Nanənin hünəri
Page 1 of 3
Pəncərədən stola düşən günəş çəhrayı və şəffaf pərdə kimi süfrəni örtmüşdü. Stol üstə qoyulmuş kəhrəba kimi buğda çörəyi səliqə ilə doğranıb, boşqaba yığılmışdı. Süfrədə bandaqlardan yenicə kəsilmiş, çöpü qurumuş Kirovabad üzümü, paxlava şəklində dilimlənmiş Cərco qovunu, qırmızı turp, toz kimi narın və ağ Naxçıvan duzu, par-par parıldayan çəngəl-bıçaq, üçbucaq salfetlər, göy rəngli, ağ qulplu su qrafinkası düzülmüşdü.
Nanə xala qolu çırmalı, əlində qaşıq xörəyə ədviyyə tökür, hərdən mətbəxin qapısından boylanırdı. Ərinin və oğlunun gəlməsini gözləyirdi.
Nahar vaxtı idi.
Çox çəkmədi, ata-ananın əziz oğlu Hünərin səsi eyvanda eşidildi. Hünər od kimi içəri girdi. Portfeli stol üstünə qoydu. Xışıldayan plaşını, papağını çıxarıb asdı. Əl-üzünü yudu, sonra anasını səslədi:
– Yaman acmışam, xörək hazırdırmı, ay ana? Atam ham?
Hünər evə gələndə özü ilə şənlik və dilxoşluq gətirərdi. Onun gəli şi bir toy, bir bayram şənliyini andırardı. Səsi eşidildimi, üzlərdən kölgə, ürəklərdən kədər silinər, gözlər gülər, dillər açılardı.
Hünər süfrənin başmda yenicə əyləşmişdi ki, atası da gəldi.
Nanə xala xörəyi gətirəndə, otağa zəfəran səpilmiş kimi oldu. Bütün külfət can sağlığı, damaq çağlığı və şirin iştaha ilə süfrə başına yeməyə əyləşdi. Nanə xala yeyir, bişirdiyi xörəyin dadını-duzunu soruşurdu:
– Necədir, Hünər? Göyərtisi az deyil ki?
– Mən havaxt anadan olmuşam?
Nanə xala Hünərin bu göydəndüşmə sualına cavab verməkdə çətinlik çəkdi. Atası dedi:
– Bu il payızda 15 yaşın tamam olur.
– Çox olar!
– Tarixin aydındır, mən partiyaya girən ili, 22-ci ildə anadan olmuşsan. İndiki kimi yadımdadır. Onda mən ictimai işlə təzə məşğul olurdum.
– Niyə 15 olsun?
– Necə niyə, niyəsi yoxdur ki?
– İyirmi ildir yaşayıram, hələ 15 yaş?
Atası təəccüblə dedi:
– Sənə elə gəlir. Zəmanəmiz sürət, iş, yaratmaq, qurmaq dövrüdür. Bir ildə iyirmi ilin işi görülür. Eyvandan şəhərə baxanda, rayonlara çıxanda, təzə şəhərləri, tikintiləri, abadanlığı görəndə, Azərbaycanın köhnə vaxtını yada salanda deyirəm, doğrudan da bu işlər bütün yaradıcı qüvvələri, qabiliyyətləri işə salıb. Əsrlər boyu zəncirlənib qalmış hünərlər indi qüvvətli bahar çayları kimi axıb, ümumi işimizə, sosializmə qüvvət və sürət verir. Odur ki, adam elə bilir, bu mədəniyyət sarayları neçə-neçə on illərdə tikilib...
Hünər atasını diqqətlə dinlədi, bir az düşündü və dedi:
– Bunlar hamısı doğrudur, amma mənim tariximi səhv yazıbsınız. Yoxsa məndə 15 nədir, 20-yəcən yaş var.
Nanə xala etiraz elədi:
– Ədə, sən dünənki uşaq deyilsənmi, ağzından süd iyi gəlir!
Atası maraqlandı:
– Sənə na olub, Hünər, tez qocalmaqmı istəyirsən?
– Qocalmaq niyə! Qocalmaram. Seçmək istəyirəm!
Atası Hünərin marağını anladı:
– Nə darıxırsan, - dedi, - on səkkiz yaşma az qalıb, o qədər seçəcəksən, o qədər seçiləcəksən ki? Vətənimizin, cəmiyyətin gələcəyi siz gənclərindir. Siz gələcəyin günəşlərisiz. Sən əsil gənclik dövrünə çatanda, bəşəriyyətə möhkəm və energiyalı, sovet tərbiyəsi görmüş igidlər çox lazım olacaq.
– Gələcəkdə, əlbəttə ki, o işlər borcumuzdur. Amma mən indi seçmək istərdim. Konstitusiyanı kimdən pis bilirəm? Soruş, maddə-maddə deyim! Seçməyi də bacarıram.
