Bacım Gülyaz’a

Ay bacı, az belə Allaha yalvarAy bacı, az belə baxtıma baxdır.Yetər, dərd eləmə neçə qızım var,Yetər, dərd eləmə uşaq uşaqdır...

De hansı xoşbəxtin qisməti yazdıDəyişən zamanın günü, ayıdır.Az mənim bəxtimə gəl dua yazdır,Pis günün özü də tale payıdır.

Varsa diləyini duyan ay bacı,Suların üstündə axşam, səhər sən.Qırışan sifətin, tökülən saçınİlham əvəzini istə taledən.

Onsuz da pisliyin işi yerimir,Sözümü yüz yerə yozanlar olub.Halal zəhmətimi, alın tərimi,Bəxtin ayağına yazanlar olub.

Çox olub bəxtindən küsən adamlar,Ay bacı, az belə baxtıma baxdır.Mənim pis günümü gəzən adamlar,Mənim pis günümdə ağlayacaqdır.

Falçıya inanma! İnansa əgərO bəxtsiz özünün bəxtinə baxar.Ürək ağrısı da taleyə bənzərKeyfi istəyəndə tutar, buraxar.

Ay bacı, az belə baxtıma baxdırOnsu da ürəyim yanan fitiltək,Aralıq ayına sancılan iltəkBir gün kürəyimə saplanacaqdır,Ay bacı, az belə baxtıma baxdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate