Azadlıq qurban verir
Oğul! Bağlı gözünüAç, o gözünə qurban!Güllə harandan dəyib?Özüm, özünə qurban!
Yaran hardan qan verirDərin yarana qurban!Azadlıq qurban verir,Axan o qana qurban!
Köksü qızıl qan oğul,Yatıbsan, oyan, oğul!Haqq bilir yerdə qalmazHaqsız axan qan, oğul!
İllər belə dolanmaz,Ürəklər oda yanmaz,Oğul, vətən torpağıHeç zaman parçalanmaz!
Oyan, gözünə qurban,Özüm, özünə qurban!
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-azadliq-qurban-verir
Use ← → keys to move, R for a random poem
More by this author
Məni fikirli görsən
Məni fikirli görsənDemə ki, bir qəmim var.
Ağlama, Sevdam, ağlamaAlim, yazıçı Mirzə İbrahimovun ölümünə*ağlayan qızı bəstəkar Sevda xanıma*
Kədərli şairlik yolunu seçdimBir təpə üstündə evimiz vardı,Baharda dövrəsi çiçək olardı.
HanıHanı o ürək ki, onu duyaydım,Hanı o nəğmə ki, ona uyaydım,