Bu zaman qapının tayı açıldı. Komsomolçu Həbib lülələnmiş bir kağızı Nanə xalaya verib qayıtdı. O, kağızı stolun üstünə qoydu. Atası açıb baxdı. Gözəl və igid bir oğlanın rəngli və bəzəkli şəkli çəkilmişdi. Qıraqlarında da çoxlu yazı vardı. Ata dedi:
– Bizim dairənin namizədi haqqındadır. Bu oğlanı Ali Sovetə seçməyə namizəd göstəriblər. Yazıblar kimdir, nəçidir, nə təhər adamdır. Hünər əyilib şəklə baxanda duruxdu, birdən dikləndi:
– Bu ki bizim müəllimdir, ay ata!
– Özüdür, indi tərcümeyi-halını yazırlar ki, tanıyın, görün necə adamdır, məsləhət bilsəniz, bunu seçin!
Nahar qurtarandan sonra ata oxumağa başladı:
– ...doğulmuşdur. Orta məktəb qurtarmış, komsomol təşkilatmda fəal olmuş, komsomolun Mərkəzi Komitəsinə üzv seçilmiş, qabaqcıl müəllim olmuş, bütün rayonda partiyaya sədaqətli, möhkəm və sınanmış, vicdanlı, təmiz, partiya işi, sosializm işi uğrunda fədakar bir adam kimi tanınmışdır...
Hünər daha da maraqlandı:
– Ata, - dedi, - qurtar ver, mən də oxuyum!
Axşamüstü seçiciləri iclasa çağırdılar. Lenin adma kolxozun staxanovçularının xahişinə görə Ali Sovetə seçmək üçün namizəd göstərilmiş yoldaş seçicilərlə söhbət edəcəkdi.
Bu xəbəri eşidəndə Hünərin ürəyi sevincdən döyünməyə başladı. Ata-anasına qoşulub, o da iclasa getdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-nanenin-huneri
Use ← → keys to move, R for a random poem
More by this author
Məhkəmə, müdafiə, mühakimə işi çətin, məsuliyyətlidir. Hər adam bacarmaz.Gərək səriştəli hüquqşünas olasan, yüzlərlə qanun kitablarını, əsasnamələri, qərar-qətnamələri vərəqləyib nöqtəsinəcən diqqətlə öyrənəsən. Bunların hamısını bənd-bənd, yaxşıca bilməmiş adamı məhkəməyə, hüquq aləminə qoymazlar.
Elçi kimiOtuzuncu illə r- Böyük Vətən müharibəsi ərəfəsində yazıçı briqadaları bütün rayonlara, o cümlədən Gəncəyə tez-tez gedirdi... Orada mahud, çit, yağ-sabun istehsalı müəssisələrində işləyən fəhlələrin sürətlə çoxalması, şəhərin respublikada ikinci sənaye mərkəzi kimi şöhrət tapması, fəhlə sinfi milli tərkibinin mürəkkəbliyi, beynəlmiləl tərbiyə işinin güclənməsi, cavanların sosializm quruluşuna sürət və vüsətlə cəlb olunması, ziyalılar arasında aparılan mədəni-siyasi işin həm şəkil, həm məzmunca dərinləşməsi bu gözəl, yaraşıqlı şəhərin ictimai həyatını coşqun bir çay məcrasına çevirmişdi. Burada tez-tez ictimai-mədəni yığıncaqlar, tədbirlər keçirilir və ədəbiyyat-sənət məclisləri təşkil olunurdu.Hələ iyirminci - otuzuncu illərin əvvəlində ədəbiyyat, mətbuat həyatı canlanır, diqqəti cəlb edir, gənc şairlərin, Səməd Vurğunun, Əhməd Cəmilin ilk şeirləri bu şəhərin qəzet, jurnallarında, almanaxlarında çap olunub yayılırdı. Həmin illərdə Gəncədə geniş maarif-məktəb şəbəkəsi, güclü müəllim ordusu, kamil darülmüəllimin, sənaye-ziraət texnikumu, kənd təsərrüfatı, suvarma institutları kimi təhsil ocaqları fəaliyyət göstərirdi.
İmtahan– Düzünü deyirsən?– Lap düzü belədir.
Möhür və məhəbbətIBəri başdan deyim ki, hörmətli oxucular bu söhbəti Şərq ədəbiyyatında görüb oxuduqları mehr və məhəbbətlə qarışıq salmasınlar. Çünki o yazılarda lirika, burada isə yumor, orada səmimiyyət, burada isə məharət, orada birlik, burada isə ayrılıq... təsvir olunur. Xülasə, təfavüt çoxdur və qabarıqdır.
Poems by other poets
Yenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,