Laləm
Saralan yarpaq düşəcək,Bu hökmüdür təbiətin.Saralan yarpağam mən də:Düşüncəm vaxtı gələndə.Ağlama, nazım, ağlama!Yazısıdır bu xilqətin.Ancaq səninBu sahilsiz məhəbbətinSaxlar məni budağımda.Yanağında göz yaşları,Gülüşlərin dodağında,Saxladın Allah eşqinəSən, qəfil ölümdən məni.Yaradan da, insanlar da,Sevsin səni,Nənəsini çox sevəni!
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-lalem
Use ← → keys to move, R for a random poem