Zoğallar çiçək açır,Fikrimdə durna uçur,Qönçələr gülab içir,Quzular mələşəndə.

Aranda ot cücərir,Tarlada dən göyərir,Fikrim bənövşə dərirQuzular mələşəndə.

Dağlarda əriyir qar,Qar suyu içir çaylar,Təbiət çiçək paylarQuzular mələşəndə.Səməni eli gəzər,Hər evdə süfrə bəzər,Yaz yeli qönçə düzərQuzular mələşəndə.

Açılar qar çiçəyi,Bağlarda bar çiçəyi,Döyünər qız ürəyiQuzular mələşəndə.

Bu vəfasız dünyada,Ömürlər gedir bada.Məni də salın yadaQuzular mələşəndə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring