Qışın növrağı pozular,Çəməndə otlar quzular,Taledon görüş yazılar,Gələnə qurban olaram.

Buludun bağrı sökülər,Torpağa inci tökülər,Həsrətin beli bükülər,Könlü çıraqban olaram.

Sizdən bir xoş xəbər ola,Karvanınız çıxa yola,Könlüm eşqlə dola-dola,Karvana sarban olaram.

Açılar ağ yasəmənlər,Əlvan geyinər çəmənlər.Gələrsiz gönlüm sevənlər,Misirdə sutan olaram.

Başı dumanlı bir dağam,Gəlin, nə qədər ki sağam.Bu gün – sabah boz torpağamGözlərdən pünhan olaram.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring