Çəkdim yar qəhrini, vüsalı müşkül,Qəsiri, eyvanı hər yanı bağlı.Aşıq deyər nə bağlı,Nə bağçalı, nə bağlı,Min bir yola düşmüşəm,Nə açıqdı, nə bağlı.Güzar etdim bir xanəyə tuş oldum,Gəzib dolanıram hər yanı bağlı.

Nədi insan üçün həyat, a gözəl?Atadan oğula həyat a gözəl!Aşıq deyər ay ata,Xoş gəlibsən, ay ata,Gün nə üçün bütövdü?Paralanır, ay, ata.Yeridim, yetişdim həyata gözəl,Nə yerdə, nə göydə hər yanı bağlı.

Vəli insanlığı o yana çəkdi,Ata qəd əyildi, o yana çəkdi.Aşıq deyər oy ana,Əmdim südün, oy ana,Bəxtim yatıb, ya mədəd,Oyanmaya, oyana.Atımı altımdan o yana çəkdi,Ellər bəyənmədi hər yanı bağlı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets