Bir tərlan baxışlı, kəklik yerişli,Seyr edir bağları ay aşa-aşa.Həsrətindən mən də odlara düşdüm,Məşğuldu gözlərim a yaşa-yaşa.

Dərs alıb əlifdən, o nundan ötdü,Murğular çalıban onundan ötdü,Sevdiyimin yaşı onundan ötdü,Yetibdir on birə a yaşa-yaşa.

Salıbdı sevdaya bu Cumasını,Gör necə sevibdir bu, Cumasını,Axtarıb tapmasa bu, Cumasını,Gəzərəm dağları, ay aşa-aşa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets