Getdi
Necə deyim qəm yasından,Uşaq ağlar, ana getdi,Ayrı düşdü balasından,Yazıq yana-yana getdi.
Qafil yerdən tutdu xata,Kimsə yoxdu dada çata,Gözü yaşlı yazıq ata,Qaldı yana-yana getdi.
Vəli gördü ağır-ağır,Hər şənliyə qəmlər yağır,Ürək, ciyər, qarabağır,Oldu şana-şana getdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-getdi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Allahın nemətləri
Gözün aç, Möcüza, qıl bir nəzər əltaf yəzdanə,Tamam etmiş xuda nemətlərin biz əhli-İrəna.
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram
Qardaşlaşan şəhərlərQardaşlaşıb Koventri – Stalinrad,Hər şəhər də dünyamızın bir başındadır.