Yenə
Yazda, yayda al geyinən dağları,Qış gələr qarşıya qar alar yenə.
İstərsə gədəni, istərsə şahı,Yazar çərxi-gərdiş, qaralar yenə.
Yerin hərarəti cəng ələ çəkər,Leysan gələ çəkər, çən gələ çəkər,Qəza qəddin əyər, çəngələ çəkər,Açılan irəngin qaralar yenə.
Vəli, yaz dərsini, ha lala yetir,Sidqi dilək dilə halala, yetir,Açılar, qızarar ha lala yetir,Qalar sinəsində qaralar yenə.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-yene-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Necə tale məni etmiş də
Necə tale məni etmiş də pərişan sənsiz,Qalmışam həsrət ilə gözləri giryan sənsiz.
BilmədimÖmrümə yaraşıq, könlümə həmdəm,Bir gözəl aradım, tapa bilmədim.
Zəmanə saldi əcəb mohnətu məlalə məniZəmanə saldi əcəb mohnətu məlalə məni,O mahrudən iraq verdi qəm zəvalə məni.
Bəxtimə düşən günBacım Gülyaz’a*Ay bacı, az belə Allaha yalvar