Ana torpağı
Qardaşlarım, o şən illər çıxdımı əldənNiyə sizə həsrət oldum, qardaş olmadım?!
Ayaq açıb uzaq düşdüm obadan, eldənKöksünüzdə mamır basan bir daş olmadım.
Quru adım üstünüzə salarmı kölgəHərdən hərdən qulağıma çatar dərdiniz.Eh nə bilim ayağınız olsaydı bəlkəŞəhərəcən arxam ilə yüyürərdiniz.
Anamızı əlimizlə verdik toprağa,İtkin düşən atamızın xəbəri var mı?!Nədən vaxtsız xəzan əsdi bağçaya, bağa,Ay ağ gilas, qızıl zoğal, şəftalı armud?!
Dili oğul söyləsə də qəlbi yar dedi,Bu həsrətdən saçlarına çığır saldı dən.O dünyada ulduzumuz barışar dedi,Heç orda da öz əhdinə çatmayıb deyən.
O təpədə baş daşımı toprağı yaran,Ya anamın onu gəzən həsrət əlidir.O dünyada bu dünyadan qalıb nigaranArzusuna çatan kimi çəkilməlidir.
O təpədə arzularmı toprağı yaran,Ya anamın məni gəzən əli çöldədir?!O dünyada bu dünyadan qalıb nigaran,Könlü məndə, köksü sizdə, gözü eldədir.
Anamızı əlimizlə verdik toprağa,İtkin düşən atamızın xəbəri var mı?!Nədən vaxtsız xəzan əsdi bağçaya, bağa,Ay ağ gilas, qızıl zoğal, şəfalı armud?!
Mən gedirəm, sizə qalır ana toprağıÖlənəcən xəbərimi daşıyarsınız.Kökünüz ki, belə qucub ana toprağıSiz yaşayın, milyon il də yaşayarsınız!
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-ana-torpagi
Use ← → keys to move, R for a random poem
More by this author
Göydə ulaşırdı qurdum bəlkə də,Haqqın dərgahıydı yurdum bəlkə də,
Ay qızım, məni də bir ağız ağlaAşıq Zülfiyəyə*Mən elə qədərin qəm səfiriyəm,
Yaş altmışa dayandıNə biləydim nələr vardı qarşımda.İtik toxum göyərərmi hər şumda?
Altmış yaşında bu dəliBir vaxt “beş-daş” oynayardı,“Top aldı-qaç” oynayardı,
Poems by other poets
Əziz mehribanım, gözümün nuruBeyqəfildən bir balaya düşmüşəm.
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən