Vətən! Vətən! – dedin hər kəlməbaşı,Sözünün hər biri şirin qənd, noğul.Canımdan əzizdir onun hər daşı,Bunu kürsülərdən car çəkdim, oğul.

Onu əməlinlə sev həqiqətən,Sözdə Vətən demək asandır, asan.O zaman bəxtəvər olar ki, Vətən,Vətənə layiqli övlad olasan!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland