Sevilən oğludu Azərbaycanın,Mehriban ellərin vüqarı Vurğun.Fəxri-fərəhidi hər bir insanın,Çiçəyin, güllərin vüqarı Vurğun.

Hər bir cümləsinin var həqiqəti,Bahar fəsli kimi xoş təbiəti,Ali məclislərin sözü, söhbəti,

Danışan dillərin vüqarı Vurğun.

Qəlbində yaşayır oğlan, qızların,Səmada sayrışan şən ulduzların,Ovçunun, maralın, dağın, düzlərin,Ceyranın, çöllərin vüqarı Vurğun.

Miskinli Vəliyəm bir təmiz ada,Mən də yetirəydim bu xoş murada,Bəşərin sevdiyi küllü dünyada,Qəlbində tellərin vüqarı Vurğun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring