Ömrümə yaraşıq, könlümə həmdəm,Bir gözəl aradım, tapa bilmədim.Bir sevinc istədim hazır oldu qəm,Uçdu könül quşu tuta bilmədim.

Dedim həsrət əlim çatsın əlinə,Dolansın qollarım incə belinə.Danışdıqca qurban deyim dilinə,Əfsus, istəyimə çata bilmədim.

Dedim sultanım ol, gülsün taleyim,Gül aça sinəmdə azad istəyim.Məmmədhüseyn, qara bəxtə nə deyim,Sevinci sevincə qata bilmədim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate