Qırıq qayıqda
Məhəbbət çələngim,Arzu güllərimDüşdü tufanına hansı illərin.Küləklər at çapan hansı səhradaBoz qumlar üstünə səpələnibdir,O hansı qayanın, dumanlı dağınUca zirvəsində daşa dönübdür?Yenə oturmuşam mən tək otaqda.Xəyalım pərişan, fikrim uzaqda.Bir ney iniltisi,Bir kaman səsiSehrinə salmışdır dərdi-ümmanı...Arzu sahilinə yetişmək üçünBu qırıq gəmidə bəs avar hanı?!
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-qiriq-qayiqda
Use ← → keys to move, R for a random poem