Page 2 of 2 · 50%

**Bundan başqa Şamaxının zəbtindən sonra Bakıya yaxınlaşan ordu 5 avqustda Bakı şəhərinə etdiyi müvəffəqiyyətsiz hücuma əsasən 15-ci firqənin Azərbaycana göndərilməsi üçün müraciət etmişdi.**İranın təhrikilə ingilislərin yardımını nəzərə alaraq Bakıya ilk öncə Qarakilsədən 1200 muharibdən ibarət 107-ci alay, sonra da 9-cu ordunun 15-ci firqə qərargahı ilə 56-cı və 106-cı piyada alayları ilə bir qüdrətli, bir on buçukluk Skoda dağ obüs (on tam onda beş millimetrlik dağ) və bir də on buçukluk sahə obüs (on tam onda beş millimetrlik istehkam) batareyaları gəlmişdir. Bunlardan başqa Culfa – Ordubad yolu ilə Qarabağa da yardım göndərilmişdir. Bu şəkildə artan Türkiyə yardım qüvvələrilə bərabər Azərbaycan qüvvələri də artmış, təşkil edilən kıtaatları (ordu hissələrindən) başqa Qazax, Gəncə, Zaqatala, Şəki, Cavanşir, Ağdam, Ağdaş, Göyçay, Salyan, Quba və Bakı ətraflarında süvari, milis təşkilatı, könüllü müsəlləh qruplar və s. yaradılmışdır.

Maruf (məlum) “Vəhşi Firqə” deyilən və istiqlal dövründə birinci süvari alayında olan müntəzəm qüvvələrdən başqa Zaqatala süvarisi, Qazax, Gəncə, Göyçay və Bakı könüllülərindən başqa Salyan ilə Cavadda Ramazanovun təşkil edib düşmənin Kür hövzəsini və Muğanı ələ keçirməsinə mane olan və bu şəkildə ordunun sağ cinahını təmin edən qüvvələrlə, Quba tərəflərində kaymakam (qəza rəisi) Şükrü Bəyin təşkil edib Qubanı azad etdiyi və Bakı-Dərbənd dəmiryolundan istifadə etməməsinə müvafiq olduğu qüvvələrin həyata keçirdikləri tədbirlər Qafqaz İslam Ordusu komandanlığında təqdirə layiq görülmüşdür.

**Üçüncü Ordu komandanı Vəhib Paşaya yazdığı raportda Qafqaz İslam Ordusu komandanı Nuru Paşa, Erkanıhərb (Baş Qərargah) rəisi kaymakam (qəza rəisi) Nazim bəyin Kürdəmir cəbhəsinə göndərildiyini bildirirdi.**Mağalof qüvvələri çəkildikdən sonra, irəliləməkdə olan bolşevik-erməni qüvvələrinə qarşı bu cəbhəni süvari alayımızla könüllülər müdafiə edirdilər. Eyni zamanda Şamaxını geri almağa müvəffəq olan Gəncə könüllüləri oranı müdafiə etməmiş çəkilmiş, bu şəkildə düşmən Ağsuya, oradan da Göyçay istiqamətində Qaraməryəmə gəlmişdi.

Daha 5-ci Qafqaz Firqəsi gəlməmişdi. Qüvvə gəldikdən sonra gah Kürdəmir cəbhəsi Müsüslüyə, gah da Göyçaya yardım göndərilmişdi. Eyni zamanda Salyan-Cavad məntəqəsindəki Azərbaycanlı minbaşılardan Ramazanovun müfrəzəsi də takviyə edilmişdir (taburu ilə möhkəmləndirilib). Müsüslüyə göndərilən bu qüvvə Kür çayı ilə düşmənin irəliləməsinə mane olduğu kimi Kürdəmir –Bakı dəmiryoluna etdiyi basqınlarla düşmən qüvvələrini müvəffəqiyyətsizliyə uğratmaqla məşğul olmuşdur.

Göyçayda Qafqaz alayı komandanı Osman Bəy qərargahı ilə bərabər dayanıb. Qaraməryəm cəbhəsində türkiyəli Muammər Əfəndinin komandasındakı Azərbaycan xalqından toplanmış milis bölüyü vuruşmaqdadır.

Qafqaz İslam Ordusu Komandanı Azərbaycan cəbhələrindəki vəziyyət haqqında 3-cü ordu komandanı Vəhib Paşaya belə yazırdı:

“Bakı bolşevikləri kısmı küllisile (hamısı, bütünlüklə) dəmir yolu istiqamətindən irəliləyərək Müsüslü stansiyası civarındakı bataqlıq məntəqəsinə gəlmişdir. 500 nəfər qüvvəsi təxmin olunan bir qüvvəni də Şamaxı üzərindən kəndləri dağıdaraq və islamları məhv edərək Qaraməryəmə irəliləmişdir. Piyada 10- cu Qafqaz alayı indi də bu düşmənlə təmasdadır...”

Qafqaz İslam Ordusu komandanı cəbbəxana və yeni yardım qüvvələri göndərilməsini xahiş etməkdədir. 5-ci Qafqaz Firqəsinin başında kaymakam (qəza rəisi) Mürsəl Bəy (hal-hazırda Mürsəl Paşa), erkanıhərbiyə rəyasətində də əsərin müəllifi Kd. Yüzbaşı (sonralar kaymakam, qəza rəisi) Rüştü Bəy idi.

**Yardım qüvvəsi ilk öncə Gəncədəki ermənilərin silahlarını aldıqdan sonra 15 iyunda Qaraməryəm cəbhəsində müvəffəqiyyətli bir basqın etmişdi.**Bundan cürət alan Göyçaydakı qüvvə 17 iyunda özbaşına yenidən hücuma keçmiş, əfsus şiddətli bir istidən və susuzluq nəticəsində məğlubiyyətə uğramışdır. 10-cu Qafqaz alayının verdiyi zaiyat (itki) belə olmuşdur: 28-ci tabur: 4 nəfər şəhid, 15 nəfər yaralı, Mülazim (leytenant) Lütfi Əfəndilə 52 nəfər itkin, 29-cu tabur: Birinci mülazim (leytenant) İsmayıl Haqqı və mülazim (leytenant) Zəki Əfəndilər şəhid, mülazim Nəzmi Əfəndilə zabit vəkili Zəki Əfəndilər ağır yaralı, 11 şəhid, 26 yaralı, 3 nəfər itkin.

30-cu tabur: mülazim (leytenant) Kazım və İbrahim Əfəndilər şəhid, Birinci mülazim (leytenant) Bəsri Əfəndi yaralı, 13 nəfər şəhid, 78 nəfər yaralı, 15 nəfər itkin.

Dağ topçu takımından: 19 nəfər itkin, 6 heyvan ölmüş, iki top, on tüfəng və 41 atım cəbbəxana düşmən əlinə keçmişdir.

Bu məğlubiyyətə görə cəbhəni tədqiq etmək istəyən Qafqaz İslam Ordusu komandanı yanında azərbaycanlı generallardan Əli Ağa Şıxlinski, 5-ci Qafqaz Firqəsi erkanıhərbi (Baş Qərargahı) və başqa zabitlər olduğu halda Göyçaya gəlmiş və döndükdən sonra 5-ci Qafqaz Firqə qərargahı Göyçaya təyin edilmişdir: “Müsüslü cəbhəsində olan ordu erkanıhərb (Baş Qərargah) rəisi Nazim Bəy də geri alınmış və bu cəbhədəki kıtaatla (ordu hissələri) Azərbaycanı kaymakam (qəza rəisi) Həbib Bəy Səlimov komandirlik etməyə başlamışdı.”

“Azərbaycan kolordusu (hərbi birləşmələri) namilə meydanda olan kıtaat (ordu hissələri) 500-600 nəfərdən ibarətdi. Əfsus bu təşkil ediləcək kolorduya (hərbi birləşmələrə) aid bir qisim maliyyə və təchizat vardı. Əslində bu maliyyə və təchizatdan istifadə edə bilməsi üçün 5-ci Qafqaz Firqəsi də 25 iyundan etibarən Azərbaycan kolordusu (hərbi birləşmələri) əmrinə verildi. Kolordu (hərbi birləşmələri) komandanı Əli Paşa Şıxlinski ilə cərəyan edəcəyinə və o vasitə ilə firqənin hərəkəti hərbinə verilən raportların Orduya tətbiq olunacağına dair ordudan əmr alındı.”

Anadolu qəhrəmanlarının unudulmaz fədakarlıqlarından ilham alan Azəri Türkü ikinci 15 Sentyabrın da doğulmasına dərin inam bəsləməkdədir. Çünki o, Anadolu qəhrəmanlarının mübarək qanları bahasına bizə bəxş etmiş olduqları 15 Sentyabr zəfərini heç bir zaman unutmamış və unutmayacaqdır.

**Anadolu Türklərinin Azərbaycanın istiqlalı və istiqbalı uğrunda apardıqları çətin və qanlı müharibələr və mücadilələr həqiqətən də nəsildən nəsilə keçərək unudulmaz bir dastan halına çatmışdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Azərbaycanda azadlıq yoxdur

Əziz Azərbaycanlı yurddaşlarım!**(Münhendəki Amerikan “Qurtuluş” radiosunda yayımlanmışdır)*

4 min
Qafqaz İslam Ordusu

4 iyun 1918-ci ildə Batumda Osmanlı dövləti ilə Azərbaycan Cumhuriyyəti arasında imzalanan anlaşmaya görə Azərbaycan komandanlığının əmrinə göndərilən 5 Qafqaz tümeni (diviziyası) az sonra Azərbaycan qüvvələrini də özünə birləşdirərək “Qafqaz İslam Ordusu” adını almışdı. Avqust 1918-ci ildə 15 piyada tümeni (diviziyası) ilə dəstəklənən Qafqaz İslam Ordusu 15 Sentyabrda Bakını qızıl istiladan qurtararaq Azərbaycandakı tarixi vəzifəsini zəfərlə bitirdikdən sonra Dağıstanın qurtuluşuna başlamış; sentyabrın sonu ilə oktyabr ayının əvvəlində Dərbəndi, Temir-Xanı-Şuranı və Şamil Qalasını düşməndən təmizləyərək, Dağıstan sülhsevərləri ilə birlikdə Terek-Qala üzərinə getdiyi bir zamanda Osmanlı Dövlətinin müttəfiqləri ilə birlikdə məğlubiyyət xəbəri alınmışdı. Qafqaz İslam Ordusu Azərbaycanı və bütün Qafqazı xilas edəcəkdi.30.10.1918-ci il tarixli Mondros sülh müqaviləsinin 11-ci maddəsi bunu amir (əsasən) olduğu kimi 15-ci maddəsi də Bakını ingilis işğalına verirdi. Mondros sülh müqaviləsi daha imzalanmadan Tələt Paşanın yerini işğal edən Əhməd İzzət Paşanın verdiyi bir əmrə görə: “Brest-Litovsk müqaviləsi xaricində olaraq işğal edilən Qafqaz aksamının (ərazisinin) 24.10.1918-ci il tarixindən etibarən altı həftə ərzində xilası icra ediləcəkdir”.

6 min

Poems by other poets