Otuzuncu illə r- Böyük Vətən müharibəsi ərəfəsində yazıçı briqadaları bütün rayonlara, o cümlədən Gəncəyə tez-tez gedirdi... Orada mahud, çit, yağ-sabun istehsalı müəssisələrində işləyən fəhlələrin sürətlə çoxalması, şəhərin respublikada ikinci sənaye mərkəzi kimi şöhrət tapması, fəhlə sinfi milli tərkibinin mürəkkəbliyi, beynəlmiləl tərbiyə işinin güclənməsi, cavanların sosializm quruluşuna sürət və vüsətlə cəlb olunması, ziyalılar arasında aparılan mədəni-siyasi işin həm şəkil, həm məzmunca dərinləşməsi bu gözəl, yaraşıqlı şəhərin ictimai həyatını coşqun bir çay məcrasına çevirmişdi. Burada tez-tez ictimai-mədəni yığıncaqlar, tədbirlər keçirilir və ədəbiyyat-sənət məclisləri təşkil olunurdu.

Hələ iyirminci - otuzuncu illərin əvvəlində ədəbiyyat, mətbuat həyatı canlanır, diqqəti cəlb edir, gənc şairlərin, Səməd Vurğunun, Əhməd Cəmilin ilk şeirləri bu şəhərin qəzet, jurnallarında, almanaxlarında çap olunub yayılırdı. Həmin illərdə Gəncədə geniş maarif-məktəb şəbəkəsi, güclü müəllim ordusu, kamil darülmüəllimin, sənaye-ziraət texnikumu, kənd təsərrüfatı, suvarma institutları kimi təhsil ocaqları fəaliyyət göstərirdi.

Yaxşı yadımdadır: qırxıncı illərin əvvəllərində Gəncəyə növbəti səfərlərimizdən birində Azərbaycan Yazıçıları İttifaqı Kirovabad şöbəsinin məsul katibi, cavan şair Ələkbər Ziyatayla rastlaşdıq. Biz şöbənin işindən hal-əhval biləndən sonra o, utancaq xahiş ədasilə bizə müraciət etdi:

– Sizə mənim bir işim düşüb, xahiş eləmək istəyirəm.

Səməd Vurğun onu cürətləndirdi:

– Çəkinmə, sözünü de!

– Doğrusu, deməyə də utanıram, üzlülük olsa da, sizi elçi göndərmək istəyirəm.

Səməd ürəkdən güldü.

– Belə şirin sözü deməyə utancaqlıq lazım deyil. Çox mübarək olsun!

Mən də sözə qarışdım, məsələni konkretləşdirdik:

– Mübarək olsun, qız kimlərdəndir? Hansı küçədə yaşayırlar?

– Vəlizadələrdəndir. Gözüxallı Hacı müəllim ki var, sizin tələbəniz, qız onun bacısıdır. Anasının adı Səriyyə xanımdır, öz adı Böyükxanımdır. Burada, Zərdabi küçəsində, poçtun qabağında olurlar.

Mən Hacını hələ darülmüəllimin tələbəsi ikən tanıyırdım.

– Böyükxanım yaxşı addır, Ələkbər də böyük Əli deməkdir, çox münasibdir, – dedim. – Hacı müəllimgilə biz havaxt getməliyik?

– Havaxt kefiniz istəsə.

Səməd özünəməxsus qətiyyətlə dedi:

– Havaxt nədir, lap elə bu gün!

Ələkbər fürsəti itirmədi. Həmin gün bizə bələdçilik elədi. 28 Aprel küçəsinin yuxarı tərəfində, dar bir döngədə balaca, səliqəli, sərin həyətə daxil olduq.

Bu gözəl şəhəri tanıyanlar, məziyyətlərinə bələd olanlar yaxşı bilirlər ki, burada müasir sənaye ahəngi, fəhlə məişətilə yanaşı Şərq üslubunda - əndərun və birun olmaqla iki hissəyə ayrılmış səliqəli həyətlər vardır. Bu başdan o başa dumduru kəhriz suyu axır. Demək olar ki, bütün həyətlərdə tut, üzüm, gilənar, heyva, nar, ərik, əncir, xirnik, armud kimi meyvə ağaclarına, ətirli gül-çiçəklərə rast gəlmək olar. Küçələrdən sərin axar su keçir. Yay günləri həyətlər yaşıl, səfalı yaylaq guşəsi kimi sakit və cazibəli olur. Quşların cəh-cəhi, suyun həzin şırıltısı, tar, kaman səsi həyətin sərin sükutuna xoş bir bahar məziyyəti gətirir. Bir, bir yarım mərtəbəli qırmızı kərpic binalar sıx yaşıllıqlar içində görünməz olur. Belə bir şəraitdə Gəncə kimi şəhərdə elçiliyə getmək fərəhli və mənalı idi.

Elçi getdiyimiz həyətin birun hissəsi meyvəli, güllü-çiçəkli və sərin idi.

Başı qara kəlağayılı Səriyyə xanım bizi hörmətlə qəbul etdi. Otağa aparıb xoşgəldin elədi, əyləşdirdi. Çay, mürəbbə gətirdilər.

Gəncə xanımları adətən çayı mürəbbəsiz gətirmirlər. Özlərinin həyət məhsullarından səliqə ilə bişirdikləri gilənar, gilas, zoğal, ərik, şaftalı mürəbbələrini qonağa təqdim etməkdən xüsusi zövq alırlar.

Səməd Vurğun çay içməzdən qabaq ürəkaçıqlığı ilə ev sahibinə üz tutaraq müqəddiməsiz başladı.

– Ay xala, bilirsiniz nəyə gəlmişik?

Qonağın gözlənilməyən sualına ev sahibi bir az vahimə ilə cavab verdi:

– Xeyr, bilmirəm. Nəyə gəlibsinizsə, xoş gəlibsiniz!

Ev sahibinin bu nəzakətli cavabı Səmədi bir az da ürəkləndirdi. Şair təmkin və aramla dedi:

– Ay xala, biz sizin o göyçək qız Bövükxamma elçi gəlmişik!

Qadın dinmədi. Başmı aşağı saldı. Səmədin sözünü sükutla dinləməyə başladı. Şair özünə xas aram və təmkin ilə davam etdi:

– Xala, bizi tanıvırsınızmı?

– Xeyr, tanımıram, oğul!

– Tanımırsınız, tanıyarsınız. Heç bu radiolara qulaq asırsınızmı? Səməd şkafın üstündə qoyulmuş reproduktoru göstərdi:

– Buna hərdənbir qulaq asırsınızmı?

– Bəli, hər axşam-səhər bikar vaxtımda qulaq asıram.

– Radiolarda bir şairin adım çox çəkirlər, Səməd Vurğun, bax, o Səməd Vurğun mənəm!

Vurğun üzünü mənə tutub Səriyyə xanıma təqdim etdi:

– Bu da mənim qələm yoldaşım ədib Mir Cəlaldır. Sizi tanımasaq da, ərk eləyib evinizə gəlmişik!

Qadın şairin sözlərinə nəzakət, mərifətlə cavab verdi:

– Xoş gəlmisiniz, oğul!

Səməd müsahibinin nəzakətindən istifadə eləyib, ürəyindəkiləri açıb tökməyə başladı:

– Biz bu Gəncədə oxuyub boya-başa çatmışıq. Gəncəyə də, camaatına da yaxşı bələdik. Burda çoxlu dostlarımız-tanışlanmız var. Amma siz gəncəlilər, çox zaman bizə yad-gəlmə gözü ilə baxırsınız, saya salmırsınız. Ona görə açığını desək, sizdən gileyliyik.

– Yox, oğul, elə deməyin bizə!

Şair ev sahibinin qəlbini tərpətdiyinə, mətləb üstünə gətirdiyinə sevindi və sözünü daha da konkretləşdirdi.

– Xala, qulaq as, gör nə deyirəm. Mən şair Səməd Vurğun siz gəncəlilərdən qız istədim, vermədiniz. Bax, bu Mir Cəlal qız istədi, vermədiniz. Həmid Araslı, Əhməd Cəmil, Cəfər Xəndan elçi saldı, qız vermədiniz. Vermədiniz, sonra da peşman oldunuz. Biz getdik ayrı-ayn şəhərlərdən evləndik. Hər nə isə... Keçənə güzəşt deyiblər. İndi daha o yolu tutmayın. Cavanlar arasında şair, ədib çox deyil. Onlann əsərlərini bütün ölkə oxuyur. Siz Gəncə xanımları onlann xahişini yerə salmayın! Bax, cavan şairimiz Ələkbər Ziyatay istedadlı, zirək oğlandır. O, sizin qızı sevir, ürəkdən istəyir, bizdən də xahiş edib sizin evə elçi göndərib. Gəlin bir ağızdan mübarək olsun deyək, bu iki cavanın məramını yerinə yetirək, xeyir-duasını verək! Ay xala, belə xeyirxah iş Allaha da xoş gedər, bəndəyə də. Oğlan da, qız da oxumuş, ağıllı-kamallı balalardır. Gəlin, hamımız bu xeyir işi alqışlayaq. Uşaqların toy günündə yoldaşlarım ilə qol-qanad açıb oynamaq da mən Səməd Vurğunun boynuna! Sözün nədir, xala? Qol qoyursanmı?

Səriyyə xanım yaşmağı dodaqlarından çəkib, başını aşağı saldı. Hörmətlə cavab verdi:

– A qadanız alım, mən nə deyə bilərəm?! Qızın böyük qardaşı Kəlbəcərdə, aşıq Şəmşirin vətəni Ağdaban kəndində müəllimdir. O, bizim hamımıza ata əvəzidir. Onsuz biz bir iş görə bilmərik. Gələr, Allah qoysa, sizin xahişinizi ona yetirərəm. Cavabını da sizə çatdıraram. Baş üstdə!

Mən sözə qanşıb dedim:

– Hacını mən darülmiiəllimindən tanıyıram. Yazıçılara çox hörməti var. Məncə, o, sözümüzü yerə salmaz. Bu işə mübarək olsun deyər!

