Dünya dolu gözəl olsa,Mənim gözüm yar səndədi,Yaşıl bağlar xəzəl olsa,Könül sevən nar səndədi.

Yolunda qurbandı varım,Sənsiz artır ahu-zarım,Sızıldatma yaralarım,Dərdə dərman var səndədi.

Vəliyəm nəzər diqqətim,Əmrinə xoşdu xidmətim,Onsuz solmaz məhəbbətim,Bağlı olan bar səndədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love