Pərzad
Page 1 of 2
Mən bu hekayənin adını "Pərzad" qoyuram. Qəhrəmanım arvaddır. Onun iri və uzun gövdəsi, at kimi yerişi vardır. Hər addımında bir metr məsafəni geridə qoyur. Enli və dəyirmi üzündə şübhəli bir keçmiş oxunur. İlk baxışda bıçaq tiyəsi kimi işıldayan nazik, qara hörükləri nəzərə çarpır.
Məni ən çox maraqlandıran cəhət onun analığıdır. O, qəssab Hacının ikinci arvadıdır. Otuz yeddiillik həyatında üç qız anası olmuşdur.
El arasında deyərlər, "Qız nemət, oğul dövlətdir." Bu, boş sözdür. Elə oğlan var, hazır çörəyi çeynəyib ağzına qoyursan, uda bilməyir, aciz, bədbəxt, kirdarsızdır. Elə qız da var, köz kimidir. Sel ilə sönmür, yel ilə keçməyir. Pərzad arvadın özünü götürək. Onun qundağı və qucağı oğul görmədi. Gördüyü qız oldu. Kim deyir ki, o, qızı Məsmədən, Yasəməndən, Sitarədən oğlan qədər xeyir görməmiş? Cəsarətlə deyə bilərəm ki, tanıdığım oğlanların heç birindən anası Pərzad qədər "bəhrə" götürməmişdir.
...Hacı kişi o biri otaqda kömləkcək, yerin içində oturub gözlərdi.
Qadınlar isə Pərzadın başına toplaşar, salavat, bismillah ilə onun arvadını oxşardılar. Hamıdan artıq Hacı təəccüb edərdi: "Mənim kimi sağlam və tutumlu kişidən niyə oğul olmayır. Qız xəbərini eşitcək qaş-qabağını sallar, həftələrlə arvadı dindirməzdi, həmişə fikirləşərdi: "Bu zəhrimarı nə etməli? İt küçüyünü kim böyüdəcək?" Pərzad Hacının dərdlərini əksiltmək üçün təsəlli verərdi:
– A kişi, nəyin fikrini eləyirsən ey? İndiki oğullar bişüur çıxırlar. Qumarbaz, içkibaz, ağzı çörəyə çatan kimi, atadan üz çevirirlər, yenə Allah qıza bərəkət versin. Yaxşı yöndəmli yerinə salandan sonra kürəkənin sənə oğuldan artıqdır. Oğul baxta-baxtdır. Pis çıxdı evin yıxıldı, dünya zəhmətin itəcək, abrın da gedəcək. Amma kürəkəndir, biri pis oldu, sağ olsun onun əmisi oğlu. Qızımın qolundan tutub o birisinə verərəm. Nə çoxdur təşnə oğlanlar. Məsmə, Sitarə kimi ay parçasmı göydə götürərlər. Sən heç fikir eləmə. Bunlar hamısı mənim boynuma.
Pərzad arvad hələ 8 yaşında ikən Məsməsini "ağ günə" çıxarmaq üçün əməli tədbirlərə başlamışdı. O, həmişə mızıldayaraq oxuyurdu:
Ərə gedən qızım
Yaxşı ara izini.
Sonra peşmançılıqda
Qucaqlama dizini...
Məsmənin Hacı Seyid kişiyə getməsinə Pərzadın başmaqları da razı idi. Lakin o bu razılığını öz evindən kənara çıxarmırdı. Arvadlar arasında Hacı Seyidə yaxın adamlarla danışanda deyirdi:
– Çox da varlıdır, Hacıdır, gəlir-götür sahibidir, axı qocadır. Qızım onun nəvəsi yerindədir. Mən onun hacılığına, abırlı adam olmasına görə Məsməni verirəm. Bunun qabağında beş min manat başlıq nədir ki, ona nəm-nüm edirlər? Lap eşiyə tullasam, Məsməyə ondan artıq başlıq qızıl alaram. Nə olub, xalqın uşağı çöldə qalmamışdır ki, beş min manata nə verirlər? O da Məsmə kimi qaragöz, indi hələ onun nə vaxtıdır. Qoy bir 12-sinə dolsun, döşü qalxsın, lap birinci tacir oğluna verməsəm...
Evdə qohum-əqrəba yanında isə Pərzad məsələni başqa cür izah edirdi:
– Varlı-karlı kişidir, niyə verməyək? Şərt o deyil ki, cavan olsun, üzündə ayran içməyəcəyik ha, bizə dolanışıq lazımdır. Kimi var ki? Qoca kişidir, sabah-birisi gün başını yerə qoyanda hamısı Məsmənin olacaq. İş də budur. Çox da ki qız istəmir! Özbaşına deyil ki!
Pərzadın dedikləri yerini aldı. Hacı Seyid Bağır ağa pərdə dalından Məsməyə xitab ilə deyirdi:
– Qızım, Hacı Seyid vələdi mərhum Hacı Əsədə zövcə olmaq meylin var, ya nə?
Qadınlar Məsməni aralığa alıb öyrədirdilər:
– Məsmə, axundun dediklərinə "bəli" de! Ayrı söz danışma.
Məsmə isə heç kəsə fikir verməyir, palazların altını eşələməyə, itirdiyi muncuğu axtarmağa məşğuldu. Onun əvəzində Şərəbam xala səsini incəldərək "bəli" cavabı verdi.
18-ci ilin payızında Məsməyə keyfin istəyən təntənəli bir toy oldu. Hacı Seyiddən alınan başlıq qızıl, pal-paltar və məxaricdən başqa şabaşdan Pərzad arvadın əlinə 2700 manat köz kimi nəğd pul gəldi. Bu o deməkdi ki, Pərzad böyük bir çörək sahibi oldu. Toyun səhərisi gündən başlayaraq, Pərzad arvad özünü lap xoşbəxt hiss edirdi. Qızları və bacılıqları ilə bərabər Hacı Seyidin süfrəsindən yeyirdi. Məsmənin vasitəsilə hər ehtiyacını artıqlaması ilə ödəyirdi. Hacı Seyiddən kiçik olmağına baxmayaraq, onu "oğlum" deyə çağırır, başına dolanmaq istəyirdi.
18-19-cu illər böyük hərəkat və çaxnaşma illəri idi. Hökumət lap özünü itirmişdi. Qarışıqlıq, yiyəsizlik üzündən heç kəsin sabaha aydın ümidi yox idi. Bu momentlərdən istifadə ilə tacirlər, möhtəkirlər öz yükünü tuturdu. Ancaq bu dəfə Hacı Seyidə bədbəxtlik üz vermişdi. Onun 2 paroxod xuşkəbəri dənizdə batmış, vekselləri protestə getmiş, "sınıq" çıxaraq, qəfəsələri boşalmış dükanında zəif bir şam yandırmağa məcbur olmuşdu. Hacının başına gələn bu "iş" bir müddət nə Məsməyə, nə də Pərzada təsir etdi. Hələ evdə ehtiyat da var idi. Nə bişmişlərin dadı əksildi, nə də sandığın ehtiyatı. Hacı öz başına gələnləri və həmkarlarının heç birindən kömək görmədiyini acı-acı nağıl etdikcə Məsmə gülər, Pərzad təsəlli verərdi.
Lakin bu quru təsəllidən də bir nəticə çıxmadı. Yavaş-yavaş Hacı evə, qiymətli şeylərə əl atmağa məcbur oldu.
Vəziyyət artıq dözüləsi deyildi. Pərzad siyasətini dəyişməli idi. Daha doğrusu, kösöyün o biri başını çevirməli idi. O, bunu birdən-birə də edə bilərdi. Lakin gələcək üçün yaxşı deyildi. Ehtiyatlı tərpənmək, işi bişirmək lazım idi.
Pərzad bir müddət ayağını qızının evindən kəsdi, indi qızının görüşünə ayrı sifətdə gəlirdi. Bir axşam bu sözlərlə qızını görməyə gəldi:
– Allah məni öldürsün. Qızım, bu nə gündür, bu nə sifətdir düşmüsən... Buna bax! Qızın bət-bənizi qalmayıb ha. Mənim başıma daş düşsün. Qız, niyə bu günə düşmüsən?..