Səmədin səsi eşidildi:

– Xala, oğlunuz var olsun. Onun xətri bizim üçün də əzizdir. Ancaq sən anasan, həm qızın anası, həm də bizim hamımızın anası. Sən bu xeyir işə qol qoysan, daha o tərəfdən nigaran olmarıq.

– Nigaran olmayın, yox!

– Sənin qolun vacibdir.

– Mən qol qoyaram, oğul! Mənim ayrı sözüm ola bilməz.

– Çox sağ ol, xala. Harda qolun var, orda başın var, atalar deyib.

– Çox sağ olun, dostluqdan əskik olmayın!

– Siz indi təkcə dost yox, şairlərlə, ədəbiyyat, maarif aləmi ilə qohum olursunuz, xala, yaxın qohum!

– Bəli, qohum!

– Var olsun səmimi dostluq və qohumluq!

Beləcə, gənc şair Ələkbər Ziyatayın xeyir işi həmin il baş tutdu. Hamımız sevindik. İndi onların gül kimi balaları, xoşbəxt ailəsi var. Bəxtiyar yaşayırlar! Sağ olsunlar!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şahin və Sona

Gəmi uzun əsrlər dalğalarla döyülmüş qaya kimi sahildən ayrıldı. Sular onu, bir daha quruya qovuşmasın deyə, quzunu qoyundan ayıran kimi itələyib apardı. Sahildən içərilərə doğru uzanan dərin bir iz qaldı. Sanki, şəhər gəmini buraxmaq istəmirdi. Körpüdə yığılıb ayrılıq mərasiminə dayanan, yaylıq oynadan adamlar hər hansı bir qəzanın əli iləsə müsafirlərdən uzaqlaşırdılar. Gəmidəkilərin üzü şəhərdən dönmür.Sona göyərtədə bir məsumluq heykəli kimi donub qalmışdı. Gözlərindən axan yaş damlaları Xəzər sularına qarışırdı. Keçmişin mənasını gələcəyə söyləyən, doğma məhəbbətin qiymətini verən bu dürdanələr dənizin lap təkinə batırdı.

19413 min
Şərbət

Ostapenkonu mən yaylaqdan tanıyırdım. Yay istirahətimi mən orada, Sovet Ukraynasının səfalı bir kəndində, səliqəli Ostapenko kişinin balaca, yaraşıqlı evində keçirirdim. Bu ucaboy, topsaqqal kişinin zəhmətə olan eşqi məni çox maraqlandırırdı. Ostapenkonun arvadı beş il əvvəl vəfat etmişdi. 21 yaşlı qızı şəhərdə tibb institutunda oxuyurdu. 14 yaşlı oğlu isə kənd məktəbində oxuyur, həm də atasına kömək edirdi. Özü onlara həm atalıq, həm də analıq edirdi. Təsərrüfat işindən sonra da evdə oturmaz, rahatlıq bilməzdi. Gah onu rayon kitab mağazasında dərs kitabları seçən, gah tibb institutu qabağında dayanıb qızının dərsdən çıxmasını gözləyən, gah əlində uşaq ayaqqabısı pinəçi yanına gedən, gah da qapı ağzında, ayaq üstə oğlunu dayandırıb, düyməsini tikən görmək olardı.Lakin evdar və təsərrüfatçı Ostapenkonun əsl peşəsi məni daha çox maraqlandırırdı. O, mahir bir arıçı idi. Yamaca tərəf uzanan böyük, ağaclı, güllü həyətində həmişə azı 10-12 arı pətəyi olurdu. Kişi vaxtının çoxunu bunlara, bu təmiz və faydalı heyvanlara sərf edirdi, evə qonaq gəldimi, Ostapenko əlində bıçaq və boşqab pətəklərin dal tərəfinə keçir, beçə balı gətirirdi. Ostapenko arını saxlamağı, bəsləməyi, bəhrə götürməyi bildiyi kimi, balın və mumun mənfəətini də bilirdi.

19415 min
Ananın yarışı

Səhər yenicə açılır. Göz işlədikcə görünən buruqlarla örtülü sahil görünür. Get-gedə buruqlar böyüyür, yaxınlaşır. Kaçalkaların səsi eşidilir. 80 nömrəli buruq həm ucalığı, həm də avadanlığı ilə başqa buruqlardan seçilir. Buruğun yağlayıcısı Mehrab Kamalov quyu başında çarxları yağlamaqla məşğuldur. Taxta budkanın kiçik və açıq qapısından onun enli kürəyi görünür. Kənardan yeyin gələn 45 yaşlı bir qadın - Tutu, mədən yolunun yoxuşunu tövşüyə-tövşüyə çıxır, Mehrabın yanına çatan kimi, əlini can köynəyinin qoltuğuna salır, bir kağız çıxarır:– Bala, səni çağırırlar!

19427 min
Havalı adam

Əkbər kişi kəhriz başında oturub sərinləyirdi. Havva xala su doldurmağa gələndə kişi əhvalpürsanlıq elədi:– Ay Havva, Fərmandan bir xəbər varmı, nə yazır?

194212 min

Poems by other poets