Mənimçün
Kimsənəm yox mənə yazsın bir namə,Qürbət içrə bu diyarə mənimçün.Məlum olsun sizə əhli-məhübban,Dua qılım sahibkarə mənimçün-.
Malü əmlakımı etdilər təraş,Tökər mərdümlərim müdanı qanlı yaş,Əlac edin mənə, ey qövmü qardaş,Bir yerdən olmadı çarə mənimçün.
Yetmədin dadıma, ədalət şahım,Səndən qeyri bir kəs yoxdur pənahım,Dağıldı üstümdən tamam sipahım,Dağlar göy geyibdir, qara mənimçün.
Əcəb pozdu fələk xanımanımı,Din yolunda qıldım fəda canımı,Yığılıb düşmənlər alıb yanımı,Yerbəyerdən çəkir nərə mənimçim.
Getdi tamam havadarım qırıldi,Ağlayıb dostlarım, düşmənim güldi,Qəm çəkib ləşkərin, üstümə gəldi,Cəfa çəkdi ol biçarə mənimçün.
Car dedigin o aradə bir mahal,Əskik olmaz ondan müdam qiylü qal,Fələk əlif qəddim etdi misli-dal,Namə yazın havadarə mənimçün.
Miskin Baxış, dərdim eylərəm izhar,Sanki könülümdən heç getməz qübar,Pənah gətirdim sənə, pərvərdigar,Yazılıbdır bəxtim qarə, mənimçün.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-baxis-nadim-menimcun
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Feraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Gəraylı: Məgər bir can nolur, bilməmMəgər bir can nolur, bilməm,Bu qədri dərd-ü-qəm çəksin,
Nagahan bir dərdə düşdün olmadı dərman, CavadNagahan bir dərdə düşdün olmadı dərman, Cavad!Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!