süfrəni örtmüşdü. Stol üstə qoyulmuş kəhrəba kimi buğda çörəyi səliqə ilə doğranıb, boşqaba yığılmışdı. Süfrədə bandaqlardan yenicə kəsilmiş, çöpü qurumuş Kirovabad üzümü, paxlava şəklində dilimlənmiş Cərco qovunu, qırmızı turp, toz kimi narın və ağ Naxçıvan duzu, par-par parıldayan çəngəl-bıçaq, üçbucaq salfetlər, göy rəngli, ağ qulplu su qrafinkası düzülmüşdü.Nanə xala qolu çırmalı, əlində qaşıq xörəyə ədviyyə tökür, hərdən mətbəxin qapısından boylanırdı. Ərinin və oğlunun gəlməsini gözləyirdi.

193713 min

Poems by other poets