Contents
  1. 2
  2. 3
  3. 4
  4. 5

Page 3 of 3 · 67%

3

Kolxoz klubunun qabağında bənövşəyi rəngdə, bildirçin kimi yaraşıqlı bir maşın durmuşdu. Adamlar eyvana yığışırdılar, içəridən zəng səsi gəldi. Hamı kluba doldu.

Hünər lap qabaqda anasına yer elədi. Özü də yanında oturub baxırdı. Sədr iclası açdı. Seçicilərlə görüşə gələn namizədə söz verdi. Camaat əl çaldı, gurultu qopdu. Şüar dedilər.

Bir ucaboy, qarasaç və frençli oğlan tribunaya çıxdı. Qabağına qoyduğu kağıza baxdı, asta-asta danışdı:

– Mən burada öz seçicilərimin qabağında ürəyimdəki şadlığı deməyə söz tapa bilmirəm. Mən gör nə xoşbəxtəm, xalqımız etibar edib, məni Ali Sovetə seçmək istəyir. Mən sovet seçicilərinin bu etibarına təşəkkür edirəm. Onu da deyim ki, bu etimadı doğrultmaq üçün, hökumət işini, sosializm işini irəli aparmaq üçün başımı da əsirgəməyəcəyəm...

Ucaboy oğlan atasının, özünün keçmişdə ağır həyatından danışdı. Sonra Sovet hökumətinin onu necə ata-ana qayğısı ilə böyütdüyünü, oxutduğunu, bəslədiyini, ona mühüm işlər tapşırdığını söylədi...

Yerlərdən sual verən, danışanlar oldu. Hamı ucaboy oğlanın sədaqətindən, igidliyindən, hörmətindən danışırdı.

Məşədi Müslüm soruşdu:

– Yoldaş desin görək, heç ispalkomda işləyib, ya yox?

Ucaboy oğlan cavab verdi:

– Yox, kənd sovetində işləməmişəm.

Məşədi Müslüm yerindən dilləndi:

– Heç işləməmişsən?

– İşləməmişəm.

– İndi, yoldaş; biz səni seçsək, bu nabələd olduğun hökumət işinə, neçə il naşılıq eləyəcəksən? Bu işi neçə il müəllimlik kimi öyrənib, yaxşı aparmağa söz verirsən?

Yerlərdən səs gəldi: "Yersiz sualdır!", "Biz namizədimizin bacarığını bilirik!", "Kənd sovetinə sədr seçmirik ha! Bu Məşədi nə sayıqlayır?" Kəhrizov Novruz ayağa qalxdı:

– Sualım var, yoldaş! Yoldaş, de görək, inişil sürgünə gedən Hacı Məlik ilə necə qohumsan? Əlaqəndən danış!

Ucaboy oğlan çox sakit və arxayın cavab verdi:

– Mənim o adda qohumum olmayıb, elələri ilə əlaqəm də yoxdur. Novruz yerindən dilləndi:

– Hacı Məlikin əmisi oğlu sənin doğma bacanağın deyil?

– Mənim heç baldızım yoxdur!

– Baldız demirəm, yoldaş, doğma bacanağın!

Sədr Novruzun səsini kəsdi:

– Sən çaşmısan nədi, ay Kəhrizov! Bacanaq da doğma olarmı? Nə danışırsan?

Yerlərdən səs qopdu, Novruzun dili dolaşdı. Ayaq üstə qaldı. Hünər ucaboy oğlana baxıb, yerindən dilləndi:

– Onu, deyəsən, öyrədiblər, ay müəllim!

Kim isə dedi:

– Fitnədir!

Novruz Hünərə baxıb, qıpqırmızı qızardı, bir az dayandı. Birdən günə qoyulmuş buz kimi əriyib açıldı:

– Ay yoldaşlar, - dedi, - bilirsiniz nə var! Açığı, məni öyrətdilər. Yoxsa mən namizədimizi yaxşı tanıyıram. Brilyant kimi oğlandır. Məni bax, bu Məşədi Müslüm kişi öyrətdi ki, belə sözləri de!

Novruz bunu deyib, Məşədi Müslümü göstərdi. Hamı onun üzünə baxdı, Məşədi sapsarı saralıb, zəfərana döndü. Qalxa bilmirdi. Lakin nə isə demək istəyirdi. Camaat hiddətlənmişdi:

– Bu saat iclasdan çıxmalıdır!

– Bu saat!

Nanə xala indi başa düşdü ki, seçki işi onun düşündüyü kimi o qə. dər də sadə və asan iş deyilmiş. Burada bərk mübarizələr gedirmiş. Xalqın düşmənləri gör nə fırıldaqlar qurur, gör nə hiylələr düzəldir... "Bunlar camaat içinə soxulub, kim bilir, daha nələr edirlər, bunlardan ehtiyat etmək lazımdır! Hünər hər gün bunların qara məqsədlərindən danışardı. Deyirəm axı!.."

Məşədi Müslümün ispalkom olduğu illər Nanənin yadma gəldi. O zaman idarəyə yaxın düşmək olmazdı. Məşədi qoçuları başına yığmışdı.

Nanə xala xəyalına gətirirdi ki: "Bəlkə Novruz kimilərin fırıldağı üzündən Məşədi Müslüm bir də hökumət işinə keçə idi". Bu təsəvvürü başına sığdıra bilmədi. "Bıyyy!" deyib, dodağını dişlədi. Öz-özünə fikirləşdi: "Yox, balam, seçki işini heç kimə inana bilmərəm: kağızımı özüm alacağam, özüm səs verəcəyəm!"

4

Yığıncaqdan qayıdanda Hünər yenə atasından soruşdu:

– Ata, siz necə razı olursunuz ki, Novruz seçsin, mən seçməyim?

– Sənin yaşın azdır hələ. Qanun var. On səkkiz yaşından aşağı olanları hələ seçkiyə buraxmırlar.

– Anama seçki bülleteni verəcəklər, ya yox?

– Verəcəklər!

– Anam savadsızdır, onsuz da bir adama tapşıracaq. Özüm götürərəm, əvəzində seçərəm.

– Elə bu biliklə Konstitusiyanı əzbərdən bilirdin?

– Anam ki oxumağı bilmir!

– Əvvəla, onu bil ki, seçki hüququ olmayan, siyahıda adı olmayan adamı seçki otağına buraxmırlar, ikincisi, anan və hər bir seçici təkcə otağa girib, bülletenini öz əli ilə qutuya salmalıdır.

– Yəni anam mənə inanmır?

– İnanır, amma sən seçici deyilsən.

Hünərin sözü kəsildi. Atası ona ayrı şey təklif etdi:

– Seçməyə belə həvəsin var, düşmənlərimizin içimizə soxulmağına yol verməmək üçün xalq kimi sən də ananı öyrət!

– Nə öyrədim?

– Anana savad öyrət ki, seçki qaydalarını özü oxusun. Daha yanınca bir "mirzəsi" də olmasın. Belə eləsən, seçkidə iştirak etmiş kimi olarsan!

Atanın sözü Hünərin beyninə batdı. Tez qalxıb o biri otağa keçdi. Nanə xala maşında nə isə tikirdi. Hünər soruşdu:

– Ana, nə zaman boş olursan?

– Necə yəni, bala?

– Nə vaxt işsiz olursan?

– Mən işsiz olmuram. Min cür işim var.

– Sabahdan dərs başlayırıq.

– Nə dərsi?

– Seçki dərsi.

– Mənim savadıma nə gəlib? Qol çəkə bilirəm ki...

– Seçəndə sənin qolun lazım olmayacaq, fikrin lazım olacaq. Sən gərək oxumağı yaxşı biləsən!

Atası da işə qarışdı:

– Qoy bir tərəfə, ay arvad, bu xırım-xırda işi! Gündə iki saatını sərf elə savada! Bizim evə savadsızlıq yaraşmaz. Seçki günündə gedib, ondan-bundan xahiş eləmə! Qaydaları, siyahım özün oxu, özün bil, özün seç!

Nanə Məşədi Müslümün və Novruzun çıxışını xatırladı. Belə tülkülərin qabağında özünün savadsızlığına əsəbiləşdi. Özünün zəifliyini hiss etdi. Əl-ayağım tərtəmiz yudu. Hünərin çantasından iki dəftər çıxartdı. Qələm hazırladı. Oğlunu çağırdı:

– Başlayaq! - dedi.

Hünər sevindi, anasım öpdü. O gündən müntəzəm dərs başlandı. O, hərfləri iri yazırdı ki, anası tez seçsin, öyrənsin, tez oxusun!