Hacı əvvəlcə başa düşmədi. O da bir tərəfdən Məsməni əzizləmək istədi:
– De da! Bilmirəm, bu nəyin fikrini çəkir? Deyəsən, mənim kimi gəmiləri batıb?
Pərzad oturmadı. Məsməni qapıya çağırıb, nə isə pıçıldadı, çıxıb getdi.
Hacı bir axşam evə qayıdanda qapını bağlı gördü. Açarı qonşudan alıb içəri girəndə köç tədarükünə oxşar bir mənzərə gördü! Balışların məxmər üzü soyulmuşdu. Divar xalçası, ağ samovar, böyük toy güzgüsü yoxdu. Xırım-xırda ev şeyləri yükdən açılmış kimi, aralığa tökülmüş, bir-birinə qarışmışdı.
Dərhal işi anladı. Qonşulardan sual etdikdə ona səkkiz qat bükülmüş, dalısı yağlı barmaqlardan kirlənmiş bir kağız verdilər. Pərzad Məsmənin dilindən yazdırdı:
"Kəbinim həlal, canım azad, mənim kağızımı ver, şeyini al."
– Gətirin qocanı. Sən bəyin qapısından keçəndə asqırmısan. Xanıma tək səbir düşmür. 50 manat cərimə verməlisən. Bircə tez ol.
– Hə, bu Həsənquludur. Sən nə cürət ilə izinsiz ot biçmisən, nə yeyib belə qudurmusan. Buna 20 qamçı, 30 manat pul, haydı.
Beləliklə, çəkməçi Məhərrəmin evində xalqa möhkəm toy tutulur. Toybəyi bığlarını dovşan qulağına döndərmişdir. Otaqda döyülən və cərimə edilənlər qaşqabaqlı oturmuşdu. Yeni gələnlər qorxudan içəri girmirdi. Otuzluq lapmanın işığı adamların burnunu işıldadır. Toydur. Bayin divanı ara verəndə zurnaçılar başlayır. Aşıq Abbasın dalınca zurnaçı Əkbər sürünür. O, otağın havasını sorub zurnasına doldururdu. Dəyirmi üzü tunc kimi qızarırdı. Qavala tökülən şabaşlara diqqətlə nəzər yetirir, ürəyində sayırdı. Yaxşı olub ki, götürə danışıblar. Şabaşa ümid olsaydılar, heç şey çıxmayacaqdı.
Gəlin isə çoxdan gətirilmişdi. Dibdə bir balaca otaqda arvadlar onun başına toplanmışdı. Yasəməni qurbanlıq quzu kimi bəzəmişlər. Üst-başına sırınmış piləklər onu qaraçı qadınlarına oxşadırdı. O, indi ağır bir yük altındadır. Onu öpən, buradan qaldırıb, orada oturdan, oxşayan qadınların heç birindən xəbəri yox idi. Yasəmən bir daşa, bir heykələ dönmüş, onu fikir götürmüş: keçmiş, gələcək, ev, ər, çadra...
O, burada nə gəzir, 14 baharı bitməmiş bir uşaqdan nə istəyirlər? Onudamı Məsmə kimi satacaqlar? Qızlar nə qədər bədbəxtdir! Nə üçün hamının üzərində dalğalanan azadlıq bayrağı Pərzadın damına gəlmədi? Na üçün o iki ildən bəri başlayan yeni həyat yollarının qapısı Yasəmənə açılmadı? Bunun təqsiri kimdədir?
Bəlkə o qolundakı zəncirləri atıb, günəş altına çıxsa, bütün bu rəngbərəng və çirkin şeylərdən canı qurtarar... Buna onun haqqı vardı. Lakin cəsarəti çatmırdı. Yasəmən bu fikirlər içində boğulduğu zaman soyuq bir əl onu tərpətdi. Hamı yatmışdı. Səs kəsilmişdi. Pəncərədən sallanan ay da küsmüş kimi, çəkilib getmək üzrə idi...
