Gilyətin bıçağı düzəltdi biriÜlgücü başları kəssin bir anda.Hərə kəşf etdi bir ölüm tədbiriİnsan ağrıları az duysun canda.

Birisi yaratdı ölüm kürsüsü,Müqəssiri dərhal döndərsin külə.O, ölümə məhkum olan müttəhimÖlüm əzabını bəlkə, az bilə.

Birisi düşündü dar ağacını,İnsan az hiss etsin ağrı, acını.

Biri üstün tutdu güllələnməyiTez olsun insanın yanıb, sönməyi.Kim deyə bilər ki, bu kəşflərinHansı “mərhəmətli”, hansı qəddardır?Qətlə yetməməkçün insan əlilə,İnsan ölmək üçün öz əcəlilə,Buna alimlərin nə kəşfi vardır?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death