5

Nanə xala hər gün beş vərəq qaralayırdı, vaxt-bivaxt hazırlaşırdı, yazırdı, pozurdu. Hər kəlməni öyrəndikcə dünyalar qədər sevinirdi. Əlinə aldığı kitab ona yeni aləmlər açırdı. Nanə xala ömründə bu kitab kimi qeybət, yalan və hiylə bilməz dostlara az rast gəlmişdi.

O, savad kitabını qurtarmaq üzrə idi. Hər gün Hünər qəzet oxuyur, seçkidən ona təzə xəbərlər verirdi.

Dekabrın 12-sini Nanə və Hünər aramsız gözləyirdilər. Nanə xala indi məntəqədə savadlı adam axtarmayacaqdı. Fərəhlə seçki otağına girərək, yazılmış bülleteni oxuyacaq, düşünəcək, inandığı, etibar etdiyi namizədə səs verəcəkdi!

Ehtimal ki, bu dəqiqədə zirək və kamallı Hünər bütün hünərləri ilə gəlib, ananın gözü qabağında duracaqdı.

Nanə xala əlinin qələminə, oğlunun üzünə, səs verdiyi namizədə baxacaq, dodaqlarında açılan təbəssümlə bütün otağa işıq salacaq. Yüksək vətəndaşlıq vəzifəsini bitirdikdən sonra otaqdan çıxacaq, qapıda onu gözləyən əziz oğlunu bağrına basıb öpəcək, öpəcək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Yoldaşlıq məhkəməsi

Məhkəmə, müdafiə, mühakimə işi çətin, məsuliyyətlidir. Hər adam bacarmaz.Gərək səriştəli hüquqşünas olasan, yüzlərlə qanun kitablarını, əsasnamələri, qərar-qətnamələri vərəqləyib nöqtəsinəcən diqqətlə öyrənəsən. Bunların hamısını bənd-bənd, yaxşıca bilməmiş adamı məhkəməyə, hüquq aləminə qoymazlar.

19754 min
Elçi kimi

Otuzuncu illə r- Böyük Vətən müharibəsi ərəfəsində yazıçı briqadaları bütün rayonlara, o cümlədən Gəncəyə tez-tez gedirdi... Orada mahud, çit, yağ-sabun istehsalı müəssisələrində işləyən fəhlələrin sürətlə çoxalması, şəhərin respublikada ikinci sənaye mərkəzi kimi şöhrət tapması, fəhlə sinfi milli tərkibinin mürəkkəbliyi, beynəlmiləl tərbiyə işinin güclənməsi, cavanların sosializm quruluşuna sürət və vüsətlə cəlb olunması, ziyalılar arasında aparılan mədəni-siyasi işin həm şəkil, həm məzmunca dərinləşməsi bu gözəl, yaraşıqlı şəhərin ictimai həyatını coşqun bir çay məcrasına çevirmişdi. Burada tez-tez ictimai-mədəni yığıncaqlar, tədbirlər keçirilir və ədəbiyyat-sənət məclisləri təşkil olunurdu.Hələ iyirminci - otuzuncu illərin əvvəlində ədəbiyyat, mətbuat həyatı canlanır, diqqəti cəlb edir, gənc şairlərin, Səməd Vurğunun, Əhməd Cəmilin ilk şeirləri bu şəhərin qəzet, jurnallarında, almanaxlarında çap olunub yayılırdı. Həmin illərdə Gəncədə geniş maarif-məktəb şəbəkəsi, güclü müəllim ordusu, kamil darülmüəllimin, sənaye-ziraət texnikumu, kənd təsərrüfatı, suvarma institutları kimi təhsil ocaqları fəaliyyət göstərirdi.

19766 min
İmtahan

– Düzünü deyirsən?– Lap düzü belədir.

19764 min
Möhür və məhəbbət

IBəri başdan deyim ki, hörmətli oxucular bu söhbəti Şərq ədəbiyyatında görüb oxuduqları mehr və məhəbbətlə qarışıq salmasınlar. Çünki o yazılarda lirika, burada isə yumor, orada səmimiyyət, burada isə məharət, orada birlik, burada isə ayrılıq... təsvir olunur. Xülasə, təfavüt çoxdur və qabarıqdır.

19766 min

Poems by other poets