Dilə alsan öz hünərin,El gücünü bilməlisən.Zərrələrin, qətrələrin,Sel gücünü bilməlisən.

Eşidəndə bir-birini,Gəzəndə dünya sirrini,Görəndə acı-şirini,Dil gücünü bilməlisən.

Əl atıb dağda, aranda,Köklü ağac qoparanda,Yerdən üzüb aparanda,Yel gücünü bilməlisən.

Bu qüvvətə çatmaq üçün,Ağır dağlar atmaq üçün,Özünə yer tutmaq üçün,

Yol gücünü bilməlisən.

Toxumları gətirəndə,Əkib, səpib bitirəndə,Hər məhsuldan götürəndə,Gül gücünü bilməlisən.

Bir açılan bir solanda,Boşalanda, həm dolanda,Yay, payız, qış, yaz olanda,İl gücünü bilməlisən.

Yaşın çata düz əlliyə,Boy atasan yüz əlliyə,Diqqət versən gözəlliyə,Əl gücünü bilməlisən.

Sərdə olsa pür kamalın,Pozulmasa dəmli halın,Çiçək açsa hər cəlalın,Ləl gücünü bilməlisən.

Bu sözləri haxlayanda,Alıb yadda saxlayanda,Elmi, helmi yoxlayanda,Hal gücünü bilməlisən.

Çörəkçidən sac alanda,Dəryalardan bac alanda,Şah başından tac alanda,Qol gücünü bilməlisən.

Gələcəyi görə bilsən,Əlvan çiçək dərə bilsən,Xalqa ətir verə bilsən,Gül gücünü bilməlisən.

Cəsarətin olsa sənin,Sirrini bil hər gələnin,Öz anandı, öz Vətənin,Bil, gücünü bilməlisən.

Vəli, bir bağ sala bilsən,Ondan ilham ala bilsən,Həmişəlik qala bilsən,Qal gücünü bilməlisən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets