Milyonçunun yoxsul qızı
Milyonçu Hacı ZeynalabdinTağıyevin qızı Sara xanıma ithaf
Milyonçunun “yoxsul” qızıHakimlər əvvəlcə saymayıb biziSonradan verirlər qiymətimizi...Biz ucuz oluruq,Qəbrimiz əziz.Dəfn mərasimi neçə şirin söz,Neçə odlu nitqlə çıxış edirlər,“Milli borc”larını verib “əyanlar”Sonra təşəxxüslə çıxıb gedirlər.Mərhum əziz olur ancaq bircə gün.Sonra yadlarından çıxır büsbütün,Qəbir də, qəbirdə adsız yatan da.
Sənin fəlakətin sığmayır sözə:Acı təhqirlərə sən dözə-dözəKöhnə çantan dolu sənədlər iləHey qışı, yazı,Min-min qapı açdın, ey vətən qızı!Çox sərt üzlər gördün, sözlər eşitdin,Atanın haqqını dananlar iləSən qəhrəman kimi döyüşə getdin.Saçların ağardı,Belin büküldü,Üstünə nə qədər sərsəri güldü.Qəbul otaqları qarşısında sənOturub aylarla qəbul gözlədin.Ədalət hökmünü verəcək, dedin.Ədalət özü də onda qan qusdu,Zindanlar güncündə o da məhbusdu.Gah qəbul etdilər səni salamsız,Oldular dediyin sözə inamsız.
Atdılar üstünə sənədləriniDedilər: – Sən kimsən, bil öz yeriniMilyonçu qızısan, bir utan barı,Dərin basdırmışıq milyonçuları.
Danışdın, sözünü dinləmədilər,Hara getdinsə də yox-yox dedilər,Hakim aqil olsa el dolandırar,Nadanı milləti oda yandırar.O zaman danıldı nə qədər haqlar,“Stol ağaları” bizim qorxaqlarAtanın haqqını belə dandılar,Əliqanlılara çox inandılar.
Elə ki dövranın hökmü dəyişdi,O əliqanlılar zirvədən düşdüÇıxdı əsarətdən yazıq insanlar,Çıxdı “qadağandan adlar, ünvanlar”,Dar gündə xalqına kömək olanlarTanındı kim imiş milyonçu atan,Yetmiş il torpaqda o adsız yatan.Ey əzablar çəkmiş qəhrəman qadın!Bunu eşidəndə güldün, ağladın.Sevincdən ağzında titrədi dilin,Sənin dərdlərini unutmaz elin.Xanım doğulmuşdun sən doğulanda,Öldün xanım kimi yenə son anda.Yoxsulluq hissini heç duymadın sənÇünki zənginlərdən zəngindin mənən.O zəngin ruhuna min rəhmət sənin!Unutmaz heç zaman səni vətənin.Qəbrinin üstünü güllər bəzəyir,O sərtüzlülər yox, ellər bəzəyir.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-milyoncunun-yoxsul-qizi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Vətən! Vətən! – dedin hər kəlməbaşı,Sözünün hər biri şirin qənd, noğul.
ÇadırlarSəksənib oyandım gecə tən yarı,Dağıdıb tökürdü aləmi külək.
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
Oğlum Əhməd Tofiqə vəsiyyətimBizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.