Namərd ilə köçün sürmə yaylağa
Səni yurdda qoyub köçər deyirəm.
Xoşun olsa mehribandı qaymağa
Olmasa, hörmətdən keçər deyirəm.

Mənim sözüm hərcayidən pünhandır,
Əhli hal yanında ləli mərcandır.
Namərd adam var gününə mehmandır
Dar günündə sənnən qaçar deyirəm.

Vəli, əlin vermə namərd əlinə
Yetəmməzsən fitnəsinə, felinə
Yalandan seryağıb döysə belinə,
Doldurub qanından içər deyirəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets