Olmaz
Mən bir söz söylərəm arif yanında,Sözüm yerə düşüb bimiqdar olmaz.Namərd yüz dil töksə, yoxdu qanında,Onda başa kimi düz ilqar olmaz.
Bir çox şəhər gəzib gəlmişəm kəndə,Görüb götürdüyüm öyrəndim mən də,Namərd daldalanar qonaq görəndə,Mərd açar süfrəni, qəlbi dar olmaz.
Yaxşı diqqət yetir bu iltimasa,Ağladan ağlayar, tez batar yasa,Kimsəyə can demə ağlı olmasa,Naqisdən, nadandan sənə yar olmaz.
Düşmənə aldanma, dostunu sına,Qanmaza qoşulsa qananı qına,Düzdən düz törəyər, zinadan zina,Mayası haramda namus, ar olmaz.
Oğruynan, əyriynən gəzib, dolanma,Bir də dilin nəfsin oduna yanma,Qatilə, qəddara qəti inanma,Onun heç birində etibar olmaz.
Azadlıq günəşi tutar dünyanı,Sevər, alqışlayar insan insanı,Qan tökmək istəyən itirər canı,Dostluğu sevənlər ahu-zar olmaz.
Aşıq Vəli, mərdə çevir üzünü,Mərifətdən kənar etmə özünü,De, yaz-yarat yaxşı yetir sözünü,Bundan qeyri sənə yadigar olmaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-olmaz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wisdom and advice
Səhər çağı ötən bülbülSən ağlama mən ağlaram
DüşmüşəmArif olan, diqqət elə, fəhm elə,Bir gözəl əlindən belə düşmüşəm.
Ağıla sərhədAğıl həddindən artıq inkişaf edərsə, xarakteri pozar*Ribot*
Çanaqçı mülkündən səfər elədikÇanaqçı mülkündən səfər elədik,Mənə qənim oldu yollar, ağlaram.