Şeyda bülbül fəğan edir,Gül köksünü xar alarmış.Ala gözdən qan yaş gedir,Al yanaqlar saralarmış.

Qəlbə qəmlər yerişəndə,Seyrəqublar gülüşəndə,Yar-yardan ayrı düşəndə,Canı ahu-zar alarmış.

Vəli bağrı daşa dönər,Gözləri qan-yaşa dönər,Yarsız yazı qışa dönər,Yanar, sönər qaralarmış.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love