Dilimdə ən əziz olan kəlamlaSözə başlayıram haqqı-salamla.Bir adın – şairə,Bir adın – ana!Niyə sığışmırsız Ermənistana?Ya ölüm!Ya da ki:“Bölüm!” deyirsiz.Qonşu torpağına “elim” deyirsiz.Buna necə gəlir, necə diliniz?İşıqlı qəlbinə cavanların siz –Qərəz toxumları səpərsiz nədən?Niyə fitva verdin bu qərəzə sən!

Şerinə yamaqmı sənin haqq sözü,Dilini yandırır bu torpaq sözü.Biz sizə dost dedik,“Torpaq!” dediniz!Naxçıvan,Qarabağ,Qazax dediniz.Dediniz sizinmiş Təbrizə qədərBizim o türbələr, qədim məbədlər.

Silva! Torpaq deyən şair sənmisən,Öz şair zirvəndən hara enmisən?Tarixi vərəqlə, bir də sal nəzər,Gör nə günə qaldı o “cahangirlər”Napoleon Rusiyaya qoşun yeritdi,Rusiyadan qoşunsuz,bayraqsız getdi.Hitler Avropanı zəbt etdi, ancaq –Sovetlər elindən bir ovuc torpaqQopara bilmədi o torpaq acı,Tək zəhər içməyə qaldı əlacı.Etdi Almaniyanı o para-paraBudur son qənimət qəsbkarlara!

Qonşunu qardaşdan irəli bilənXalqımın adından söz açıram mən;Üç qədim qonşuyuq Zaqafqaziyada,Bu qədim dostluğu verməyək bada.Nə qədər erməni zəhmətkeşinəXalqım tarix boyu açıbdır sinə.Siz niyə od atıb qonşu mülkünəYandırıb, müqəssir sayırsız bizi?Qırğına verirsiz gənclərimizi?

Tarix belə yazıb taleyimizi,Bizi qonşu edib əzəldən bəri.Haraya köçürək kəndi, şəhəri,

Qəbir daşlarını əcdadımızın?Şairsən, bunları bir düşün özün.Haqdan, ədalətdən dəm vuran şair,Sənin bu yalançı ədalətindəNeçə oğul ölür, ana ağlayır.Qəbirlər düzləyib, məbədlər yıxmaqSizə tarix boyu bir adət olmuş.Qonşu torpağını qəsb etmək meyliHansı qəsbkara səadət olmuş?Niyə yaddan çıxıb dostluq illəri,Qana batırsız bu dost elləri?Xalqı xalqa qarşı qoyanların siz,Yaman aqibətin yaxşı bilirsiz...Qıymayın erməni cavanlarına,Bizim xalqımızın oğlanlarına!Onların toy-nişan yaşıdır, şair!Onlar təzə açmış gülə oxşayır.

Ey şair qələmli oğul anası!Toy məclislərinə salmayaq yası!“Qığılcımdan alov törəyər”sə sizBu odu nə üçün üfləyirsiniz?

Çıxdı xalq önünə dünən bir qansız,Sən “bacı” dediyin fitnəkar bir qız,Qışqırdı araya qan salmaq üçün,Göz yaşı tökdürüb can almaq üçün:Tələsin, qardaşlar!Bu ermənilərin kökünü kəsin!Özgəsi deyiləm, mən, mən də – sizəm.Sizin namusunuz, qeyrətinizəm!Bizim alçaldırlar qeyrətimizi,Gəlmişik köməyə çağıraq siziTələsin, qardaşlar!Bəsdir, tələsin!Bu ermənilərin başını kəsin!Mən də qurban verrəm iki balamı.

Gör necə uydurdu bu qız yalanı.Erməni qızıymış, sən demə bu şər!Onu məhkum etsin qoy ermənilər!Fitnəymiş bu şərin hər sözü, andı,Bir çox fəlakətlər belə yarandı...

Qoymadıq Bakıda o gün qan olsun,Erməni fitnəsi evyıxan olsun.Biz dosta dost olduq,Düşmənə düşmən.Tamah xəncərini gəl qına qoy sən,Silva! İki “taxtın” sultanıyıq biz,Şairə və Ana!Bizim hökmümüzGərək qərəzlərin yolunu kəssin.Analar dostluğa, sülhə tələssin!“Qonşunu qardaşdan irəli” bilənBu nəcib xalqımın eşit səsini!Tamah qılıncıyla o torpaq bölənXəbislərin gördük faciəsini...

Bu nifaq salanlar bilmirmi məgər,Ancaq xalqa dəyir dəyən zərbələr.Dağılır minillik yurdlar, yuvalar,Kədər içindədir ellər, obalar.Qəbirdən dursalar müdrik babalarKəsərdi bu torpaq deyən dilləri,Qonşu torpağına gizli uzananO murdar əlləri,Həris əlləri...

Bizim xalqımızın öz varlığınQorumağa qadir oğulları var.Qılınclar kəsməsin deyə qınınıİstərik dostluğa uzansın yollar!Fəlakət bağında bülbüllər ötməz,Qəsbkar bir xalqın tüstüsü tütməz.

Qonşuluq haqqını tapdayanların,İdealsız, məsləksiz o insanlarınHakim ol, özün qur məhkəməsini!Eşit bir illərin dalından gələnBaban Abovyanın müdrik səsini.Oxu bizim o böyük Mirzə CəlilinXatırla “Kamança” hekayəsini.

Od-ocaq qonşusu ola-ola biz,Niyə düşmən olsun nəsillərimiz?

Zəhmətlə, əməklə çörək qazanan,Soyuqda üşüyən, istidə yanan,Əlləri qabarlı zəhmətkeşlərinBu köçhaköçündən varmı xəbərin?Yuvası dağılmış zəhmətkeşlərəQıymayaq, son qoyun bu zülmə, şərə.Xalq fitva verməyir qırğına, qana,Buna nə deyirsən, ey şair ana?!Bilirsən bu dünya yazlı, qışlıdır,Xeyir, şər özü də iki başlıdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland