Eşqin gərdişini keşt eyliyənnər,Geyər həsrətindən qaralar yenə.İstərsə gədəni, istərsə şahı,Yazar çərxi-gərdiş, qaralar yenə.

Al-yaşıl geyinər İraqa gedər,Əyərlər qəddini iraq a gedər,Yayınar qarşından iraqa gedər,Yar çəkər qaşına qaralar yenə.

Şair sinəsindən yaza, yetirər,Yar yara ərzini yaza, yetirər,Dağlar al geyinər yaza yetirər,Qış gələr qarşıya qar alar yenə.

Vəli, atdın nə dayandı, nə dəydi,Nə kal qatdı, nə yetişdi, nə dəydi,Əğyarın istəyi, axı, nədəydi?Qaldı sinəsində qaralar yenə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love