Əlii yeddi gündü ki, Yasəmən Məhərrəmin evində idi. Qara gün nə uzun olurmuş... Ona elə gəlir ki, anadan olandan bu dörd divar arasında əsirdir. Hər zaman cəllad kimi baxan Məhərrəm hər axşam yeni-yeni tələblərlə gəlirdi. Bazardan gətirdiyi acığı da Yasəmənin üstünə tökürdü. Mətbəx, süpürgə Yasəmənin yeganə məşğuliyyəti olmuşdur.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-perzad
Use ← → keys to move, R for a random poem
More by this author
Yırtılmış meşokdan taxılmı tökülür, qar üstündə ip sürünür, ya fırfıra səsidirmi?Xışıltını yaxşı seçə bilmədim. Dayanıb dinlədim, deyəsən, heç bir şey yoxdur. Sanki, bayaqdan bəri məni məşğul edən səs, quru bir vahimə imiş.
Axşam səfəriIÜç yoldaş idik, düşmən arxasına kəşfiyyata getmişdik. Hava çox bürkü, göy tutqun idi. Ağaclar altında özümüzü otlar, yarpaqlarla örtərək, ehtiyatla yeriyir, düşmən qüvvələri haqqında bir şey bilmək istəyirdik. Qaranlıqda xeyli getdik. Deyəsən, yol kənarı idi. Motor səsi eşitdik. Ardınca təkər səsləndi, təkər dayandı, yenə motor səsləndi. Sonra sanki, külək dağıdan və ancaq qırıq-qırıq eşidilən danışıq səsi... yenə motor, yenə təkər səsləri, yenə danışıq...
Xəbər ətərsizYarım saatdan artıq idi ki, Səkinə hərbi komissarın qapısında növbə gözləyirdi. Darıxır, tələsir, intizar çəkirdi. Ancaq qapı açılanda, üzlü adamlar növbəsiz irəli yeriyəndə Səkinə daha da geri çəkilir, sanki komissarın gözünə görünməməyə çalışırdı. Ehtimal ki, gözləyənlər hamısı güzəştə gedib, onu qabağa salsaydılar, Səkinə yenə içəri getməzdi. Çünki komissara deyəcəklərini hələ də ölçüb-biçməmiş, hələ də şikayətinə müəyyən ifadə verməmişdi. Şikayətçilərdə belə ehtiyat, çox vaxt sözün azlığından, yaxud mətləbin yüngüllüyündən olur. Səkinənin isə deməyə bir kitab sözü var idi. Ancaq haradan başlamağı, harada dayanmağı aydın etməmişdi. Düşünür, düşündükcə düşünürdü. Ona elə gəlirdi ki, sevgilisinin - 8 aydan bəri ayrıldığı, üç aydan bəri kağız almadığı Fətullanın taleyi, qucağında mışıl-mışıl yatan, dünyanın əzab və iztirablarından xəbərsiz olan körpəsinin taleyi, yenicə birləşib qurduqları, məhəbbətlə qızdırdıqları, səadətlə işıq verdikləri, ümidlə parlatdıqları ailənin, cavan xanimanın taleyi bu gündən, komissarın bu cavabından asılıdır.Birdən qapı taybatay açıldı. Sanki adamları qucaqlamaq üçün qollarını yana açmış komissar çıxdı, əllərini qapıya çataqlayıb, şikayətçiləri süzdü. Duruşundan aydın idi ki, komissar yorulmuşdur, ancaq şikayətçilərin hamısını qəbul etməmiş getmək istəmir. Onun gözü uşaqlı qadına, kənarda dayanan Səkinəyə düşən kimi çağırdı:
MuştuluqBir ay olar ki, Əşrəf burada, şəhərdən bir az kənarda düşərgədədir. Birinci dəfədir ki, anası ona icazə verib, yola salmışdır. Birinci dəfədir ki, Əşrəf öz evlərində yatmır.Bura "El bağı" deyilən gözəl bir yerdir. Ağaclar baş-başa verib, hər tərəfə ətir səpilib, arxlarda sular pıçıldaşır, ağaclarda quşlar səslənir. Günəş - göylər sultanı güclü günəş sanki, aşağı enib, lap yaxına gəlmişdir. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər.
Poems by other poets
Çərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
Ey gözüm, Əhmədə bax, gör. nə qəşəng oğlandırEy gözüm, Əhmədə bax, gör. nə qəşəng oğlandır,Qəmi-hicrində onun qəmli könül virandır.
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.