Firqənin kütləyə bir günəşi var
Layıxdırmı bu cahanda bisavad.
Savadlı elmidən oxuyur əzbər,
Baxa-baxa qalır yanda bisavad.

Savadlı

Göhər olur mədənyətin yolları,
Sürər dövran bu cahanda savadlı,
Oxuyanda qumru kimi dilləri,
Qiymət alar imtahanda savadlı.

Savadsız

Elm oxuyan heç bir yerdə allanmaz,
Elmisiz xeyrini, şərini qanmaz,
Elm öyrənməyən insan sanılmaz,
Yəqin qalar biabanda bisavad.

Savadlı

Alan dərsin əzbər edən kitabı,
Elm üçün firsətdə heç olmaz tabı.
Hər sahədə özü çəkər hesabı
Allanılmaz heç bir yanda savadlı.

Savadsız

Miskin Vəli sözün yadigar gərək,
Elm, mədəniyyət əldə var gərək,
İnsan hər elmidən xəbərdar gərək,
Utanar hesabda, sanda bisavad.

Savadlı

Miskin Vəli de sözünü möhtəbər
Elm deyər adama dünyada nə var,
Həm yerdən, həm göydən salıbdı yollar,
Gəşt eyləyir hər asmanda savadlı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice