Bu bəlkə bir quru sözmüş,İnsan dar ayaqda ədalət gəzmiş.Demə: fərmanları yazanlar üçün,Xalqın biri “doğma”, biri – “ögey”miş.“Doğmalar” öldürür, hey çalır, çapır,Yenə qanunlarda “bəraət” tapır.Ölən haqsız olur, öldürən “haqlı”Ögeylər məhbəsdə qolları bağlıƏdalət deyirlər, ədalət hanı?Tökülüb çoxdandır onun da qanı...Bölüb tikə-tikə Azərbaycanı.Qoymurlar of! Deyib səsi çıxmağa.“Doğmalar” dalını söykəyib dağa,Sən ey fərmanlarda “ögey” olanım!Qoy dönüm başına min yol dolanım!Xalqlara od verən, işıq verənsən –Bizim planetin şöhrəti – sənsən!

Bu dövran əxlaqsız qadına oxşar,Onu həmi almaq, həm satmaq olar.Çətindir almaq da, satmaq da səniSən ey qəhrəmanlar, mərdlər Vətəni!Mənim odlar yurdum, Azərbaycanım!Qoy durum, başına bir də dolanım!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland