İblislər
Aşkarlıq genəldir nur sərhəddini,Dağılıb əriyir dumanlar, sislər.Yarır yalanların o çin səddini,Ədalət Evindən ucalan səslər.Tır boryda hakimin əyir qəddiniHaqqa, həqiqətə sığınan kəslər.Torpaqda cücərir bərəkət dəni,Sökülür heykəllər, uçulur büstlər.İmzalar içində tapır xəttini,Qara siyahıdan çıxır ağ üzlər.Bir zaman qudurub, aşıb həddiniMələk qiyafəli qəlbi xəbislər.Qəddar Mir cəlladın tutub cəddini,Günahsız ölümə, qana hərislər.Yuxuda gördülər Otuz yeddiniUçunur bədənlər, titrəyir dizlər.Çağırıb haraya tanrını, dini,Pak olmaq istəyir o natəmizlər,Pozub şerimizin ana xəttiniYalançı təriflər, yabançı hisslər.Seçir qorxa-qorxa bir xəlvət tiniCavidi, Müşfiqi satan iblislər.Təbiət pisləri çox yaşadır ki,Vicdan əzabının ömrü uzansın.Baxmalı, görməli tamaşadır ki:Dirilər cəhənnəm odunda yansın.Hörmüzlə Əhrimən baş-başadır ki,O rəhmət, bu isə lənət qazansın.Ocaqlar dağılsın, evlər talansın.Hamıda ürək bir göz qoşadır ki,İkisi ağlasın, biri utansın.Naşının ümidi nəqqaşadır ki,Bürünclə qızılın fərqini qansın.Qartalın uçuşu yoxuşadır ki,Enişdə qarğalar gəzib dolansın.O şair şairin qardaşıdır ki,Bir məslək eşqiylə oda qalansın.Cavid ucalıqda bir Şuşadır ki,Təpələr yolunda çətin dayansın.Müşfiq şerimizin şah quşudur ki,Onsuz bu zirvəyə kim havalansın?Elə bir üzüyün qaş-daşıdır ki,Zülmət də acizdir nurunu dansın.Xəcalət tərindən qaralır, itirQızılın yanında məhv olur mislər.Qalıb künc-bucaqda boş çuval kimiHəyata yük olan o nadürüstlər.Alınmır gərəksiz ucuz mal kimiCavidi, Müşfiqi satan iblislər.Zaman çox yaranı kəsib tulladı,Ağrımız, acımız yox olsun gərək.Çıxdı mavzoleydən xalqlar cəlladı,Qəbri də kül olub dağılsın gərək.Tünbətün çəkmə yox, ayaq nalladı,Dedi: – Becid gedən yıxılsın gərək.Şairi Sibirə kimlər yolladı?Görürsə, gözləri ovulsun gərək.Deşsin daş qəbrini Müşfiq fəryadı,Vicdan əzabından boğulsun gərək.Fəxri xiyabandan silinsin adı,Hər yerdən it kimi qovulsun gərək.
Sənətin Məcnunu, şerin FərhadıBir cüt Qoşqar kimi dağ olsun gərəkCavidin, Müşfiqin sınmış qanadıŞəfqətli əllərlə sağalsın gərək.Yaşatmaq istəsə Vətən övladı,Köksündə heykəli doğulsun gərək.Qovaq sıramızdan düşməni, yadı,Cərgəmiz yumruq tək sıx olsun gərək.Bir ovuc neft olsun mavi dənizdəRuhu dilənçilər, özü müflislər.Bir qara keşişdir gözlərimizdəBu qəlbi qaralar, qana baislər.Lənət daşlarıdır nəzərimizdəCavidi, Müşfiqi satan iblislər!
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-iblisler
Use ← → keys to move, R for a random poem
More by this author
Şeriylə dil açır körpələrimiz,Hər evdə, eyvanda şəkli asılır.
O niyə qocaldı?Vurğunun saçları vaxtsız ağardı,Gümüş dalğalar qondu başına.
Qəlbimə adın yazılıbSənə söz çələngi hörürəm, ustad,Qəlbimə silinməz adın yazılıb.
ŞöhrətAdam var şan-şöhrət qonaqlığında,Elə məst olur ki, ayılmır qəti.
Poems by other poets
Tərifli gözəllər gəlhagəl oldu,Yaşıllı, zərbaflı, allı Sənəm, gəl!
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasındaHəbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
چرا به سلسله زلف او نظر نکنی؟چرا به عالم بی منتها سفر نکنی؟
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram