Qarabağdan durna uçdu,Qanadını qırıq gördüm.Yuvalardan köçhaköçdu,Arada ayrılıq gördüm.

Durnasız zirvələr ağlar,Ağlar elsiz qalan dağlar,Dağlarda al boyanıb qar,Qövr elədi köhnə dərdim.

Ellərimiz qəhrəmanlı,Mərdlər yatır köksü qanlı,Çağırdım ahlı, amanlı,Oyanmadı yatmış mərdim.

Üz döndərdim fələklərdən,Daşa dönmüş ürəklərdən,Qana batmış çiçəklərdənŞəhidlərə çələng hördüm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland